10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Sərnişinlər üçün yeni kampaniya başlayıb

"Pegasus" Hava Yolları Türkiyədən xaricə uçmaq istəyən sərnişinlər üçün yeni kampaniyaya başlayıb. Azərtac “airporthaber.com” saytına istinadla xəbər verir ki, kampaniyanın şərtlərinə görə, aviabiletini avqustun 8-dən 22-dək alıb uçuşlarını bu il sentyabrın 20-dən 2017-ci il martın 25-i aralığında həyata keçirəcək sərnişinlər həmin bilet üzrə “Pegasus”un daxili reyslərindən istifadə edəcəkləri təqdirdə ödəniş etməyəcəklər. Xaricə istiqamətlənən aviabiletin qiyməti minimum 39,99 dollardan başlayır. Kampaniya xarici ölkələrdən Türkiyəyə ediləcək uçuşlar üçün də keçərlidir.xeber100.com

Avqust 10, 2016 1:26

“Türk axını” 2019-cu ildə inşa ediləcək

“Türk axını” qaz boru kəməri (Turkish Stream) üzrə ilk boru xəttinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanıla bilər. Anadolu agentliyinin məlumatına görə, bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşünü şərh edərkən deyib. Nazir bildirib ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə layihənin inkişaf etdirilməsi istiqamətində birgə səylər göstəriləcək. Rusiyadan Türkiyəyə təbii qazın qiymətində endirimin hələ gündəmdə olmadığını deyən A.Novak bildirib ki, hazırda layihə üzrə iki boru xəttinin inşa edilməsi nəzərdə tutulur.xeber100.com

Avqust 10, 2016 1:20

Misir parlamenti məhdudlaşdırıcı qaydalar tətbiq edib

Kütləvi informasiya vasitələrinin Röyter agentliyinə istinadla verdiyi məlumata görə, Misir parlamenti polis tərəfindən KİV nümayəndələri üçün informasiya təqdim olunması barədə məhdudlaşdırıcı qaydaları təsdiq edib. Qəbul edilmiş düzəlişlərə görə, Daxili İşlər Nazirliyinin yazılı icazəsi olmadan polis əməkdaşları tərəfindən onların işləri ilə əlaqədar hər hansı sənədlərin, hesabatların və ya fotoşəkillərin dərc edilməsi qadağandır. Agentlik göstərir ki, bu qanunu pozan halda polis əməkdaşları barəsində azadlıqdan məhrumetmə və ya 20 min Misir funtuna qədər cərimə ödəmək cəzası tətbiq edilə bilər.xeber100.com

Avqust 10, 2016 1:13

“Airlander 10” uçuş üçün tam hazırdır

Dünyanın ən böyük hava gəmisi olan “Airlander 10” uçuş üçün tam hazırdır. İstehsal edildiyi andan etibarən dizaynı ilə bütün dünyanı təəccübləndirən bu hava vasitəçisi zeplin/helikopter qarışığından ibarətdir. Hazırlanmasına üç il vaxt sərf edilib. Bu hava gəmisi doqquz mərtəbəli bina hündürlüyündədir. Burada helium qazının idarə edilməsinə imkan verən xüsusi bir panel də var. Təyyarə ilə müqayisədə çox az yanacaq sərf edən və çox az səs çıxaran “Airlander 10” on ton yük tutumuna malikdir. Nəhəng hava vasitəçisinin bu ayın sonunda ilk uçuşunun keçirilməsi planlaşdırılır.xeber100.com

Avqust 10, 2016 12:16

“Ukrayna ali təhsili haqqında” qanunda dəyişiklik edilə bilər?!

