23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Parlament seçkilərinin nəticələri açıqlanıb

Mərakeşdə keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb. BBC xəbər verir ki, ölkə Baş nazirinin rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası seçkilərdə qalib gəlib. Partiya parlamentdə 99 yer qazanıb. Orijinallıq və Müasirlik Partiyası 80, İstiqlal Partiyası isə 31 yer əldə edib.xeber100.com

Oktyabr 8, 2016 8:39

“Deutsche Bank”ın problemləri müzakirə edilib

Almaniyanın bir neçə nüfuzlu şirkətinin rəhbərləri ölkənin ən iri bankı "Deutsche Bank"ın problemlərini müzakirə edib və bankı dəstəkləmək üçün kapital verməyə hazır olduqlarını bəyan ediblər. Bu barədə "Hendelsblatt" nəşri məlumat yayıb. “banks.eu” saytı xəbər verir ki, şirkət fövqəladə planı çərçivəsində "Deutsche Bank"ın rezervlərini artırmaq üçün bankın səhmlərini alacaq. "Berlin, öz növbəsində, özəl sektorun müdaxiləsini alqışlayır. "Deutsche Bank" üçün bazarın dəstəklənməsi istənilən halda dövlət pullarının istifadəsindən yaxşıdır", - deyə mənbə bildirir. Nəşr banka kapital axını imkanını müzakirə edən şirkətin adını açıqlamır. "Deutsche Bank" isə şərh verməkdən imtina edib.xeber100.com

Oktyabr 8, 2016 8:27

Finlandiyadan Rusiyaya nota…

Finlandiya Rusiya qırıcılarının ölkənin hava sərhədini pozması ilə bağlı Moskvaya nota göndərib. Bunu jurnalistlərə açıqlamasında Finlandiya Müdafiə naziri Yussi Niinistyo söyləyib. Rusiyanın Su-27 təyyarələri dünən iki dəfə Finlandiyanın hava məkanına daxil olub. Moskva rəsmi Helsinkinin ona qarşı səsləndirdiyi iddiaların heç birini qəbul etmir.xeber100.com  

Oktyabr 7, 2016 2:11

Almaniyada İnpol sistemi xətti üzrə axtarış elan edilib

Cümə günü, oktyabrın 7-də HR-info radiostansiyası (Hesse) cinayət işləri üzrə federal idarənin 1 sentyabr tarixinə olan məlumatlarına istinadla xəbər verib ki, Almaniyada 284.158 qaçqın barəsində deportasiya haqqında qərarla əlaqədar həbs edilməli şəxslər kimi, İnpol sistemi xətti üzrə axtarış elan edilib. Məlumatda bildirilir ki, 2015-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə belə qaçqınların sayı təxminən 140 faiz artıb. Bu miqrantlar barəsində axtarış elan edilməsi AFR ərazisində olmaq haqqında qanun əsasında həyata keçirilir. Həmin qanuna görə, əgər Almaniyanın hakimiyyət orqanları əcnəbi vətəndaşın olduğu yeri müəyyən edə bilmirsə həmin şəxs barəsində axtarış elan edilə bilər və o, Almaniya hüdudlarını tərk etməlidir.xeber100.com

Oktyabr 7, 2016 2:04

Beynəlxalq Valyuta Fondunun hesablamasına görə…

Dünya iqtisadiyyatı borc çuxurundadır. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamasına görə, ötən il dünya ölkələrinin ümumi borcu 152 trilyon dolları keçib. Bu, qlobal ümumi daxili məhsulun 225 faizi deməkdir. Euronews telekanalı xəbər verir ki, fondun “Fiscal Monitor” məruzəsinə əsasən, hazırda dövlət borclarının dünya iqtisadiyyatına yüklənməsi Böyük Depressiya zamanında olduğundan daha artıqdır. Borcun ümumi məbləğinin 2/3 hissəsi, təxminən 100 trilyon dolları özəl sektorun payına düşür. BVF bu göstəricinin sürətlə artmasının çox zaman maliyyə böhranı astanasında müşahidə olunduğunu qeyd edir. Məruzədə vurğulanır ki, 2008-2009-cu illər böhranından əvvəl bir çox dövlətlər xeyli vəsait xərcləyərək borca girirdilər. Lakin iqtisadiyyatdakı artım inflyasiya ilə birgə zəiflədi və inkişaf etmiş ölkələrin mərkəzi bankları kredit üzrə faiz dərəcələrini tarixi minimuma qədər aşağı salmağa məcbur oldu. Bir tərəfdən kreditin əlçatan olması, digər tərəfdən isə onun iqtisadi artıma çevrilməməsi vəziyyəti bir qədər də ağırlaşdırdı.xeber100.com

