10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Mərkəzi Meteoroloji Agentliyinin məlumatına görə…

Yaponiya əhalisi Hönsyü adasına yaxınlaşan, güclü külək və leysan yağışların müşayiət etdiyi növbəti tufan təhlükəsi ilə üz-üzədir. Mərkəzi Meteoroloji Agentliyin verdiyi məlumata əsasən, “Layonrok” tufanı saatda 25 kilometr sürətlə Yaponiyanın şimal-şərq sahillərinə yaxınlaşır. Avqustun 29-da axşam saat altı radələrində onun Tokionun cənubunda yerləşən İcu adaları silsiləsinə çatdığı qeyd edilir. Agentlik xəbərdarlıq edərək bildirib ki, Yaponiyanın şimalına doğru hərəkət edən tufan avqustun 30-da ölkənin şimal-şərq regionunu ağuşuna alacaq.xeber100.com

Avqust 30, 2016 12:13

Rusiyanın ən yaxşı banklarının reytinq cədvəli açıqlanıb

ABŞ-ın nüfuzlu “Forbes” nəşri VİP müştərilər üçün Rusiyanın ən yaxşı banklarının reytinq cədvəlini açıqlayıb. “rambler.ru” xəbər verir ki, cədvələ “Sberbank” başçılıq edir. Bu bankın 2012-ci ildə istifadəyə verdiyi “Private Banking" xidməti ən yaxşı hesab edilib. Cədvəldə ikinci və üçüncü yerlərdə isə “Qazprombank” və “Bank VTB” qərarlaşıb. Reytinq cədvəli hazırlanarkən Rusiyanın 40 bankı qiymətləndirilib. Bu banklar hesablarında 1-5 milyon ABŞ dolları olan, ümumilikdə 2,5 trilyon rubla (təxminən 62 milyard manat) malik 40 min müştəriyə xidmət edir. Cədvəldə sonrakı yerləri “А-Klub Private Banking”, “Friedrich Wilhelm Raiffeisen”, “Citigold Private Client”, “UniCredit Private Banking Rossiya”, “Otkrıtiye Private Banking”, “ВТБ24 Private Banking”, “Promsvyazbank Private Banking” tutub.xeber100.com

Avqust 29, 2016 2:29

Prezident seçkilərinin birinci turu keçiriləcək

Bu gün Estoniya parlamentinin növbədənkənar iclasında ölkənin yeni prezidenti vəzifəsinə seçkilərin birinci turu keçiriləcək. Ekspertlərin fikrincə, dövlət başçısı seçkisi uzanacaq və azı 3 turdan ibarət səsvermə, bəlkə də seçkiçilər kollegiyasının çağırılması tələb olunacaq.

Avqust 29, 2016 2:23

Türkiyəyə çarter uçuşlarına qoyulan qadağa ləğv edildi

Rusiyadan Türkiyəyə ilk çarter uçuşlar sentyabrın 2-də başlayacaq.  Bu barədə Rusiya Tur Operatorları Birliyi məlumat yayıb. Bildirir ki, təxminən 15 Rusiya aviaşirkəti Türkiyəyə çarter uçuşlar həyata keçirməyə hazırlaşır. Xatırladaq ki, Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev avqustun 28-də ölkəsindən Türkiyəyə çarter uçuşlarına qoyulan qadağanın ləğv edilməsi barədə qərar imzalayıb.xeber100.com

Avqust 29, 2016 2:06

ABŞ-ın Geoloji Mərkəzinin məlumatına görə…

Atlantik okeanında Ucalma adasından şimalda 7,4 bal gücündə zəlzələ baş verib. ABŞ-ın Geoloji Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşir. Xəsarət alanlar, dağıntılar və sunaminin yaranma təhlükəsi ilə bağlı məlumat verilməyib.xeber100.com

