23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Yeni tikililər bazarında qiymət artımı qeydə alınıb

Cari ilin birinci yarımilliyində Moskva şəhərinin biznes və premium-klass yeni tikililər bazarında təklifin həcmi müvafiq olaraq 1,1 milyon kvadratmetr və 195 min 800 kvadratmetr təşkil edib. Azərtac xəbər verir ki, bu barədə “Colliers International” şirkətinin hesabatında məlumat verilir. Beynəlxalq konsaltinq şirkətinin mütəxəssisləri keçən ilə nisbətən bazara yeni layihələrin çıxarılması templərinin azalmasını qeyd edir. Bu isə fəal tələb fonunda bazarda təklifin artma templərinin azalması ilə nəticələnib. Yüksək alıcılıq qabiliyyəti sayəsində bu ilin birinci yarımilliyində kiçik qiymət artımı müşahidə olunub. Bu ilin ikinci rübündə istismara verilən obyektlərin sahəsi 111,8 min kvadratmetr metr təşkil edib ki, bu da birinci rübün göstəricilərindən iki dəfə yüksəkdir. Amma 2015-ci ilin ikinci rübünə nisbətən dinamika 16 faiz aşağıdır. Tələb baxımından ikinci rübdə bazarda vəziyyət birinci rübə nisbətən daha pozitivdir. İcarə edilən və alınan ofis sahələrinin həcmi rüb ərazində 50 faiz artaraq 243 min kvadratmetr təşkil edib.xeber100.com

Avqust 11, 2016 4:02

BELTA agentliyinin məlumatına görə…

Belarusda keçirilən seçki kampaniyasına irad yoxdur. BELTA agentliyinin məlumatına görə, MDB-dən olan müşahidəçilər missiyasının qərargah rəhbəri Yevgeni Sloboda bu fikri avqustun 10-da Belarus Ali Məhkəməsinin sədrinin birinci müavini Valeri Kalinkoviç ilə görüşdə söyləyib. Y.Sloboda qeyd edib ki, Birlikdən olan müşahidəçilərin məqsədi seçki prosesini hərtərəfli qiymətləndirmək və missiyanın akkreditə edilmiş üzvləri tərəfindən seçkilərin monitorinqinin nəticələri barədə obyektiv rəy hazırlamaqdır. O qeyd edib ki, aparılan müşahidələrə əsasən indiyə qədər keçirilən seçki kampaniyasına irad yoxdur. Bütün proseslər açıq və aşkar keçirilir, müşahidəçilərin iştirakı və bütün iştirakçılara bərabər şərait yaradılması təmin edilir.xeber100.com  

Avqust 11, 2016 12:05

ABŞ çətin seçim qarşısında?!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın hakimiyyət orqanlarına təklif edib ki, kimi dəstəkləyəcəyini müəyyən etsin. R.T.Ərdoğan avqustun 10-da Ankarada Prezident Sarayı qarşısında qanuni hakimiyyətin tərəfdarlarının mitinqində çıxışında deyib: “Birləşmiş Ştatlar gec-tez seçim etməli olacaq: ya Türkiyə, ya Gülən, ya su-qəsdçi terrorçular, ya da demokratik ölkə Türkiyə”.xeber100.com

Avqust 11, 2016 11:55

“Haaretz” qəzeti yazır…

İsveçrənin Lozanna şəhərində keçirilən məhkəmədə İsrailin “Trans-Asya Petrol Ltd.” şirkətinə İran Milli Neft Şirkətinə 1,2 milyard dollar təzminat ödəmək cəzası verilib. Bu barədə “Haaretz” qəzeti yazır. İsveçrə məhkəməsi İrana qarşı sanksiyaların ləğv edilməsinin İsrailin bu ölkəyə olan əvvəlki borcunun geri qaytarılmasına bir maneə olmadığına qərar verib. İsrail şirkəti İrana olan borcunu gecikdirmə əvəzi kimi əlavə 200 min dollar da ödəyəcək.xeber100.com

Avqust 11, 2016 11:48

“Berlin açıqlaması”…

Almaniyanın ən böyük nəşr şirkətlərindən olan “Redaksiyalar şəbəkəsi”nin məlumatına görə, XristianDemokratik İttifaqı / Xristian Sosialist İttifaqı Koalisiyası son zamanlar baş verən terror hücumlarının qarşısını almaq məqsədilə bəzi qanunların sərtləşdirilməsini nəzərdə tutan paket hazırlayıb. Paketə polislərinin sayının artırılması, çarşabın qadağan olunması, məscidlərə edilən maddi yardımların izlənilməsi, ikili vətəndaşlığının ləğv olunması daxildir. Sənədə əsasən 2020-ci ilə kimi Almaniyada polislərin sayının 15 min artırılması, polislərin uzun lüləli silahlar və bədən kameraları ilə təmin olunmaları  nəzərdə tutulur. Paketin gələn həftə “Berlin açıqlaması” adı altında son versiyasının hazırlanması gözlənilir.xeber100.com  

Avqust 10, 2016 2:22

NATO Türkiyəyə güvənir?!

