23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

TASS informasiya agentliyinin məlumatına görə…

2015-ci ildə zorakılıq və münaqişələr səbəbindən dünya ictimaiyyəti ümumilikdə təxminən 13,6 trilyon dollar itirib. Bu barədə məlumatı BMT-nin Baş katibi Pan Gi Mun sentyabrın 21-də beynəlxalq təşkilatın Dünya Quruculuğu Fonduna dəstək üzrə keçirilən konfransında səsləndirib. TASS informasiya agentliyi xəbər verir ki, dövlətləri BMT-nin Dünya Quruculuğu Fonduna daha çox vəsait köçürməyə çağıran Baş katibin sözlərinə görə, təkcə 2015-ci ildə beynəlxalq ictimaiyyət sülhməramlı əməliyyatlara, həmçinin qaçqınlara və münaqişələr səbəbindən zərər çəkən insanlara etdiyi humanitar yardımlara 34 milyard dollar xərcləyib. “Təhlükəli səviyyəyə çatan iqlim dəyişikliyi, iqtisadi böhranlar və maliyyə sarsıntıları, artan qeyri-bərabərlik və gənclər arasında işsizlik problemi münaqişələrə səbəb olur və insanlara güclü təzyiq göstərir. Uzun fasilədən sonra münaqişələrin sayı artmağa başlayıb. Dövlətlər arasında müharibələr azalsa da, ölkələrdə daxili toqquşmalar baş verir”, - deyə Pan Gi Mun vurğulayıb. Xatırladaq ki, nizamnamə kapitalı 250 milyon dollar təşkil edən BMT-nin Dünya Quruculuğu Fondu 2006-cı ildə təsis olunub.xeber100.com  

Sentyabr 22, 2016 2:22

İranda hərbi parad keçirilir

Müqəddəs Müdafiə Həftəsinin ilk günündə Tehranda və İranın bütün şəhərlərində silahlı qüvvələrin parad yürüşü keçirilib. Silahlı qüvvələrin Tehrandakı parad yürüşü ordunun yüksək səviyyəli rəsmiləri, o cümlədən baş qərargah rəisi, ordunun baş komandanı, İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) baş komandan əvəzinin iştirakı ilə keçirilib. Silahlı qüvvələrin parad yürüşündə İranın son hərbi və müdafiə təchizatları da nümayiş etdirilib. Xatırladaq ki, sentyabrın 21-i İraqın Bəəs rejiminin İran İslam Respublikasına hücumunun başlandığı gün və Müqəddəs Müdafiə Həftəsinin ilk günüdür.xeber100.com

Sentyabr 21, 2016 12:07

Anadolu agentliyinin məlumatına görə…

Sentyabrın 28-də İstanbulda 9-cu Beynəlxalq İstanbul şeir və ədəbiyyat festivalı keçiriləcək. Anadolu agentliyinin məlumatına görə, festivalda 20-dək ölkə iştirak edəcək. Festival çərçivəsində bir sıra ədəbi tədbirlər təşkil olunacaq. Bu il ilk dəfə dünyanın bir sıra povest, roman və uşaq ədəbiyyatı yazıçıları da festivala qatılacaq. Festival çərçivəsində dünyanın ən məşhur yazıçı və şairlərinin kitab təqdimatları da nəzərdə tutulur. Builki festival U.Şekspirin anadan olmasının 400 illiyi və Türkiyənin məşhur mütəfəkkiri Cəmil Meriçin anadan olmasının 100 illiyinə həsr olunacaq.xeber100.com

Sentyabr 21, 2016 12:02

6,1 bal gücündə zəlzələ baş verib

Sakit okeanın Yaponiyanın cənub-şərqindəki İdzu adası sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat verib. Məlumata görə, yeraltı təkanların episentri Tokiodan 622 km aralıda dənizdə olub. Ocağı 30 km dərinlikdə yerləşib.xeber100.com

Sentyabr 21, 2016 11:59

Parlament seçkilərinə səsvermə prosesi başa çatıb

İordaniya Müstəqil Seçki Komissiyasının sədri Xalid al-Kalaldi Əmmanda keçirilən mətbuat konfransında elan edib ki, Haşimilər Krallığının qanunverici orqanına ümumi seçkilərdə səsvermə prosesi başa çatıb. Dairə komissiyalarının üzvləri səsləri hesablamağa başlayıblar. Müstəqil Seçki Komissiyası sədrinin sözlərinə görə, seçkilərin ilkin yekunu yaxın vaxtlarda məlum olacaq, yekun nəticələr isə bütün səslər tam hesablandıqdan sonra elan ediləcək.xeber100.com

