23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

4,8 bal gücündə zəlzələ baş verib

Noyabrın 17-də Filippin arxipelaqının cənub-şərq sahillərində 4,8 bal gücündə zəlzələ baş verib. Xarici KİV-lər xəbər verir ki, yeraltı təkanların episentri Cənubi Suriqao əyalətinin Kaqvait şəhərindən 33 kilometr cənub-şərqdə, yer səthindən 42 kilometr dərinlikdə yerləşib.Sunami xəbərdarlığı verilməyib, həlak olanlar və dağıntılar barədə hələlik heç bir məlumat yoxdur.Dünyanın ən iri arxipelaqları olan İndoneziya və Filippin Sakit Okean alov halqasının bir hissəsidir. Bu ölkələrin ərazisində yer qabığının hərəkəti çox zaman zəlzələ və vulkan püskürməsi ilə müşayiət olunur.Xatırladaq ki, 2013-cü ilin oktyabrında Filippinin mərkəzi hissəsində baş verən 7,2 bal gücündə dağıdıcı zəlzələ nəticəsində 220 nəfər həlak olmuş, mindən çox insan müxtəlif dərəcəli xəsarətlər almış, 13 mindən çox ev dağılmışdı.xeber100.com

Noyabr 17, 2016 2:01

NTV telekanalının məlumatına əsasən…

“Christie’s” satış evi yeni rekord müəyyən edib. Klod Monenin 1891-ci ildə çəkdiyi “Ot tayası” rəsmi 81 milyon dollara satılıb. Bu, dahi impressionistin ən bahalı əsəridir. Rusiyanın NTV telekanalı xəbər verir ki, Mone ot tayalarının təsvir olunduğu təxminən 30 əsərin müəllifidir. “Christie’s” hərracında rekord qiymətə satılan nümunə onların arasında ən erkən çəkilmiş rəngarəng rəsmlərdən biri sayılır. Satış evinin nümayəndəsi Konor Cordan dahi rəssam Klod Monenin əsərlərinin muzey ekspozisiyalarında saxlanıldığını, hərraca çıxarılan əsərin isə şəxsi kolleksiyadakı nadir istisnalardan biri olduğunu qeyd edib.Hərracda qeydə alınan daha bir rekord isə Vasili Kandinskinin 23 milyon 300 min dollara satılan “Sərt-elastik” adlı rəsm əsərinə aiddir. 1935-ci ildə çəkilən bu əsər uzun müddət Amerika muzeylərindən birində saxlanılıb. Ekspertlər onu unikal sənət nümunəsi adlandırırlar. Belə ki, Kadinski rəsmi çəkərkən boyalara qum qataraq eksperiment aparıb.xeber100.com

Noyabr 17, 2016 1:59

Moskvada ikitərəfli münasibətlər müzakirə ediləcək

Rusiyanın baş naziri Dmitri Medvedev və onun türkiyəli həmkarı Binəli Yıldırım dekabrın 6-da Moskvada ikitərəfli münasibətləri müzakirə edəcəklər. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir. Hökumət başçıları Rusiya-Türkiyə münasibətlərinin əsas məsələlərini  - iqtisadi-ticarət,  sərmayə sahələrində əməkdaşlığı, energetika, sənaye, nəqliyyat və digər sahələrdə birgə layihələri   müzakirə edəcəklər”, - deyə press-relizdə bildirilir.xeber100.com

Noyabr 16, 2016 3:11

“ABC News”ın məlumatı…

ABŞ xüsusi xidmət orqanları ölkənin yeni seçilmiş prezidenti Donald Tramp və vitse-prezidenti Maykl Pens üçün brifinq keçiriblər. “ABC News” xəbər verir ki, Tramp və Pens brifinq zamanı ABŞ xüsusi xidmət orqanlarının məxfi materialları ilə tanış olublar. Xəbərə görə, analoji məlumatlar hər gün hazırkı prezident Barak Obamaya təqdim olunur. Bu tip məlumatlar “prezident rezümesi” adlandırılır.Telekanal qeyd edir ki, əgər Tramp istəyərsə, ona hər gün məxfi məlumatlar təqdim edilə bilər.  Həmçinin qeyd olunur ki, Trampa təqdim ediləcək məxfi məlumatları Obama özü müəyyən edir. Məmurların sözlərinə görə, Obama ona təqdim edilən “rezümenin” tam mətninin Trampa da verilməsinə dair göstəriş verib.Bu prosedur hakimiyyətin yeni administrasiyaya ötürülməsinin sürətləndirilməsi üçün həyata keçirilir.xeber100.com

Noyabr 16, 2016 3:06

Anadolu agentliyinin məlumatı…

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistan və Özbəkistana səfəri başlayır. Anadolu agentliyi xəbər verir ki, Türkiyə Prezidenti səfər öncəsi Ankaranın Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında ölkəsinin Özbəkistanla münasibətlərdə yeni səhifə açılmasını istədiyini deyib.Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan noyabrın 17-18-də Daşkəndə səfəri zamanı Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Baş nazir Şavkat Mirziyayev ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin inkişafının, habelə regional və beynəlxalq proseslərin müzakirə olunması planlaşdırılır.xeber100.com

