10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Bolqarıstanda keçirilən prezident seçkilərinin 2-ci turu sona çatıb

“Alfa Research” və “Gallup” sosial agentliklərin “exit-poll”arının nəticələrinə görə, noyabrın 13-də Bolqarıstanda keçirilən prezident seçkilərinin 2-ci turunda Rumen Radev 58,5 faiz səs toplayaraq qalib gəlib. Rəsmi olaraq Bolqarıstanın yeni prezidentinin adı gələn həftə açıqlanacaq. Buna baxmayaraq, o, rəsmi olaraq vəzifəsini yanvar ayında, hazırkı prezidentin səlahiyyətləri bitdikdən sonra icra edəcək.xeber100.com

Noyabr 14, 2016 11:08

Prezident seçkilərinin ikinci turu keçirilib

Moldovada prezident seçkilərinin ikinci turunun ilkin yekunlarına görə Sosialistlər Partiyasının sədri İqor Dodon qalib gəlib. Bu barədə Moldova KİV-ləri xəbər verir. İnauqurasiya mərasiminin tarixi hələlik müəyyən edilməyib: Moldova MSK seçkilərə qəti yekun vurandan sonra bu nəticələr ölkənin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməlidir. MSK noyabrın 14-də səslərin tam hesablanmasını başa çatdıracaq. Lakin artıq aydındır ki, Moldovanın beşinci prezidenti vəzifəsinə İqor Dodon seçilib. Sosialistlərin lideri seçkilərin birinci turunda olduğu kimi, ikinci turda da Qaqauziyada şəksiz (99 faizdən çox) dəstək qazanıb. Bundan əlavə, o, Moldovanın şimal rayonlarının əksəriyyətində Mayya Sandunu xeyli qabaqlayıb.xeber100.com

Noyabr 14, 2016 11:02

“Global Times” qəzetinin məlumatına əsasən…

Çində “Alibaba” elektron ticarət saytı dünyanın ən böyük alış-veriş günü kimi qəbul edilən noyabrın 11-də “subaylar günü”nün ilk 7 dəqiqəsində 10 milyard yuan (1,43 milyard dollar), ilk saatında isə 36,2 milyard yuan (təxminən 5 milyard dollar) məbləğində satışa nail olub. Anadolu informasiya agentliyi xəbər verir ki, Çin Kommunist Partiyasının rəsmi orqanı olan “Global Times” qəzetinin məlumatına əsasən, ölkənin internet ticarətinin nəhəngi ötən ilin eyni gününün ilk saatındakı 3,9 milyard dollarlıq rekordunu 25 faizlik artımla yeniləyib. Ticarətin böyük əksəriyyəti mobil cihazların satışı ilə bağlı olub. Qeyd edək ki, Çində internet vasitəsilə ticarətin 84 faizi “Alibaba” saytı üzərindən həyata keçirilir.

Noyabr 11, 2016 1:47

Parlament hökumətin strukturunu və proqramını təsdiq edib

Qırğızıstanın Baş nazirinin səlahiyyətlərini icra edən Sooronbay Jeenbekovun təqdimatına əsasən ölkə parlamenti-Joqorku Keneş noyabrın 9-da keçirilən plenar iclasında hökumətin strukturunu və proqramını təsdiq edib. Sooronbay Jeenbekov Qırğızıstanın Baş naziri, Muxammetkalıy Abulqaziev birinci müavin, Oleq Pankratov, Çolpon Sultanbekova və Jeniş Razakov Baş nazirin müavinləri, Akılbek Osmonaliev nazir ranqında Hökumət Aparatının rəhbəri vəzifələrinə təsdiq ediliblər. Parlamentin iclasında Arzıbek Kojoşevi iqtisadiyyat, Adılbek Kasımaliev maliyyə, Nurbek Muraşev kənd təsərrüfatı, yeyinti sənayesi və meliorasiya, Jamşitbek Kapilov nəqliyyat və yollar, Uran Axmetov ədliyyə, Erlan Abdıldaev xarici işlər, Ulan İsrailov daxili işlər, Kubatbek Boronov fövqəladə hallar, Talantbek Batıraliev səhiyyə, Tuqelbay Kazakov mədəniyyət, informasiya və turizm, Qulmira Kudayberdieva təhsil və elm, Talaykul İsankulov əmək və sosial inkişaf nazirləri vəzifələrinə təyin ediliblər.xeber100.com

Noyabr 10, 2016 2:00

ABŞ-da hakimiyyətin təhvil verilməsi prosesi 73 gün davam edir

Barak Obama bu gün Ağ evdə Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampı qəbul edəcək. Amerika administrasiyasının hazırkı başçısı seçki kampaniyasının gedişində dəstəklədiyi Hillari Klintonun lazımi miqdarda səs toplaya bilməyəcəyi bəlli olduqdan sonra milyarderi qələbə qazanması münasibətilə təbrik edib.  Euronews telekanalı xəbər verir ki, Barak Obama hər bir seçkinin yekununda qalib və məğlub tərəflərin olduğunu xatırladıb. Həmçinin qeyd edib ki, namizədlərin hansı düşərgəyə məxsus olmasının əhəmiyyəti yoxdur və onların hər ikisi vətənpərvərdir. Donald Tramp da öz növbəsində qələbəsini elan etdikdən sonra fikir ayrılıqlarını unutmağa çağırıb. Qeyd edək ki, ABŞ-da hakimiyyətin təhvil verilməsi prosesi 73 gün davam edir. Donald Tramp prezident vəzifəsinin icrasına de-fakto 2017-ci il yanvarın 20-dən etibarən başlayacaq.xeber100.com

