05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

London “Sərt Brexit” variantını seçərsə…

Böyük Britaniyanın Aİ-nin Gömrük İttifaqından çıxması ölkə iqtisadiyyatına  25 mlrd. funt sterlinqə başa gələcək. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya hökumətinin ölkənin Aİ-dən çıxması prosesi üzrə müşaviri Raul Ruparel bildirib. Ruparel qeyd edib ki, Böyük Britaniyanın Aİ-nin Gömrük İttifaqından çıxması ölkə ÜDM-nin uzaq perspektivdə 1-1,2 faiz aşağı düşməsinə gətirib çıxaracaq. “Times” nəşri bundan əvvəl Maliyyə Nazirliyinin sənədlərinə istinadən qeyd edib ki,  London “Sərt Brexit” variantını seçərsə, ölkə hər il 66 mlrd. funt sterlinq itirəcək.  Məlumata görə, lazımi tədbirlər görülməyəcəyi təqdirdə, Böyük Britaniyada ÜDM-in həcmi 5,4%-9,5%  aşağı düşəcək.xeber100.com  

Oktyabr 12, 2016 12:48

“BBC”nin verdiyi xəbərə görə…

ABŞ prezidenti Barak Obama Respublikaçılar partiyasının nüfuzlu üzvlərini prezidentliyə namizəd Donald Trampı dəstəkləməkdən rəsmi şəkildə imtina etməyə çağırıb.  “BBC”nin verdiyi xəbərə görə,  Obama bildirib ki, Tramp Birləşmiş Ştatları beynəlxalq arenada təmsil etməyə yaramır. “O, nə təbiətinə, nə hazırlıq və bilik səviyyəsinə, nə biliklərə yiyələnmək istəyinə, nə də səmimiyyətinə görə prezidentliyə yaramır”, - deyə ABŞ prezidenti qeyd edib. Qeyd edək ki, Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Kilintona dəstək mitinqində çıxışı zamanı Trampın prezidentliyə yaramadığını dəfələrlə vurğulasa da, onun adını bir dəfə də səsləndirməyib. ABŞ prezidenti həmçinin qeyd edib ki, Tramp tolerantlıq, hüquqi proseduralara riayət olunması və qarşılıqlı hörmət kimi dəyərləri şübhə altına qoyur: “Bizim demokratiyamız bu cür işləmir”.xeber100.com

Oktyabr 12, 2016 12:35

Anadolu agentliyinin məlumatına görə…

“Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş İstanbulda imzalana bilər. Anadolu agentliyi xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, İstanbulda işinə başlayan XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin görüşəcək. “Türk axını” layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş həmin görüşdə imzalana bilər. “Bu böyük bir layihədir və çox ətraflı iş tələb edir. Hazırda hökumətlərarası sazişin tamamlanması üçün işlər aparılır. Ərdoğan və Putin görüşündə bu sazişin hazır olmasını istəyirik”, - deyə nazir əlavə edib. Qeyd edək ki, “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

Oktyabr 10, 2016 11:40

ABŞ prezidentliyinə namizədlər arasında ikinci teledebat keçirilib

ABŞ prezidentliyinə namizədlər – Demokratlar Partiyasının nümayəndəsi Hillari Klinton və Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp arasında ikinci teledebat keçirilib. Tədbir Missuri ştatının Sent-Luis şəhərindəki Vaşinqton Universitetində “town-holl” (“şəhər malikanəsi”) formatında təşkil edilib. Namizədlərə sualların yarısını onların qarşısında əyləşən auditoriyadakı adamlar, digər yarısını sosial şəbəkələr vasitəsilə moderatorlar və vətəndaşlar verirdi. Trampın 11 il bundan əvvəl audioplyonkaya yazılmış çıxışında qadınlar barəsində söylədiyi nalayiq sözlər, ölkənin sosial problemləri, ABŞ-da islamofobiya məsələsi, Suriyada və bütövlükdə Yaxın Şərqdə vəziyyət, Amerika-Rusiya münasibətləri, habelə ölkənin səhiyyə sistemi və iqtisadi sabitliklə bağlı məsələlər müzakirə edilib. Xatırladaq ki, bu debatlar ərəfəsində Amerika KİV-lərində 2005-ci ilə aid bir videoyazı yayılıb. Həmin materialda Donald Tramp qadınların ünvanına təhqiramiz ifadələr işlədib. Çoxsaylı vətəndaşlar, habelə Respublikaçılar partiyasının özünü təmsil edən siyasətçilər bu hadisəyə mənfi münasibət bildiriblər. Şərhçilərin çoxu Trampın bu davranışını seksual həyasızlıq adlandırıb.xeber100.com

