Rakka şəhərini azad etmək üçün…

Türkiyənin “Yeni Şafak” qəzeti yazır ki, Qurban bayramından sonra Rakka əməliyyatı ilə bağlı ABŞ hərbi nümayəndə heyəti Ankaraya gələcək, planlaşdırılan əməliyyatın detalları müzakirə ediləcək. Hazırda Türkiyə hökuməti və ordu rəhbərliyi Rakkanın sosial-mədəni quruluşunu, 2013-cü ildən sonra şəhərdə baş verən prosesləri, İŞİD-in bölgədə döyüş qabiliyyətini və Rakka əməliyyatından sonra ortaya çıxa biləcək bütün ssenariləri araşdırır. ABŞ nümayəndə heyətinin səfərinə qədər bu araşdırmalar yekunlaşdırılacaq və görüşdə Rakka əməliyyatının bütün aspektləri müzakirə olunacaq. Türkiyənin Rakkanın azad edilməsində iştirak etməsi üçün ABŞ qarşısında irəli sürəcəyi iki əsas şərdən biri PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin əməliyyata qatılmamasıdır. Türkiyə YPG-nin əsas rol oynadığı Suriya Demokratik Qüvvələrini də heç bir halda Rakkka əməliyyatında görmək istəmir. Ankara Rakka əməliyyatının koalisiya qüvvələrinin ortaq əməliyyatı olaraq həyata keçirilməsini zəruri sayır. Türkiyənin ikinci şərti Münbiçlə bağlıdır. Türkiyə PYD və ona bağlı SuriyaDemokratik Qüvvələrinin Münbiçdən çəkilməsini, Rakka əməliyyatı zamanı Münbiçin quru qüvvələrinin əsas bazası olmasını zəruri sayır. Bu halda Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu Rakka əməliyyatında əsas rolu öz üzərinə götürəcək. Türkiyə bu iki şərtin yerinə yetiriləcəyi halda, Rakka əməliyyatı zamanı müxalif Azad Suriya Ordusuna tank və digər zirehli birləşmələrlə dəstək verməyə, o cümlədən Türkiyə ordusunun xüsusi təyinatlı bölmələrinin də müxaliflərlə birgə quru əməliyyatında iştirak etməsinə hazırdır.xeber100.com  

Sentyabr 13, 2016 7:20