30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Qaçqınlara yardım üçün 2 milyard 800 milyon dollar ayrılacaq

Yaponiyanın Baş naziri Şinzo Abe qarşıdakı üç ildə qaçqınlara, miqrantlara və onları qəbul edən ölkələrə yardım üçün 2 milyard 800 milyon dollar ayrılacağını deyib. Ş.Abe bu barədə sentyabrın 19-da Nyu-Yorkda, BMT-nin qaçqınlar və miqrantlar üzrə sammitində çıxışı zamanı bildirib. Baş nazir qeyd edib ki, dünya hazırda qaçqınların və miqrantların görünməmiş sayda hərəkəti ilə bağlı ciddi humanitar problemlə qarşılaşıb. O, yaranmış vəziyyəti aradan qaldırmaq üçün məsələyə aidiyyəti olan bütün ölkələri və institutları sıx əməkdaşlığa çağırıb.xeber100.com

Sentyabr 20, 2016 12:17

“Enpass Portable” USB daşıyıcı qurğusu nümayiş etdirilib

“Enpass” şirkəti kompakt “Enpass Portable” USB daşıyıcı qurğusunu nümayiş etdirib.  “4PDA” saytı xəbər verir ki, yeni qurğu kompyuterə qoşularaq avtorizasiyadan keçməklə bir neçə saniyə ərzində bütün parollara daxil olmağa imkan verəcək. Əlavə proqram təminatının quraşdırılmasını tələb etməyən həlli inzibatçı hüququ olmadan kompyuterlərdə işə salmaq mümkündür. “Enpass Portable”dan ödənişli lisenziyanın mövcudluğundan asılı olmayaraq bütün istifadəçilər yararlana biləcək. Hazırda beta test mərhələsində olan qurğudan qeydiyyatdan keçməklə rəsmi təqdimatdan əvvəl sınaqdan keçirmək olar.xeber100.com

Sentyabr 19, 2016 12:14

“Yedinaya Rossiya” partiyası qələbə qazanıb

Rusiya Prezidenti Vladimir Putin və Rusiya hökumətinin sədri Dmitri Medvedev Dövlət Dumasına seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbə qazandığını elan ediblər. Səsvermənin ilkin nəticələri elan olunduqdan sonra V.Putin və D.Medvedev “Yedinaya Rossiya” Partiyasının mənzil qərargahına gəliblər. D.Medvedev qeyd edib ki, səsvermədə iştirak edən seçicilərin əksəriyyəti “Yedinaya Rossiya” Partiyasına səs verib. O deyib: “Əminliklə demək olar ki, biz qalib gəlmişik”. Prezident V.Putin çıxışında bildirib ki, “Yedinaya Rossiya” Partiyası çox yaxşı nəticələr nümayiş etdirib. V.Putinin sözlərinə görə, hazırda ölkədə vəziyyət çətin də olsa, insanlar “Yedinaya Rossiya” Partiyasına səs verib. O deyib: “İnsanlar siyasi sistemin sabit olmasını istəyirlər. Onlar ölkədə, siyasi sahədə, parlamentdə vəziyyətin etibarlı olmasını istəyirlər. İnsanlar görürlər ki, “Yedinaya Rossiya” Partiyasının nümayəndələri onlar üçün canla-başla çalışırlar”.xeber100.com

Sentyabr 19, 2016 12:09

Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb

Rusiyada vahid seçkilər günü başa çatıb. Nəticələrə görə, “Yedinaya Rossiya” Partiyası 44,15 faiz, Rusiya Liberal Demokratik Partiyası 18,39 faiz, Rusiya Kommunist Partiyası 18,39 faiz, “Spravedlivaya Rossiya” Partiyası 6,24 faiz səs toplayıb. Beləliklə, ilkin hesablamalara əsasən, Dövlət Dumasına seçkilərdə 4 partiya qələbə qazanıb.xeber100.com

Sentyabr 18, 2016 10:03

Dövlət Dumasına seçkilərlə bağlı sükut günü…

Sentyabrın 17-si Rusiyada Dövlət Dumasına seçkilərlə bağlı sükut günüdür. Bu gün televiziyalarda, mətbu nəşrlərdə və internetdə bütün növ seçkiqabağı təşviqat, həmçinin partiya tədbirləri və mitinqlər qadağan olunur. Eyni zamanda, səsvermə günü də saat 21:00-dək (sonuncu seçki məntəqəsi bağlananadək) təşviqat aparmaq olmaz. Rusiyanın NTV telekanalı xəbər verir ki, sentyabrın 18-də VII çağırış Dövlət Dumasına seçkilər keçiriləcək. Həmçinin həmin gün 9 qubernator seçiləcək və təxminən 40 regionda bülletenlərdə yerli parlamentlərə deputatlığa namizədlərin soyadları da yazılacaq. Rusiya parlamentinin aşağı palatasına seçkilər iki sistem üzrə keçirilir. Belə ki, 225 deputat partiya siyahıları üzrə, 225 deputat isə birmandatlı dairələr üzrə seçiləcək.xeber100.com

