10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Qarabağ məsələsində güzəştlər oluna bilər

Ermənistanda yeni kütləvi etiraz aksiyasının vaxtı açıqlanıb. Faktinfo.az bildirir ki, polis alayını ələ keçirən silahlıları dəstəkləyən mitinqçilər şənbə günü aksiya keçirib. Növbəti aksiya avqustun 8-nə təyin edilib. Nümayiş təşkilatçılarından biri bunu Putinlə Sərkisyanın görüşünə təzyiq kimi keçirəcəklərini deyib: “Avqustun 10-da Sərkisyan Putinlə görüşəcək. Bu zaman Qarabağ məsələsində hansısa güzəştlər oluna bilər. Bizim Azadlıq meydanına yığışmağımız böyük təsir göstərə bilər. Ona görə biz 8-9 avqustda yığışacağıq”.xeber100.com

Avqust 7, 2016 1:02

“Facebook” sosial şəbəkəsi avadanlıq istehsalçısı olmağa başlayır

Sosial media nəhəngi bu məqsədlə 2 min kvadratmetr sahəyə malik böyük bir laboratoriya açıb. Tamamilə yeni avadanlıqların hazırlanmasına və inkişaf etdirilməsinə yönəldiləcək “Area 404” adlı laboratoriyada virtual reallıq gözlükləri üçün aksessuarlar, kameralı əşyalar və digər maraqlı ixtiralar olacaq. Beləliklə, maraqlı layihələrlə daim diqqəti cəlb edən “Facebook”un qısa zamanda mühüm təchizat istehsalçısı da olması gözlənilir.xeber100.com

Avqust 6, 2016 5:36

TASS agentliyinin məlumatına görə…

ABŞ-ın Dallas şəhərində keçirilən hərracda Supermen haqqında ilk komiks 956 min dollara satılıb. TASS xəbər verir ki, Action Comics-in çapdan çıxmış ilk sayının üzərində göstərilən tövsiyə olunan qiymət isə 10 sent olub. Hərracın təşkilatçıları nadir nüsxəni 750 min dollara satmağı düşünsə də, yekun gəlir gözləniləndən xeyli çox olub. Qeyd edək ki, indiyə qədər komiksin ilk nüsxəsinin 100-dən artıq surəti qorunub saxlanıb. Hərracda satışa qoyulan nüsxə isə Supermen fanatı tərəfindən 1990-cı ildə 26 min dollara alınmışdı. Qeyd olunur ki, nüsxənin vəziyyəti də idealdan xeyli uzaqdır. Bir çox kino və cizgi filmlərinin qəhrəmanına çevrilmiş Supermen Amerikanın və dünyanın ən populyar komikslərindən biridir. Daha bir maraqlı fakt isə Supermen və digər müsbət komiks qəhrəmanlarını ekranda canlandıran aktyorların bədbəxt hadisələrlə üzləşməsidir.xeber100.com

Avqust 6, 2016 4:58

Anadolu agentliyinin məlumatına görə…

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner Türkiyənin təqdim etdiyi sənədlər üzərində çalışdıqlarını söyləyib. Anadolu agentliyinin məlumatına görə,  Toner gündəlik mətbuat konfransında Fətullah Gülənin ekstradisiyası ilə bağlı onlara müxtəlif sayda dosyenin çatdığını və ABŞ Ədliyyə Nazirliyinin bu sənədlərin rəsmi ekstradisiya şərtləri ilə üst-üstə düşüb düşmədiyini araşdırdığını bildirib. Mark Toner sənədlərin araşdırılmasının müəyyən qədər vaxt alacağını söyləyib.xeber100.com

