03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“The Wall Street Journal” yazır…

ABŞ-dan Çinə ilk dəfə mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) ixrac olunub. “The Wall Street Journal”ın məlumatına görə, Panama kanalının yenidən qurulmasından sonra ABŞ yanacağının Asiyaya ixracı asanlaşıb. Maye qaz “Royal Dutch Shell” şirkəti tərəfindən Meksika körfəzinin “Sabine Pass” ixrac terminalından Çinin Yantyan limanına çatdırılıb. LNG-ni burada uzunmüddətli müqavilə çərçivəsində “China National Offshore Oil Corp.” şirkəti qəbul edib.xeber100.com

Avqust 25, 2016 2:58

Euronews telekanalının məlumatına görə…

Braziliya senatı bu gün ölkə prezidenti Dilma Russeffin maliyyə pozuntuları ilə əlaqədar impiçmenti məsələsinin müzakirəsinə başlayacaq. Euronews telekanalının məlumatına görə, senatın iclası məhkəmə dinləmələri şəklində keçiriləcək. Tərəflərin vəkilləri və şahidləri, həmçinin Dilma Russeff senatorlar qarşısında çıxış edəcəklər. Bu ərəfədə tərəfdarları qarşısında çıxış edən Russeff yenidən bütün ittihamları rədd edərək günahsız olduğunu bildirib: “Mən heç vaxt korrupsiya yolu ilə pul qazanmamışam. Mənim başıma gələnlər Braziliyada demokratiyanın sarsılmasına açıq işarədir. Biz belə halların təkrarlanmaması üçün əlimizdən gələni etməliyik”. Avqustun 29-da Dilma Russeffin senatda son söz ilə çıxış edəcəyi, avqustun 31-də isə senatorların yekun səsverməsinin keçiriləcəyi gözlənilir. İmpiçmentin qəbul ediləcəyi təqdirdə dövlət başçısı postunu vitse-prezident və hazırda prezidentin səlahiyyətlərini icra edən Mişel Temer tutacaq.xeber100.com

Avqust 25, 2016 2:50

Belarus Milli Məclisinin Respublika Şurası üzvlərinin seçkiləri başlanıb

Bu gün, avqustun 25-də altıncı çağırış Belarus Milli Məclisinin Respublika Şurası üzvlərinin seçkiləri başlanıb. BELTA agentliyinin məlumatına görə, Belarus parlamentinin yuxarı palatasına seçki kampaniyasının hazırlanması və keçirilməsi ilə bağlı təşkilati tədbirlərin təqvim planına uyğun olaraq seçkilər avqustun 25-dən sentyabrın 13-dək, yəni cari çağırış Respublika Şurasının səlahiyyət dövrünün başa çatmasına 35 gün qalana qədər keçiriləcək. Senator seçkiləri hər bir vilayətdə baza səviyyəli yerli deputatlar sovetlərinin və Minsk şəhər sovetinin iclaslarında gizli səsvermə yolu ilə bərabər və dolayı seçki hüququ əsasında keçirilir. Mərkəzi seçki komissiyası Respublika Şurası üzvlərinin seçkilərini sentyabrın 30-dan gec olmayaraq yekunlaşdıracaq və seçilmiş senatorları qeydiyyata alacaqdır.xeber100.com

Avqust 25, 2016 2:45

Danimarka hökumətinin planına əsasən…

Danimarka hökuməti “xərçəng xəstəliyinə qarşı mübarizədə tarixi plan” adlandırdığı layihənin təfərrüatlarını dərc etdirib. IV “Xərçəngə qarşı mübarizə paketi”ndə bir çox müddəalarla yanaşı, gənclər arasında siqaretin qadağan olunmasına dair yeni maddə də yer alıb. Hökumətin planına əsasən təhsil müəssisələrində siqaret çəkmək əleyhinə yeni məhdudiyyətlər qoyulmalı, habelə həddi-büluğa çatmayanlara tütün məmulatlarının satışı qadağan edilməlidir. Sonuncu maddənin həyata keçirilməsinə nail olmaq üçün ölkənin iş adamları ilə iş aparılması planlaşdırılır.xeber100.com