Sentyabr 17, 2016 10:29

Beynəlxalq aeroport istifadəyə verilib

Sentyabrın 17-də Türkmənistanın paytaxtı Aşqabadda layihə dəyəri 2 milyard dollardan çox olan beynəlxalq aeroport istifadəyə verilib. Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, aeroportun açılış mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirak edib. Üç terminaldan ibarət aeroport saatda 2 min sərnişinə xidmət edəcək. Bütün növdə və hər cür yük tutumu olan təyyarələri qəbul edə biləcək iki qalxma-enmə zolağının uzunluğu 3800 metrdir. Aeroport kompleksinin ümumi sahəsi isə 1200 hektardır. Açılış mərasimində yeni aeroporta dünyada ən böyük xalça ornamentinin memari təsvirinə görə “Ginnesin rekordlar kitabı”nın sertifikatı təqdim edilib. Əsas sərnişin terminalının damında yerləşən ornamentin sahəsi 705 kvadratmetrdir. Türkmənistanın paytaxtındakı yeni hava limanını bundan əvvəl Olimpiya şəhərciyini, Bitərəflik Tağını, Aşqabad televiziya qülləsini və Türkmənbaşı şəhərindəki beynəlxalq aeroportu inşa edən Türkiyənin “Polimeks” kompaniyası tikib.xeber100.com

Sentyabr 17, 2016 10:19

ABŞ-ın “UnifyID” startapı yeni məhsul təqdim edib

ABŞ-ın “UnifyID” startapı yeni məhsul-parolsuz avtorizasiya sistemini təqdim edib. “infox.ru” saytı xəbər verir ki, avtorizasiya üsullarından biri kimi parol çoxdan istifadəçini müdaxilədən qorumaq gücünə malik deyil, ona görə yeni sistem istifadəçinin istifadə etdiyi qurğular, olduğu yerlər və biometrik parametrlər haqda məlumatları təhlil edir. Bu üsulla kənar qurğudan və ya qeyri-tipik yerdən sistemə girişi aradan qaldırmaq olar. Platforma biometrik parametrlərin köməyi ilə sistemə daxil olmağa imkan verir. Söhbət barmaq izi və gözün qüzehi qişasının skan edilməsindən getmir. Sistem istifadəçini onun yerişi, ürək ritmi, klaviaturada düymələrə sıxma sürəti və tərzindən tanıyır. “UnifyID” şirkətinin direktoru Con Ueyli barmaq izinin köməyi ilə eyniləşdirmə üsulunu "qıcıqlandırıcı" və hakerlər üçün sadə maneə hesab edir. Parollara müdaxilə, həmçinin asandır. Müasir eyniləşdirmə sistemi məxfi informasiyaya əsaslanır və istifadəçi sistemə daxil olduqda hər dəfə onu paylaşır, halbuki “UnifyID” avtorizasiya üsulu bu anı tamamilə istisna edir.xeber100.com

Sentyabr 16, 2016 3:09

Anadolu xəbər agentliyinin məlumatına görə…

Livanın paytaxtı Beyrutda 7-ci Beynəlxalq Beyrut İncəsənət Sərgisinin açılışı olub. Anadolu xəbər agentliyinin məlumatına görə, sərgiyə, Yaxın Şərq və Şimali Afrikanın 20 ölkəsindən 300-dək rəssam qatılıb. Sərginin ekspozisiyasında 1500 sənət əsəri nümayiş olunur. Sərgidə, həmçinin müasir mövzulu əsərlərlə yanaşı, ölkələrin tarixini əks etdirən sənət əsərləri də yer alıb. Plastik sənətlər və fotoların da nümayiş olunduğu sərgi sentyabrın 18-dək davam edəcək.

Sentyabr 16, 2016 3:01

“Çanaqqala-1915”…

Gələn ilin martında Türkiyədə “Çanaqqala-1915” körpüsünün təməli qoyulacaq. Dardanel boğazının üzərində tikiləcək körpü 352 kilometr uzunluğunda olacaq Kınalı-Tekirdağ-Çanaqqala-Gelibolu-Balıkesir-Savaştepe avtomagistralını birləşdirəcək. Bu tikinti çərçivəsində 5 tunel, 30 yol qovşağı, 143 yeraltı və yerüstü keçid inşa olunacaq. Layihə beş il ərzində başa çatacaq.xeber100.com

Sentyabr 16, 2016 2:54

Prezident seçkilərinə hazırlıq işləri davam edir

Özbəkistanın “Milli Dirçəliş” Demokratik Partiyasının plenumunda Ali Məclis sədrinin müavini Sarvar Atamuradovun prezidentliyə namizədliyi irəli sürülüb. Qurultayda təsdiq oldunduqdan sonra onun namizədliyinin qeydə alınması üçün Özbəkistan Mərkəzi Seçki Komissiyasına müraciət ediləcək. Özbəkistan Liberal-Demokrat Partiyası Siyasi Şurasının bu gün Daşkənddə keçirilən iclasında prezidentin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevin də prezidentliyə namizədliyi irəli sürülüb. Xatırladaq ki, prezident seçkiləri dekabrın 4-də keçiriləcək.xeber100.com

Sentyabr 16, 2016 2:43
    Page 241 of 301« First«...102030...239240241242243...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az