23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

RİA Novosti informasiya agentliyinin məlumatına görə…

Seçənlər kollegiyası səsvermənin ikinci turunda da Estoniya prezidentini seçə bilməyib. Belə ki, iki namizədin heç biri - vəkil Allar Yıks və hakim İslahatçı Partiyanın fəxri sədri, Avropa Komissiyasının sabiq vitse-prezidenti Siym Kallas bu turda da qələbə üçün lazım olan miqdarda səs toplaya bilməyib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, ikinci turda Kallas 138 səs, Yıks isə 134 səs yığa bilib. Bu isə prezident seçilmək üçün kifayət etməyib. Ölkə qanunlarına görə, bundan sonra 14 gün ərzində parlamentin növbədənkənar iclası çağırılmalı və seçki proseduru yenidən başlamalıdır. Estoniyada prezident seçkilərinin ikisəviyyəli sistemi fəaliyyət göstərir: əvvəlcə dövlət başçısını parlamentdə seçməyə cəhd göstərirlər. Namizədlərdən heç biri burada lazımi miqdarda səs yığa bilməsə, seçkilər seçənlər kollegiyasında davam etdirilir. Kollegiyaya parlamentin 101 deputatı və yerli idarəetmənin 234 nümayəndəsi, ümumilikdə 335 nəfər daxildir. Xatırladaq ki, Estoniyanın müstəqilliyi bərpa olunduqdan sonra prezidenti parlamentdə yalnız iki dəfə - 1992 və 2011-ci illərdə seçmək mümkün olub.xeber100.com

Sentyabr 25, 2016 10:13

G7 ölkələri nəqliyyat nazirlərinin görüşü keçirilib

Yaponiyanın Karuizava şəhərində “Böyük yeddilik” (G7) ölkələrinin nəqliyyat nazirlərinin ikigünlük görüşü keçirilib. Görüşdə digər məsələlərlə yanaşı, pilotsuz avtomobil texnologiyalarının inkişafı barədə də razılıq əldə edilib. Sentyabrın 24-də nazirlərin elan etdiyi bəyanatda bildirilir ki, pilotsuz nəqliyyat vasitələrinin geniş tətbiqi yol-nəqliyyat hadisələrinin sayının azalmasına və tıxacların aradan qaldırılmasına təkan verər. Pilotsuz nəqliyyat vasitələri, güman edilir ki, əyalət yerlərində yaşayan əhalinin nəqliyyatla təmin edilməsində də mühüm rol oynaya bilər.xeber100.com

Sentyabr 25, 2016 9:27

Rusiya və Misir arasında aviareyslər oktyabrda bərpa oluna bilər

Misir KİV-lərinin ölkənin Mülki Aviasiya Nazirliyindəki məlumatlı mənbələrə istinadla yaydığı xəbərlərə görə, Rusiya və Misir arasında aviareyslər oktyabrda bərpa oluna bilər. Mənbənin məlumatına əsasən, tərəflər oktyabrda aviareyslərin mərhələli şəkildə bərpası haqqında razılığa gəliblər. Misir aviasiyanın rəhbərləri iki ölkə arasında aviareyslərin yenilən başlanması və uçuşların təhlükəsizliyin təmin olunması məsələlərində rusiyalı həmkarları ilə sıx əməkdaşlıq edir. İlk növbədə Qahirə ilə Moskva arasında reyslərin bərpa olunması nəzərdə tutulur. Bu reyslər Qahirə aeroportunun yeni terminalından yerinə yetiriləcək. Sonra Hurqada və Şarm-əş-Şeyx kurort şəhərləri ilə müntəzəm aviareyslərin bərpasına başlanacaq.xeber100.com

Sentyabr 25, 2016 9:12

“Moody’s” kredit reytinqini dəyişib

Beynəlxalq reytinq agentliyi “Moody’s” Türkiyənin kredit reytinqini “Baa3” səviyyəsindən “Ba1” səviyyəsinə dəyişib. Azərtac xəbər verir ki, bu barədə “Moody’s”dən edilən şərhdə deyilir. Şərhdə buna səbəb kimi Türkiyənin xarici maliyyə öhdəliklərinə istiqamətlənən risklərin artması və iqtisadi böyümənin zəifləməsi səbəb göstərilib.xeber100.com

Sentyabr 24, 2016 10:05

Parlament seçkilərinin yekunları açıqlanıb

İordaniya Müstəqil Seçki Komissiyası parlamentin Nümayəndələr Palatasına (aşağı palata) seçkilərin yekununu açıqlayıb. Müstəqil Seçki Komissiyasının sədri Xalid al-Kalaldi bildirib ki, İordaniya ərazisində bütün seçki məntəqələrinə 1 milyon 492 min 400 seçici gedib ki, bu ölkənin səsvermə hüququ olan əhalisinin 36,134 faizini təşkil edir. Seçki komissiyasının məlumatına görə, ölkədə 4 milyon 130 min 142 nəfər seçici seçkilərdə səsvermə hüququna malikdir. Seçki komissiyasının rəhbəri diqqətə çatdırıb ki, 775 min 684 kişi və 716 min 716 qadın seçkilərdə səs verib. Xalid al-Kalaldi xüsusilə vurğulayıb ki, 18-ci çağırış ölkə parlamentinə 20 qadın seçilib. Krallığın parlamentində 130 yerə 1252 namizəd – 253 qadın və 999 kişi iddialı olub.xeber100.com

