03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Donald Trampa qarşı kampaniya…

ABŞ-da yüzdən çox tanınmış şəxs Respublikaçılar partiyasından prezidentliyə namizəd, ölkədə gərginliyi artıran bəyanatlar səsləndirən Donald Trampa qarşı kampaniya başladıblar. Həmin şəxslər ABŞ prezidenti vəzifəsinə can atan “milyarderin namizədliyinin real və həqiqi təhlükəsinə” diqqət çəkməyin vacib olduğunu hesab edirlər. “Policy.mic” portalının verdiyi xəbərə görə, “Nifrətə qarşı birlik” (United Against Hate) adlandırılan kampaniya “MoveOn.org” təşkilatı tərəfindən həyata keçirilir. Kampaniyada aktyorlar Vudi Harrelson, Mark Ruffalo, Culian Mur, Oliviya Uayld, Meq Rayan, Brayan Krenston, Nil Patrik Harris, Sintiya Nikson, rejissor Maykl Man, musiqiçilər Mobi, Talib Kveli və bir başqaları iştirak edirlər. Onlar sayta ünvanladıqları məktubda “öz imkanlarından və nüfuzlarından istifadə edərək Donald Trampa və onun təmsil etdiyi nifrət ideologiyasına zərbə vurmaq” üçün çalışacaqlarını bildiriblər.xeber100.com

İyul 27, 2016 12:42

Hökumətin istefası müzakirə ediləcək

“Noi.md” saytının məlumatına görə,  Moldova parlamentinin bugünkü iclasında Pavel Filip hökumətinin fəaliyyətinə münasibətdə etimadsızlıq rəyi müzakirə ediləcək. Deputatlar Baş naziri dinləyəndən sonra bir qrup sosialistin, kommunistin və liberal-demokratın (cəmi 34 deputat) irəli sürdüyü etimadsızlıq rəyini dəstəkləyib-dəstəkləməmək barədə qərar qəbul edəcəklər. Təşəbbüs qrupunun fikrincə, indiki hökumət səriştəsizdir, xalq tərəfindən dəstəklənmir, Moldovanın isə ölkə vətəndaşlarının tələbatını təmin edəcək yeni hökumət proqramına ehtiyacı var. Pavel Filip bütün bu ittihamları rədd edərək vurğulayıb ki, müxalifət partiyaları nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyirlər, bunun üçün yeganə əlçatan vasitə siyasi sabitliyi pozmaqdır. Qeyd edək ki, hökumətə etimadsızlıq rəyi seçilmiş deputatların dörddəbir hissəsinin təşəbbüsü ola bilər. Etimadsızlıq rəyini təsdiq etmək üçün isə azı 51 səs lazımdır.xeber100.com

İyul 27, 2016 12:34

Nyu-Yorkun hava limanlarında uçuşlar ləğv edilib

Hava şəraiti ilə əlaqədar Nyu-Yorkun hava limanlarında uçuşlar ləğv olunub. “airport-jfk.com” saytının verdiyi xəbərə görə, iyulun 26-da Nyu-York hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar 154 aviareys ləğv olunub, 208-i təxirə salınıb. Güclü külək və şimşəklə müşayiət olunan şiddətli yağışla əlaqədar Con Kennedi adına Beynəlxalq Hava Limanında 57 aviareys ləğv edilib, 95-i təxirə salınıb. La-Quardia aeroportunda isə 97 uçuş ləğv olunub, 113-ü təxirə salınıb.xeber100.com

İyul 26, 2016 11:09

Anadolu Agentliyinin məlumatı…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin avqustun 9-da Sankt-Peterburqda görüşəcəklər. Anadolu Agentliyinin məlumatına əsasən, bu barədə Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək məlumat verib. Görüş Türkiyə Prezidentinin Rusiyaya səfəri çərçivəsində baş tutacaq.xeber100.com

İyul 26, 2016 10:32

RİA Novosti agentliyinin məlumatına əsasən…

Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, yeraltı təkanlar  yerli vaxtla 06:03-də Sakit okeanda, 120 km dərinlikdə  qeydə alınıb. Yerli vaxtla saat 06:24-də eyni ərazidə 3,6 bal gücündə təkrar zəlzələ baş verib.Yerli FHN mərkəzinin məlumatına əsasən, regionun yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.xeber100.com