Noyabr 16, 2016 2:02

Fövqəladə vəziyyət prezident seçkilərinə qədər davam edəcək

Fransa Prezidenti Fransua Olland ölkədə fövqəladə vəziyyətin 2017-ci ildə keçiriləcək prezident seçkilərinə qədər davam edəcəyini açıqlayıb.“France 24” kanalı xəbər verir ki, Fransa Prezidenti ölkədə fövqəladə vəziyyətin gələn ilin aprel və may aylarında keçiriləcək iki mərhələli prezident seçkilərinə qədər uzadılacağını deyib.“Fövqəladə vəziyyətin prezident seçkilərinə qədər uzadılmasını istəyirəm. Terror təhlükəsinə qarşı fövqəladə tədbirlər görməyə ehtiyacımız var. Həmçinin qarşıdakı həftələrdə seçki kampaniyaları başlayacaq. Toplantılar və mitinqlər keçiriləcək. Hökumətin fövqəladə vəziyyətin uzadılması ilə bağlı təklifi ölkə Parlamentinə təqdim olunacaq”, - deyə F.Olland bildirib.Xatırladaq ki, ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisin müxtəlif yerlərində törədilən terror aktlarından sonra ölkədə ilk dəfə fövqəladə vəziyyət elan edilmişdi.xeber100.com

Noyabr 16, 2016 1:58

Meteorologiya Departamentinin verdiyi məlumata görə…

Astanada havanın kəskin soyuması ilə əlaqədar orta ümumtəhsil məktəblərində dərslər təxirə salınıb. Havanın temperaturunun -30C dərəcə olmasının uşaqların sağlamlığı üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq bu qərar qəbul edilib. Qazaxıstan Hava Meteorologiya Departamentinin verdiyi məlumata görə, əgər hava şəraiti gözlənildiyi kimi -35C dərəcə olarsa, dərslər həftəsonuna kimi təxirə salına bilər.xeber100.com

Noyabr 15, 2016 2:48

BQ brendi “Belief” ilk müsəlman smartfonunu təqdim edib

Rusiyanın BQ brendi “Belief” ilk müsəlman smartfonunu təqdim edib. “lenta.ru” saytı xəbər verir ki, qurğu duanın dəqiq vaxtını hesablamağı və namazın başladığını xəbər verə bilir. Eyni zamanda, “Belief” sahibinə yaxınlıqda məscidin və menyusunda halal təamlar olan restoranın yerləşdiyi yeri də müəyyən edir. Qurğuya yüklənən “Quran”ı mətn formasında oxumaq və yaxud audiovariantda səsləndirmək də olar.Telefonun arxa qapağı ərəb üslubunda rəsmlə bəzədilib. Smartfon Android 6.0 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.xeber100.com

Noyabr 15, 2016 2:43

Bolqarıstanda keçirilən prezident seçkilərinin 2-ci turu sona çatıb

“Alfa Research” və “Gallup” sosial agentliklərin “exit-poll”arının nəticələrinə görə, noyabrın 13-də Bolqarıstanda keçirilən prezident seçkilərinin 2-ci turunda Rumen Radev 58,5 faiz səs toplayaraq qalib gəlib. Rəsmi olaraq Bolqarıstanın yeni prezidentinin adı gələn həftə açıqlanacaq. Buna baxmayaraq, o, rəsmi olaraq vəzifəsini yanvar ayında, hazırkı prezidentin səlahiyyətləri bitdikdən sonra icra edəcək.xeber100.com

Noyabr 14, 2016 11:08

Prezident seçkilərinin ikinci turu keçirilib

Moldovada prezident seçkilərinin ikinci turunun ilkin yekunlarına görə Sosialistlər Partiyasının sədri İqor Dodon qalib gəlib. Bu barədə Moldova KİV-ləri xəbər verir. İnauqurasiya mərasiminin tarixi hələlik müəyyən edilməyib: Moldova MSK seçkilərə qəti yekun vurandan sonra bu nəticələr ölkənin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməlidir. MSK noyabrın 14-də səslərin tam hesablanmasını başa çatdıracaq. Lakin artıq aydındır ki, Moldovanın beşinci prezidenti vəzifəsinə İqor Dodon seçilib. Sosialistlərin lideri seçkilərin birinci turunda olduğu kimi, ikinci turda da Qaqauziyada şəksiz (99 faizdən çox) dəstək qazanıb. Bundan əlavə, o, Moldovanın şimal rayonlarının əksəriyyətində Mayya Sandunu xeyli qabaqlayıb.xeber100.com

Noyabr 14, 2016 11:02
    Page 227 of 299« First«...102030...225226227228229...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az