Noyabr 10, 2016 1:54

TASS informasiya agentliyinin məlumatına görə…

Mixail Saakaşvili müxalifətin xeyrinə siyasi seçim edib. TASS informasiya agentliyi xəbər verir ki, bu fikri Soveniyada səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasını şərh edərkən bildirib. Ukrayna Prezidenti Lyublyanada mətbuat konfransında bu barədə danışarkən deyib: “Mənim fikrimcə, cənab Saakaşvilinin bəyanatı onun Ukrayna müxalifətinin xeyrinə siyasi seçim etdiyini göstərir. Bu, onun hüququdur. Ümidvaram ki, Ukrayna hökuməti qubernatorun istefasını qəbul edəcək və onun bizim ölkəmizdə siyasi fəaliyyətini davam etdirməsinə icazə verəcək”.Pyotr Poroşenkonun sözlərinə görə, Saakaşvilinin istefası ilə bağlı səsvermə noyabrın 9-da keçiriləcək.xeber100.com

Noyabr 9, 2016 2:42

ABŞ-ın 45-ci prezidenti seçilib

ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatıb. Azərtac xəbər verir ki, Donald Tramp son olaraq Viskonsin ştatında da qalib gələrək seçənlər kollegiyasının bu ştat üzrə 10 səsini alıb. Bununla da Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib. Yeni Prezident qələbədən sonra Nyu-Yorkda tərəfdarları ilə görüşdə çıxış edərkən bildirib: “Dünyanın ən güclü iqtisadiyyatına sahib olacağıq. Eyni zamanda, bütün xalqlarla mehriban münasibətləri davam etdirəcəyik”.1946-cı ildə Nyu-Yorkda anadan olan Donald Tramp ABŞ tarixində ən yaşlı prezident olacaq. “Forbes” jurnalının 2016-cı ildə “Dünyanın ən zəngin 400 insanı” siyahısında yer alan Donald Trampın sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir.xeber100.com

Noyabr 9, 2016 2:36

NHK TV-nin məlumatına görə…

Yaponiya və Qazaxıstan liderləri nüvə tərksilahı və nüvə silahının yayılmaması sahəsində əməkdaşlıq barədə razılığa gəliblər. NHK televiziya kanalının yaydığı məlumata görə, bu barədə razılaşma Yaponiyanın Baş naziri Şinzo Abe ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin noyabrın 7-də Tokioda keçirilən görüşü zamanı əldə edilib. Görüşdə Ş.Abe BMT səviyyəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb, nüvə tərksilahı və bu silahın yayılmaması sahəsində birgə fəaliyyəti yüksək qiymətləndirib. Liderlərin birgə bəyanatında qeyd edilib ki, Yaponiya və Qazaxıstan digər dövlətləri Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqaviləyə qoşulmağa çağırır.xeber100.com

Noyabr 8, 2016 12:54

5,9 bal gücündə zəlzələ baş verib

Avropa Aralıq dənizi seysmologiya mərkəzinin məlumatına əsasən, Çili sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, yeraltı təkanlar noyabrın 8-də yerli vaxtla saat 04:55-də qeydə alınıb. Zəlzələnin episentri Talkayano şəhərindən 42 kilometr şimal-qərbdə yer səthindən 2 kilometr dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində dağıntılar və zərər çəkənlər barədə hələ ki, heç bir məlumat verilmir.xeber100.com

Noyabr 8, 2016 12:50

1941-ci il paradının 75-ci ildönümünə həsr olunmuş təntənəli marş keçirilib

Moskvada, Qırmızı meydanda əfsanəvi 1941-ci il paradının 75-ci ildönümünə həsr olunmuş təntənəli marş keçirilib. Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Moskvanın baş meydanında keçirilən yürüşdə 5 mindən çox insan – paytaxt qarnizonunun hərbi qulluqçuları, Prezident polkunun kavaler qrupu, Preobrajensk əlahiddə komendant polkunun fəxri qarovul rotası, Moskva Suvorov məktəbinin yetirmələri və kadet məktəblərinin şagirdləri iştirak edib. Marş tarixi və müasir hissələrdən ibarət olub. Meydandan əfsanəvi parad iştirakçılarının nəvə və nəticələri də keçiblər. Yetmiş beş il əvvəl mühasirəyə alınmış Moskvada 28 mindən çox insanın iştirakı ilə keçirilmiş parad Böyük Vətən müharibəsinin sonrakı gedişinə böyük təsir göstərmiş, ordunun və bütün ölkənin əhvali-ruhiyyəsini yüksəltmişdi.xeber100.com

Noyabr 7, 2016 3:03
    Page 229 of 301« First«...102030...227228229230231...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az