“Türk Hava Yolları” aviaşirkəti Sankt-Peterburqdan Antalyaya müntəzəm reyslərə başlayıb. RİA Novosti agentliyi xəbər verir ki, ilk reys avqustun 9-da yerinə yetirilib. Uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günü həyata keçiriləcək. Qeyd edək ki, “Türk Hava Yolları” aviaşirkəti 2014-cü ilin oktyabrından Sankt-Peterburq və Antalya arasında müntəzəm reysi dayandırmışdı.xeber100.com