Sentyabr 23, 2016 3:12

6,5 bal gücündə zəlzələ baş verib

Sentyabrın 23-də Yaponiyanın şərq sahillərində 6,5 bal gücündə zəlzələ baş verib. Milli Meteorologiya Agentliyinin məlumatına əsasən, yeraltı təkanların episentri Çiba prefekturasının Sakit okean sahillərində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.xeber100.com

Sentyabr 23, 2016 3:07

NHK tv-nin yaydığı məlumata görə…

BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyə can atan dörd ölkənin xarici işlər nazirləri bu orqanı islahatlara çağıran bəyanatla çıxış ediblər. NHK televiziya kanalının yaydığı məlumata görə, Yaponiya, Almaniya, Braziliya və Hindistanın xarici işlər nazirləri sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasında bir araya gəliblər. Bu qrup həm də “Böyük dördlük” (G-4) adlandırılır. Nazirlər bəyan ediblər ki, çoxsaylı münaqişələr və humanitar böhranlarla bağlı dünyada sülhün bərqərar olmasına çalışan daha məhsuldar, legitim və səmərəli Təhlükəsizlik Şurasına indi daha çox ehtiyac var.xeber100.com

Sentyabr 23, 2016 3:02

“Commerzbank” minlərlə iş yerinin azaldılmasını planlaşdırır

Almaniyanın "Commerzbank"ın kreditlərə olan tələbatın zəifliyi və faiz dərəcələrinin aşağı olması fonunda xərclərin azaldılması üzrə strategiyası çərçivəsində minlərlə iş yerinin azaldılmasını planlaşdırır. Azərtac “banks.eu” saytına istinadla xəbər verir ki, digər mənbənin məlumatına görə, bankda hər 10 əməkdaşdan biri ixtisara düşə bilər ki, bu da 5 min nəfərə qədər işçinin ixtisara düşəcəyi deməkdir. Almaniyanın ikinci ən böyük bankında hazırda təxminən 50 min nəfər işləyir. "Commerzbank"ın yeni baş direktoru Martin Zelkenin gələn həftə bankın Müşahidə Şurasının iclasında "Commerzbank"ın yeni inkişaf strategiyasını təqdim edəcəyi gözlənilir. "Commerzbank" əvvəllər xalis mənfəət üzrə bu il planlaşdırılan göstəricini əldə edə bilməyəcəyini elan etmişdi. Çünki ikinci rübdə bankın xalis mənfəəti və mədaxili aşağı faiz dərəcələrinin və müştərilərin fəallığının zəif olması fonunda azalıb. Qeyd edək ki, Almaniyanın digər iri bankı olan "Deutsche Bank" 100 min əməkdaşı arasında təxminən 9 min iş yeri ixtisar etməyi planlaşdırır.xeber100.com

Sentyabr 23, 2016 2:55

Terror təhlükəsi barədə xəbərdarlıq

ABŞ Türkiyədə terror təhlükəsi barədə xəbərdarlıq edib.  “Hürriyet” qəzetinin verdiyi məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi Gaziantep şəhərində xüsusən əcnəbilərin üstünlük verdiyi ticarət mərkəzləri və obyektlərdə terror aktı təşkil edilə biləcəyi barədə xəbərdarlıq yayıb. Səfirliyin ABŞ vətəndaşlarına xitabən yayımladığı mesajda qeyd olunub ki, Türkiyə polisi Gaziantepdə terrorçularla bağlı istintaq aparır və bu məlumat terrorçuların ticarət mərkəzləri və Qərb ölkələrinin vətəndaşlarının getdikləri restoran və kafeləri hədəf alacağına işarə edir. Səfirlik ABŞ vətəndaşlarına belə yerlərə gedərkən ehtiyatlı olmağı, mümkünsə, getməməsi tövsiyə edib. ABŞ səfirliyi terror aktının hansı terror təşkilatları tərəfindən həyata keçirilə biləcəyinə aydınlıq gətirməyib.xeber100.com

Sentyabr 22, 2016 2:44

Hökumət əleyhinə keçirilən aksiyalar davam edir

Konqo Demokratik Respublikasında hökumət əleyhinə keçirilən aksiyalar davam edir. Apa-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polis paytaxt Kinşasada keçirilən aksiyaya müdaxilə edib, mitinqi dağıtmaq istəyib. Bu zaman mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında silahlı toqquşma baş verib. Yerli hüquq-müdafiə təşkilatları qarşıdurmada 37 aksiya iştirakçısı və 6 polisin öldüyü barədə məlumat yayıb. Rəsmi məlumatlarda ölənlərin sayının 32 olduğu bildirilib. Lakin Belçika mətbuatına açıqlama verən müxalifət lideri toqquşmalarda 100 nəfərin öldüyünü deyib. Etiraz aksiyalarına səbəb daha əvvəl iki dəfə prezident seçilmiş Josef Kabilanın üçüncü dəfə namizəd ola bilmək üçün Konstitusiyanı dəyişdirməyə cəhd etməsidir. Jozef Kabila ilk dəfə 2001-ci ildə ölkə prezidenti olub. O, bu vəzifədə olmuş atası Loran Kabilanı əvəzləyib. Loran Kabila 2001-ci ildə vəfat edib.xeber100.com

Sentyabr 22, 2016 2:41
    Page 238 of 299« First«...102030...236237238239240...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az