Oktyabr 7, 2016 1:42

2 min 500 aviareys təxirə salınıb

ABŞ-da “Metyu” qasırğası ilə əlaqədar 2 min 500 aviareys təxirə salınıb. “news.usa.bplaced.net” saytı xəbər verir ki, qaydaya əsasən hava limanları küləyin sürəti saatda 50 kilometrə çatdığı halda uçuş-enmə zolağı bağlanır. Meteoroloji proqnozlara əsasən, Florida ştatında qasırğa ilə əlaqədar küləyin sürəti 3 dəfə artacaq. Bununla əlaqədar şirkətlər uçuşları dayandırıb. Təyyarələr artıq təhlükəsiz regionlara daşınıb. Lakin heyət sutkalıq iş rejimində işləyəcək. Məhdudiyyət oktyabrın 8-dək qüvvədə qalacaq. Həmçinin yaxınlaşmaqda olan qasırğa ilə əlaqədar Florida ştatının rəhbərliyi əhalinin nisbətən təhlükəsiz yerlərə evakuasiya edildiyini açıqlayıb.xeber100.com

Oktyabr 7, 2016 1:34

6 bal gücündə zəlzələ baş verib

Tayvan sahillərində 6 bal gücündə zəlzələ baş verib. Bu barədə Tayvanın Mərkəzi Meteoroloji Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.xeber100.com

Oktyabr 7, 2016 1:31

“Bank tribunalı” təsis ediləcək

Avstraliyanın federal hökuməti vətəndaşların bank xidmətlərindən narazılığını araşdırmaq üçün “bank tribunalı” yaratmağı planlaşdırır. Bu barədə oktyabrın 7-də “5AA” radiostansiyasına müsahibəsində Baş nazir Malkolm Ternbull məlumat verib.Baş nazir deyib: “Biz müştərilərin şikayətlərini araşdıracaq çox məsrəf tələb etməyən, operativ və səmərəli fəaliyyət göstərən tribunal yaradacağıq”. M.Ternbull əlavə edib ki, hazırda yeni təşkilatın hüquqi statusunu və vəzifələrini dəqiqləşdirmək üçün mütəxəssislərlə məsləhətləşmələr aparılır.Başa çatmaqda olan həftə ərzində Avstraliya parlamentində ölkənin dörd aparıcı bankının- “Westpac”, “Avstraliya-Yeni Zelandiya Bankı” (ANZ), “Commonwealth Bank” və Avstraliya Milli Bankının (NAB) rəhbərlərinin iştirakı ilə dinləmələr keçirilib. Dinləmələr zamanı bankların əməkdaşları tərəfindən kreditlərin hesablanması, sığorta təminatı, cari xidmətlər zamanı çoxsaylı kobud səhvlərə yol verildiyi məlum olub.xeber100.com

Oktyabr 7, 2016 1:28

Narkobiznesə qarşı sərt mübarizə…

Filippində aparılan sorğuların nəticələri göstərir ki, Prezident Rodriqo Dutertenin reytinqi 70 faizdən yuxarı təşkil edir. Yaponiyanın NHK televiziya kanalının bu barədə yaydığı məlumatda bildirilir ki, bu cür dəstək Filippinin dövlət başçısının sərt siyasəti davam etdirməsinə təkan verəcək. Oktyabrın 6-da Filippinin araşdırma mərkəzlərindən biri apardığı sorğunun nəticələrini açıqlayıb. Rəyi soruşulanların 76 faizi bildirib ki, onlar R.Dutertenin fəaliyyətindən razıdırlar. Respondentlərin 11 faizi isə bunun əksini bildiriblər. Qeyd edək ki, sorğu Filippin Prezidentinin narkobiznesə qarşı apardığı qanlı mübarizənin beynəlxalq tənqidi fonunda aparılıb.

Oktyabr 7, 2016 1:24

Türkiyədəki vəziyyət müzakirə olunacaq

AŞPA-nın payız sessiyasında Fransa prezidenti Fransua Oland, Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edəcəklər. AŞPA saytının verdiyi məlumata görə, payız sessiyası oktyabrın 10-14-də keçiriləcək. Sessiya zamanı Türkiyədəki vəziyyət, Ukrayna münaqişəsi, surroqatlıqla bağlı uşaq hüquqları, maliyyə və sosial ədalətin təminatı məsələləri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq müzakirə olunacaq. Estoniya xarici işlər naziri Jürgen Liqi sədrlik etdiyi AŞ Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat verəcək. Payız sessiyasında 2016-cı il üzrə “Vatslav Havel” insan haqları mükafatının qalibinin adı açıqlanacaq. Sessiyanın açılış günündə Büro iclası da keçiriləcək. İclasda Azərbaycanda sentyabrın 26-də Konstitusiyaya dəyişikliklərlə bağlı referendum və Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı hakimin seçilməsi məsələsi müzakirə ediləcək.xeber100.com

Oktyabr 6, 2016 11:59
    Page 235 of 299« First«...102030...233234235236237...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az