Avqust 25, 2016 12:02

Britaniyada miqrasiya probleminin həlli…

"“Brexit” Britaniyanın miqrasiya sistemindəki problemlərin aradan qaldırılması və ictimai etibarın yenidən qazanılması üçün böyük fürsətdir" Bu fikirlər Britaniyadakı beyin mərkəzlərindən birinin açıqlamasında qeyd edilib. O da qeyd olunur ki, britaniyalıların yarısı hökumətin miqrasiya problemini həll edəcəyinə və Britaniyada daimi yaşayacaq əcnəbilərin sayının dəqiqləşdiriləcəyinə inanmır. Hökumət yaxın gələcəkdə Britaniyada miqrasiya probleminin həll ediləcəyini, miqrantların dəqiq sayının ictimaiyyətə açıqlanacağını qeyd edib.xeber100.com

Avqust 25, 2016 11:57

Suriyanın ərazi bütövlüyü uğrunda mübarizə…

Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb. Anadolu agentliyinin məlumatına görə Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endirib. Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib. Hərbi əməliyyat, həmçinin yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.xeber100.com

Avqust 24, 2016 2:57

Regional məsələlər müzakirə edilib

Yaponiyanın, Çinin və Koreya Respublikasının xarici işlər nazirləri avqustun 24-də Tokioda aparılan danışıqlar zamanı regional məsələləri müzakirə ediblər. Yaponiyanın xarici işlər naziri Fumio Kişida Çin və Koreya Respublikasından olan həmkarları Van İ və Yun Byon Se ilə Koreya Xalq Demokratik Respublikasının nüvə və raketlərin sınaqları məsələsi, həmçinin üç ölkə arasında azad ticarət razılaşması barədə fikir mübadiləsi aparıblar. Nazirlərin sonradan təşkil olunacaq ikitərəfli görüşlərində qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağı bildirilir. NHK televiziya kanalının yaydığı məlumata görə, F.Kişida çinli həmkarı Van İ ilə görüşündə Senkaku adaları rayonunda Çin gəmilərinin yapon ərazi sularına daxil olması ilə bağlı etirazını bildirəcək və bu ölkəni təmkin nümayiş etdirməyə çağıracaq.xeber100.com

Avqust 24, 2016 2:49

NTV telekanalının məlumatına görə…

İtaliyanın mərkəzi regionunda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb, yüzlərlə insan itkin düşüb, yaralıların dəqiq sayı isə hələ ki, məlum deyil. Rusiyanın NTV telekanalının məlumatına görə, zəlzələ nəticəsində dağlıq ərazidə yerləşən şəhərlər, xüsusən Amatriçe, Peskara-del-Tronto, Akkumoli şəhərləri daha çox zərər görüb. Hazırda təbii fəlakətdən sonra dağ rayonlarında sağ qalanların axtarışı davam edir. Xatırladaq ki, dünən gecə İtaliyanın mərkəzi hissəsində yerli vaxtla saat 3:36-da 6 bal gücündə zəlzələ baş verib. İlk təkanın ardınca 5,4 bal gücündə ikinci təkan, sonradan isə 55 avterşok qeydə alınıb.xeber100.com

Avqust 24, 2016 2:33

“AFP” agentliyinin məlumatına əsasən…

Türkiyə Avstriyadakı səfirini məsləhətləşmələr üçün geri çağırır. “AFP” agentliyinin məlumatına əsasən, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. “Son hadisələrlə əlaqədar biz Vyanadakı səfirimizi həm məsləhətləşmələr üçün, həm də Avstriya ilə münasibətlərə yenidən baxılması üçün  geri çağırmışıq”, deyə M.Çavuşoğlu bildirib. Reuters agentliyinin məlumatına görə, Türkiyə xarici işlər idarəsinin rəhbəri bu gün bildirib ki, səfir həmçinin Avstriyada avqustun 19-da keçirilən PKK-ya dəstək aksiyası ilə əlaqədar geri çağırılır.xeber100.com

Avqust 23, 2016 10:46

Britaniya Kolumbiyası əyalətində əhali təxliyə edilir

Kanadanın  baş verən şiddətli meşə yanğınları ilə əlaqədar yerli əhali təxliyə edilir. TASS agentliyinin məlumatına görə, Vest Kelouna şəhərində 156 yaşayış evinin  sakinləri evlərini tərk etmək məcburiyyətində qalıb. Ötən sutka ərzində yanğınların sahəsi 25 hektara qədər artıb. Güclü külək vəziyyəti daha da ağırlaşdırır. Qeyd edək ki, Vest Kelouna Britaniya Kolumbiyası əyalətinin ən iri Vankuver şəhərindən 380 km qərbdə yerləşir.xeber100.com

Avqust 23, 2016 10:34
    Page 247 of 299« First«...102030...245246247248249...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az