Ukraynada tələbələr üçün təqaüdlərin verilməsi və magistratura təhsili üçün dövlət hesabına yerlərin ayrılması gələn ildən dayandırıla bilər. Ukraynanın “Vesti” nəşrinin verdiyi məlumata görə, bu barədə Ali Radanın elm və təhsil komitəsinin sədr müavini Aleksandr Spivakovski deyib. O bildirib ki, Təhsil və Elm Nazirliyi bunun mümkünlüyü ilə bağlı Maliyyə Nazirliyindən məktub alıb. Bildirilir ki, hazırda tələbələr üçün ayrılan aylıq təqaüd 830 qriven (təxminən 53 manat) təşkil edir. Qərarın qüvvəyə minməsi üçün “Ukrayna ali təhsili haqqında” qanuna dəyişiklik edilməlidir.xeber100.com

Avqust 9, 2016 3:54

Dünya liderlərinə müraciət…

Avqustun 9-da Yaponiyanın qərbində yerləşən Naqasaki şəhərində atom bombardmanının 71-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Naqasakinin meri Tomihişa Taue cari ilin mayında ABŞ Prezidenti Barak Obamanın bu şəhərə tarixi səfərini xatırladıb, digər liderləri də həmin şəhəri ziyarətə dəvət edib. Dünya liderlərinə müraciət edən mer onları nüvə silahının ləğvi üçün hüquqi əsasların yaradılacağı müzakirələrə başlamağa çağırıb. Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe bildirib ki, Yaponiya Nüvə silahının yayılmaması barədə müqavilənin saxlanması və möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək. Baş nazir nüvə silahına malik olan və olmayan ölkələri bu silahın ləğv edildiyi dünya yaratmağa çağırıb.

Avqust 9, 2016 3:43

Sankt-Peterburqdan Antalyaya reyslər başlayıb

“Türk Hava Yolları” aviaşirkəti Sankt-Peterburqdan Antalyaya müntəzəm reyslərə başlayıb. RİA Novosti agentliyi xəbər verir ki, ilk reys avqustun 9-da yerinə yetirilib. Uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günü həyata keçiriləcək. Qeyd edək ki, “Türk Hava Yolları” aviaşirkəti 2014-cü ilin oktyabrından Sankt-Peterburq və Antalya arasında müntəzəm reysi dayandırmışdı.xeber100.com

Avqust 9, 2016 3:32

TASS agentliyinin məlumatına görə…

Avqustun 9-da Sankt-Peterburqda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir. TASS agentliyinin məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrlə bağlı müzakirələr aparılır.xeber100.com

Avqust 9, 2016 2:19

400 milyon dollarlıq müqavilə imzalanıb

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RDIF) ilə Türkiyənin “Rönesans Holding”i arasında 400 milyon dollarlıq investisiya iş birliyi müqaviləsi imzalanıb. Azərtac xəbər verir ki, bu barədə RDIF-dən edilən yazılı şərhdə deyilir. Sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Rusiyaya səfəri çərçivəsində imzalanıb. Müqaviləyə görə, RDIF və “Rönesans Holding” birgə Rusiyadakı səhiyyə, tikinti, infrastruktur və əmlak sektorlarındakı uyğun investisiyalara diqqət yönəldəcək.xeber100.com

Avqust 9, 2016 2:16

ABŞ-ın hipermarketlər şəbəkəsi olan “Walmart” 428 milyard dollar gəlir əldə edib

ABŞ-ın hipermarketlər şəbəkəsi olan “Walmart” e-ticarət şirkəti “Jet.com”u 3,3 milyard dollara satın almaq barədə razılığa gəlib. Azərtac xəbər verir ki, “Walmart”dan edilən şərhdə hər iki şirkətin rəhbər qurumlarının təsdiqlədiyi razılaşma çərçivəsində “Walmart” “Jet.com”a 3 milyard dollar nağd pul və 300 milyon dollar dəyərində səhm verəcək. Analitiklər bu alğı-satqı müqaviləsini “Walmart”ın e-ticarət nəhəngi “Amazon”un internet və mobil tətbiqlərlə reallaşdırdığı satış həcminə çatmaq və bazarda daha rəqabətli ola bilmək üçün mühüm addım kimi qiymətləndirirlər. “Walmart” keçən il 428 milyard dollar gəlir əldə edib. Bunun 14 milyard dollarlıq hissəsi internet və mobil tətbiqlərdən edilən satışlardan gəlib. E-ticarət nəhəngi “Amazon”un keçənilki gəliri isə 107 milyard dollar olub.xeber100.com

Avqust 9, 2016 11:33
    Page 253 of 301« First«...102030...251252253254255...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az