Sentyabr 21, 2016 11:56

Parlament seçkiləri keçirilir

Bu gün İordaniyada parlamentin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər keçirilir. İordaniya vaxtı ilə saat 07:00-da ölkə ərazisində 23 dairədə 1483 seçki məntəqəsi açılıb. Seçki məntəqələri saat 19:00-da bağlanacaq. Müstəqil Seçki Komissiyasının məlumatına görə, səsvermədə ölkənin 4 milyondan çox vətəndaşı iştirak edəcək. Seçkilərin keçirilməsi prosesinə 80 mindən çox insan və 10 mindən çox könüllü cəlb edilib. Krallığın parlamentində 130 yer uğrunda Müstəqil Seçki Komissiyasında qeydiyyatdan keçmiş 1252 namizəd – 253 qadın və 999 kişi mübarizə aparır. Rəsmi məlumata görə, seçkilərin gedişini 14 mindən çox beynəlxalq və yerli müşahidəçi, o cümlədən Avropa İttifaqının nümayəndə heyəti izləyir. Habelə 1700-dən çox akkreditasiyadan keçmiş jurnalist İordaniyada keçirilən parlament seçkilərini işıqlandıracaq.xeber100.com  

Sentyabr 20, 2016 12:23

Qaçqınlara yardım üçün 2 milyard 800 milyon dollar ayrılacaq

Yaponiyanın Baş naziri Şinzo Abe qarşıdakı üç ildə qaçqınlara, miqrantlara və onları qəbul edən ölkələrə yardım üçün 2 milyard 800 milyon dollar ayrılacağını deyib. Ş.Abe bu barədə sentyabrın 19-da Nyu-Yorkda, BMT-nin qaçqınlar və miqrantlar üzrə sammitində çıxışı zamanı bildirib. Baş nazir qeyd edib ki, dünya hazırda qaçqınların və miqrantların görünməmiş sayda hərəkəti ilə bağlı ciddi humanitar problemlə qarşılaşıb. O, yaranmış vəziyyəti aradan qaldırmaq üçün məsələyə aidiyyəti olan bütün ölkələri və institutları sıx əməkdaşlığa çağırıb.xeber100.com

Sentyabr 20, 2016 12:17

“Enpass Portable” USB daşıyıcı qurğusu nümayiş etdirilib

“Enpass” şirkəti kompakt “Enpass Portable” USB daşıyıcı qurğusunu nümayiş etdirib.  “4PDA” saytı xəbər verir ki, yeni qurğu kompyuterə qoşularaq avtorizasiyadan keçməklə bir neçə saniyə ərzində bütün parollara daxil olmağa imkan verəcək. Əlavə proqram təminatının quraşdırılmasını tələb etməyən həlli inzibatçı hüququ olmadan kompyuterlərdə işə salmaq mümkündür. “Enpass Portable”dan ödənişli lisenziyanın mövcudluğundan asılı olmayaraq bütün istifadəçilər yararlana biləcək. Hazırda beta test mərhələsində olan qurğudan qeydiyyatdan keçməklə rəsmi təqdimatdan əvvəl sınaqdan keçirmək olar.xeber100.com

Sentyabr 19, 2016 12:14

“Yedinaya Rossiya” partiyası qələbə qazanıb

Rusiya Prezidenti Vladimir Putin və Rusiya hökumətinin sədri Dmitri Medvedev Dövlət Dumasına seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbə qazandığını elan ediblər. Səsvermənin ilkin nəticələri elan olunduqdan sonra V.Putin və D.Medvedev “Yedinaya Rossiya” Partiyasının mənzil qərargahına gəliblər. D.Medvedev qeyd edib ki, səsvermədə iştirak edən seçicilərin əksəriyyəti “Yedinaya Rossiya” Partiyasına səs verib. O deyib: “Əminliklə demək olar ki, biz qalib gəlmişik”. Prezident V.Putin çıxışında bildirib ki, “Yedinaya Rossiya” Partiyası çox yaxşı nəticələr nümayiş etdirib. V.Putinin sözlərinə görə, hazırda ölkədə vəziyyət çətin də olsa, insanlar “Yedinaya Rossiya” Partiyasına səs verib. O deyib: “İnsanlar siyasi sistemin sabit olmasını istəyirlər. Onlar ölkədə, siyasi sahədə, parlamentdə vəziyyətin etibarlı olmasını istəyirlər. İnsanlar görürlər ki, “Yedinaya Rossiya” Partiyasının nümayəndələri onlar üçün canla-başla çalışırlar”.xeber100.com

Sentyabr 19, 2016 12:09

Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb

Rusiyada vahid seçkilər günü başa çatıb. Nəticələrə görə, “Yedinaya Rossiya” Partiyası 44,15 faiz, Rusiya Liberal Demokratik Partiyası 18,39 faiz, Rusiya Kommunist Partiyası 18,39 faiz, “Spravedlivaya Rossiya” Partiyası 6,24 faiz səs toplayıb. Beləliklə, ilkin hesablamalara əsasən, Dövlət Dumasına seçkilərdə 4 partiya qələbə qazanıb.xeber100.com

Sentyabr 18, 2016 10:03
    Page 239 of 299« First«...102030...237238239240241...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az