“Türkiyənin NATO-ya üzvlüyü müzakirə mövzusu deyil”. Apa-nın məlumatına görə, bu barədə NATO sözçüsünün Türkiyədəki çevriliş cəhdi ilə bağlı təşkilatın mövqeyi barədə rəylərə dair açıqlamasında deyilir. Bildirilir ki, NATO Türkiyənin davamlı töhfələrinə güvənir, Türkiyə də NATO-nun həmrəyliyinə və dəstəyinə güvənə bilər: “Türkiyə NATO-nun ortaq səylərinə töhfə verən dəyərli müttəfiqdir. Bizim alyans kollektiv müdafiə prinsiplərinə sadiqdir və demokratiya, şəxsi azadlıq, insan haqları, qanunun aliliyi prinsipləri üzərində qurulub. NATO baş katibi Yens Stoltenberq Türkiyədə çevrilişə cəhdlə bağlı Tükiyə xarici işlə naziri Mövlud Çavuşoğlu və prezident Rəcəb Tayyib Ərdoğanla danışıb, çevriliş cəhdini sərt şəkildə pisləyərək Türkiyənin demokratiya institutlarına tam dəstəyini vurğulayıb. O, Türkiyənin seçilmiş hökumətinə dəstəyini və Türkiyə xalqının cəsarətinə hörmətini ifadə edib”.xeber100.com

Avqust 10, 2016 2:14

ABŞ əleyhinə ritorika…

Türkiyədə ABŞ əleyhinə ritorika ikitərəfli münasibətlərə “kömək etmir”. "RİA Novosti” məlumat veriri ki, bunu Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo ABŞ-ın Türkiyədəki çevriliş cəhdi ilə əlaqəli olmasına dair  iddialara şərh verərkən bildirib bildirib. “Bu cür sui-qəsd nəzəriyyələri və düşmənçilik ritorikası heç bir işə yaramaz”, -deyə Trüdo qeyd edib. xeber100.com

Avqust 10, 2016 1:49

Türkiyə mətbuatının məlumatına görə…

Türkiyə mətbuatının məlumatına görə, ABŞ tərəfindən verilən açıqlamada Səudiyyə Ərəbistanına 130 müharibə tankı, 20 zirehli avtomobil, çox sayda silah sursat satılıb. Ümilikdə, Ərbistana 1 milyard 150 milyon dəyərində silah-sursat verilib. Xəbərdə qeyd edilir ki, ABŞ S. Ərəbistanla müttəfiqlik edəcək və Yaxın Şərqdə sabitliyin qorunmasını təmin edəcək.xeber100.com

Avqust 10, 2016 1:33

Sərnişinlər üçün yeni kampaniya başlayıb

"Pegasus" Hava Yolları Türkiyədən xaricə uçmaq istəyən sərnişinlər üçün yeni kampaniyaya başlayıb. Azərtac “airporthaber.com” saytına istinadla xəbər verir ki, kampaniyanın şərtlərinə görə, aviabiletini avqustun 8-dən 22-dək alıb uçuşlarını bu il sentyabrın 20-dən 2017-ci il martın 25-i aralığında həyata keçirəcək sərnişinlər həmin bilet üzrə “Pegasus”un daxili reyslərindən istifadə edəcəkləri təqdirdə ödəniş etməyəcəklər. Xaricə istiqamətlənən aviabiletin qiyməti minimum 39,99 dollardan başlayır. Kampaniya xarici ölkələrdən Türkiyəyə ediləcək uçuşlar üçün də keçərlidir.xeber100.com

Avqust 10, 2016 1:26

“Türk axını” 2019-cu ildə inşa ediləcək

“Türk axını” qaz boru kəməri (Turkish Stream) üzrə ilk boru xəttinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanıla bilər. Anadolu agentliyinin məlumatına görə, bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşünü şərh edərkən deyib. Nazir bildirib ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə layihənin inkişaf etdirilməsi istiqamətində birgə səylər göstəriləcək. Rusiyadan Türkiyəyə təbii qazın qiymətində endirimin hələ gündəmdə olmadığını deyən A.Novak bildirib ki, hazırda layihə üzrə iki boru xəttinin inşa edilməsi nəzərdə tutulur.xeber100.com

Avqust 10, 2016 1:20
    Page 251 of 299« First«...102030...249250251252253...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az