İyul 25, 2016 11:57

“Reuters”in verdiyi xəbərə görə…

“Türkiyə mövcud halı ilə yaxın bir zamanda Avropa İttifaqına üzv olacaq vəziyyətdə deyil. Hətta uzun müddət üçün bu, belə olacaq”. "Reuters"in verdiyi xəbərə görə, bu sözləri Avropa Komissiyasının prezidenti Jan Klod Yunker “France 2” televiziyasına müsahibəsində deyib. O bildirib ki, ölüm cəzasının bərpa ediləcəyi təqdirdə, Türkiyənin quruma üzvlük prosesi dərhal dayandırılacaq. Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini də ölüm hökmü bərpa edilən ölkənin Avropa İttifaqına üzv ola bilməcəyi ilə bağlı açıqlama vermişdi.xeber100.com

İyul 25, 2016 11:50

Anadolu agentliyinin məlumatına əsasən…

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə siyasi partiya liderləri ilə görüşəcək. Anadolu agentliyinin məlumatına görə, görüş Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Prezident Sarayında baş tutacaq. Görüşdə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırım iştirak edəcək. Qeyd edək ki, iyulun 24-də Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarı qəbul edib. Bildirilir ki, bu, dövlət çevrilişinə cəhddən sonra prezidentlə Hulusi Akar arasında ilk görüşdür.xeber100.com

İyul 25, 2016 10:45

“Funai Electric” şirkəti istehsalın dayandırılacağını bəyan edib

Dünyada hələ də videomaqnitofonlardan müxtəlif lent yazılarına baxmaq üçün istifadə edən kifayət qədər insan qalıb. Ancaq ötən illər ərzində bu qurğulara tələbatın kəskin azalması faktını inkar etmək olmaz. Bu səbəbdən klassik videomaqnitofonların istehsalı ilə məşğul olan sonuncu Yaponiya istehsalçısı – “Funai Electric” şirkəti istehsalın dayandırılacağını bəyan edib. “ictnews” saytının verdiyi xəbərə görə, şirkət nümayəndələrinin sözlərinə görə, ötən il dünyada təxminən 750 min videomaqnitofon satılmışdısa, hazırda bu rəqəm kəskin azalıb. Bundan başqa, belə qurğuların istehsalı üçün lazım olan komplekt hissələrinin tədarükündə problemlər müşahidə olunur. Bütün bunlar “Funai Electric” rəhbərliyini istehsalı dayandırmaqla bağlı qərar qəbul etməyə sövq edib. Məlumata görə, “Funai Electric” şirkəti sonuncu videomaqnitofonu iyulun sonunda istehsal ediləcək.xeber100.com

İyul 24, 2016 8:48

Anadolu agentliyinin verdiyi xəbərə görə…

Çin, Efiopiya və Çinin birgə həyata keçirməsi planlaşdırılan 4 milyard dollarlıq təbii qaz layihəsi hər il Efiopiyadan Çinə 10 milyon kubmetr mayeləşdirilmiş təbii qaz-LNG ixracını nəzərdə tutur. Anadolu agentliyinin verdiyi xəbərə  görə, layihə yaxın zamanlarda icra edilməyə başlanacaq. Layihə Cibuti və Efiopiya arasında inşa ediləcək təbii qaz boru kəməri, qazı mayeləşdirən zavod və Cibutinin Damerjog bölgəsində tikiləcək ixrac terminalından ibarətdir. Hər il 12 milyard kubmetr təbii qaz daşıyacaq layihə 700 kilometrlik bir boru kəmərində ibarət olacaq. Həmçinin layihə üzrə Efiopiya hər il Çinə 10 milyon kubmetr LNG ixrac edəcək. Üç ildə həyata keçirilməsi planlaşdırılan layihəni Çinin “POLY-GCL Petroleum Group” şirkəti icra edəcək.xeber100.com

İyul 24, 2016 8:41

Ukrayna Prezident Administrasiyasının məlumatına əsasən…

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.  Rusiya mətbuatının yaydığı məlumata görə, bu barədə informasiyanı Ukrayna Prezident Administrasiyası yayıb. Administrasiya dünən atəşkəsin pozulması nəticəsində 6 ukraynalı hərbçinin həlak olduğunu, 13 nəfərin yaralandığını bildirib. Atəşkəsin pozulması Luqansk vilayəti istiqamətində qeydə alınıb. Qeyd edək ki, Donbass konflikti 2014-cü ildən etibarən start götürüb.xeber100.com

İyul 24, 2016 8:00
    Page 256 of 299« First«...102030...254255256257258...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az