Oktyabr 10, 2016 11:37

Parlament seçkiləri başa çatıb

Xəbər verildiyi kimi, oktyabrın 8-də Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər keçirilib. Səsvermə səhər saat 8:00-da başlayıb, saat 20:00-da başa çatıb. İlkin məlumatlara görə, seçkilərdə seçicilərin 50 faizdən çoxu iştirak edib. Bununla da səsvermə baş tutmuş hesab olunur. Lakin bəzi majoritar dairələrdə ikinci turun keçiriləcəyi istisna edilmir. Səsvermənin ilkin nəticələri oktyabrın 9-da, tam nəticələr isə oktyabrın 19-da açıqlanacaq. Keçirilən “exit-pol”ların nəticələrinə görə, seçkilərdə ən çox səsi hakim “Gürcü arzusu” partiyası qazanıb.xeber100.com

Oktyabr 9, 2016 9:06

Yunanıstanda 4 günlük tətil…

Yunanıstanın hava dispetçerlərinin 9-10 və 12-13 oktyabrda planlaşdırdığı 4 günlük tətil ölkənin hava məkanını iflic edəcək. 24 saat keçiriləcək tətillər parlament tərəfindən qəbul edilmiş mülki aviasiya islahatına qarşı yönəlib. Ölkə ərazisində bütün aeroportlar bağlı olacaq. Heç bir daxili və xarici uçuş həyata keçirilməyəcək.xeber100.com

Oktyabr 9, 2016 8:59

Parlament seçkilərinin nəticələri açıqlanıb

Mərakeşdə keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb. BBC xəbər verir ki, ölkə Baş nazirinin rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası seçkilərdə qalib gəlib. Partiya parlamentdə 99 yer qazanıb. Orijinallıq və Müasirlik Partiyası 80, İstiqlal Partiyası isə 31 yer əldə edib.xeber100.com

Oktyabr 8, 2016 8:39

“Deutsche Bank”ın problemləri müzakirə edilib

Almaniyanın bir neçə nüfuzlu şirkətinin rəhbərləri ölkənin ən iri bankı "Deutsche Bank"ın problemlərini müzakirə edib və bankı dəstəkləmək üçün kapital verməyə hazır olduqlarını bəyan ediblər. Bu barədə "Hendelsblatt" nəşri məlumat yayıb. “banks.eu” saytı xəbər verir ki, şirkət fövqəladə planı çərçivəsində "Deutsche Bank"ın rezervlərini artırmaq üçün bankın səhmlərini alacaq. "Berlin, öz növbəsində, özəl sektorun müdaxiləsini alqışlayır. "Deutsche Bank" üçün bazarın dəstəklənməsi istənilən halda dövlət pullarının istifadəsindən yaxşıdır", - deyə mənbə bildirir. Nəşr banka kapital axını imkanını müzakirə edən şirkətin adını açıqlamır. "Deutsche Bank" isə şərh verməkdən imtina edib.xeber100.com

Oktyabr 8, 2016 8:27

Finlandiyadan Rusiyaya nota…

Finlandiya Rusiya qırıcılarının ölkənin hava sərhədini pozması ilə bağlı Moskvaya nota göndərib. Bunu jurnalistlərə açıqlamasında Finlandiya Müdafiə naziri Yussi Niinistyo söyləyib. Rusiyanın Su-27 təyyarələri dünən iki dəfə Finlandiyanın hava məkanına daxil olub. Moskva rəsmi Helsinkinin ona qarşı səsləndirdiyi iddiaların heç birini qəbul etmir.xeber100.com  

Oktyabr 7, 2016 2:11

Almaniyada İnpol sistemi xətti üzrə axtarış elan edilib

Cümə günü, oktyabrın 7-də HR-info radiostansiyası (Hesse) cinayət işləri üzrə federal idarənin 1 sentyabr tarixinə olan məlumatlarına istinadla xəbər verib ki, Almaniyada 284.158 qaçqın barəsində deportasiya haqqında qərarla əlaqədar həbs edilməli şəxslər kimi, İnpol sistemi xətti üzrə axtarış elan edilib. Məlumatda bildirilir ki, 2015-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə belə qaçqınların sayı təxminən 140 faiz artıb. Bu miqrantlar barəsində axtarış elan edilməsi AFR ərazisində olmaq haqqında qanun əsasında həyata keçirilir. Həmin qanuna görə, əgər Almaniyanın hakimiyyət orqanları əcnəbi vətəndaşın olduğu yeri müəyyən edə bilmirsə həmin şəxs barəsində axtarış elan edilə bilər və o, Almaniya hüdudlarını tərk etməlidir.xeber100.com

Oktyabr 7, 2016 2:04
    Page 234 of 299« First«...102030...232233234235236...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az