Avqust 29, 2016 12:00

Ümumdünya su həftəsinə start verilib

Stokholmda ənənəvi Ümumdünya su həftəsinə start verilib. BMT-nin saytında qeyd olunub ki, bu il həftə “davamlı inkişaf üçün su” mövzusuna həsr olunub. Mütəxəssislərin hesablamalarına görə, bu gün dünya əhalisinin təxminən üçdəbir hissəsi içməli su problemi ilə üzləşib. Eyni zamanda, suya tələbatın artması inkişaf edən və inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur. Su həftəsinin iştirakçıları - dünyanın müxtəlif ölkələrindən ekspertlər, siyasətçilər, biznes liderləri, yeni texnologiyaların müəllifləri və gənc peşəkarlar Stokholmda su ilə bağlı problemlərin həlli üçün yeni yanaşmaların tapılması, ideya və fikir mübadiləsi üçün toplaşırlar. Xatırladaq ki, Stokholm Su Mükafatı Fondu 1990-cı ildə yaradılıb. Mükafat 1991-ci ildən dünya su ehtiyatlarının qorunmasına, insanların həyatına və ekosistemə verdiyi töhfəyə görə hər il elm ocaqlarına, təşkilatlara, müəssisələrə verilir. Ötən il keçirilən Ümumdünya su həftəsində 130 ölkədən 3 min 300-dən çox nümayəndə iştirak edib.xeber100.com

Avqust 29, 2016 11:54

TASS agentliyinin məlumatına görə…

Rusiyanın Saransk şəhərində dünya şöhrətli fransız aktyoru Jerar Depardyenin adını daşıyan mədəniyyət mərkəzi açılıb. TASS agentliyinin məlumatına görə, Saranskda qeydiyyatında olan Rusiya vətəndaşı Jerar Depardye tədbir iştirakçılarını rus dilində salamlayaraq deyib: “Mən fəxr edirəm ki, Saranskda yaşayıram. Dostlarıma, bu işdə mənə kömək edən şəhər rəhbərliyinə minnətdaram. Onlar mənə bu gözəl mərkəzin yaranmasında kömək etdilər. Sevinirəm ki, kinoteatrın qarşısında gözəl məbəd durur. Mədəniyyət və mənəviyyat həmişə, hər yerdə yanaşı addımılayır”, - deyə aktyor vurğulayıb.xeber100.com  

Avqust 28, 2016 1:03

“Fitch Ratings” agentliyinin məlumatına əsasən…

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Türkiyənin 15 bankının milli valyutada uzunmüddətli kredit reytinqini aşağı salıb. Bu barədə agentliyin məlumatında deyilir. Şərhdə “Ziraat Bankası”, “Halk Bankası”, “Vakıfbank”, “Türkiye Kalkınma Bankası”, “Takasbank”, “Türkiye Sinai Kalkınma Bankası” və “Türkiye İhracat Kredi Bankası”nın (Eximbank) milli valyutada uzunmüddətli kredit reytinqinin “BBB” səviyyəsindən “BBB-” səviyyəsinə endirildiyi bildirilir. Bundan başqa, “Fitch Ratings” Türkiyənin xarici sərmayəli banklarından “Kuveyt Türk”, “Türkiye Finans”, “Burgan Bank”, “ING Bank”, “Finansbank”, “Alternatifbank”, “ICBC Türkiye” və “Türk Ekonomi Bankası”nın milli valyutada uzunmüddətli kredit reytinqini “BBB+” səviyyəsindən “BBB” səviyyəsinə endirib.xeber100.com

Avqust 27, 2016 9:29

ABŞ-ın Ticarət Departamentinin məlumatına görə…

ABŞ iqtisadiyyatı cari ilin ikinci rübündə təxminən 1,1 faiz artıb. Bu barədə ABŞ-ın Ticarət Departamentinin məlumatında deyilir. Bildirilir ki, ölkədə ümumi daxili məhsul (ÜDM) bu ilin aprel-iyun aylarını əhatə edən dövrdə 1,1 artıb. Şərhdə, iqtisadiyyatın artmasına dövlət xərcləri və investisiya ehtiyatlarının ilk təxminlərlə müqayisədə daha aşağı olmasının təsir etdiyi bildirilir.xeber100.com

Avqust 27, 2016 9:20

4,8 bal gücündə zəlzələ müşahidə olunub

İtaliyanın mərkəzi hissəsində Amatriçe şəhərində yeni 4,8 bal gücündə zəlzələ müşahidə olunub. Bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb. TASS xəbər verir ki, zəlzələnin episentri şəhərdən beş kilometr uzaqlıqda, ocağı isə 10 kilometr dərinlikdə yerləşir.xeber100.com

Avqust 26, 2016 2:12
    Page 247 of 301« First«...102030...245246247248249...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az