Avqust 5, 2016 3:35

Yaponiya gündəlik problemlərdən birinin həlli yolunu tapıb

Yaponiyanın qida ekspertləri aşpazların gündəlik problemlərindən birinin həll yolunu tapıblar. Belə ki, mütəxəssislər yeni, gözün selikli qişasını qıcıqlandırmayan soğan növü yetişdiriblər. "Vista News” saytının verdiyi xəbərə görə, alimlərin sözlərinə görə soğan doğrayarkən göz yaşına səbəb onun bu proses zamanı üst qabığının dağılmasıdır ki, bunun nəticəsində havaya kükürdlü qaz nüfuz edir. Bu halda gözün selikli qişası qıcıqlanır və bu, gözyaşı əmələ gətirir. Tərkibində kükürdün minimal miqdara endirildiyi soğanın bu növünə “Gülən şar” adı verilib. Bu tərəvəzin yetişdirilməsi istiqamətində alimlərin 20 il iş apardıqları bildirilir. Tamına görə armudla almanın qarışığını xatırladan soğanın bu növü dairəvi formada və qoxusuzdur. Mütəxəssislər soğanın bu növünün salatların əvəzsiz tərəvəzi olacağına inanırlar. “Gülən şar”ın artıq bu ilin payızından etibarən yapon bazarlarında satışa çıxarılacağı bildirilir.xeber100.com

Avqust 5, 2016 3:27

Avropa İttifaqı Böyük Britaniyaya yaşıl işıq yandırmayacaq

Brüssel qərara gəlib ki, London çoxmilyardlı borclarına görə Avropa İttifaqı (Aİ) ilə üzülüşməyənə qədər Böyük Britaniyanın Aİ-dən çıxmasına yaşıl işıq yandırmayacaq. Vəziyyətlə tanış olan, lakin adının çəkilməsini istəməyən yüksək vəzifəli Aİ nümayəndəsi bu barədə Almaniyanın həftəlik “Wirtschaftswoche” nəşrinə söyləyib. Nəşrin müsahibi məsələyə aydınlıq gətirərək deyib ki, ödəmənin məbləğinə gəlincə, söhbət təxminən 25 milyard avrodan gedir. Brüsseldə bu fikirdədirlər ki, britaniyalılar öz öhdəliklərini nizama salmayana qədər Böyük Britaniya ilə razılaşma qeyri-mümkündür”. İyunun 23-də keçirilən plebisitin yekunlarına görə, səsvermədə iştirak edən britaniyalıların 52 faizi “Brexit”ə səs verib. Böyük Britaniya Avropa İttifaqından 2019-cu ilin əvvəlində çıxmağı planlaşdırır. Böyük Britaniyanın yeni hökumətində Aİ ilə ticari sazişlər haqqında danışıqlara məsuliyyət daşıyan nazir Liam Foks “Sunday Times” qəzetinə müsahibəsində “Brexit”in təqribi tarixi kimi 2019-cu il yanvarın 1-ni göstərib.xeber100.com

Avqust 5, 2016 3:07

TASS agentliyinin verdiyi məlumata görə…

Türkiyə Fətullah Gülənin hərbi çevrilişlə əlaqəli olduğunu təsdiqləyən 85 qutu sənəd təqdim edib.  “TASS” xəbər veriri ki, bunu Nyu-Yorkda jurnalistlərə Türkiyə parlamentinin MHP-dən olan üzvü Kamil Aydın deyib. Qeyd edək ki, Kamil Aydın Fətullah Gülənin tez bir zamanda ABŞ-dan Türkiyəyə ekstradisiya edilməsinə nail olmaq məqsədi ilə Vaşinqtonda səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvüdür. Nümayəndə heyəti Ədliyyə Nazirliyi daxil olmaqla, ABŞ-ın bir sıra dövlət qurumlarında görüşlər keçiriblər. “Onlar bizə Türkiyədən 85 qutu sənəd qəbul etdiklərini bildiriblər. Hazırda bu sənədlər araşdırılır”, - deyə Kamil Aydın Türkiyənin BMT-dəki daimi nümayəndəliyində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Türkiyə və ABŞ arasında Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi üzrə danışıqlar hazırda davam etdirilir.xeber100.com

Avqust 5, 2016 2:23

“Linde Group” dizayn üzrə müqavilə imzalayıb

İranın “Kian” şirkəti ilə Almaniyanın neft-kimya nəhəngi “Linde Group” şirkəti İran şirkətinin Aseluye özəl neft-kimya bölgəsindəki ikinci sahəsində olefin istehsal vahidinin ilk mərhələsi üçün mühəndislik və dizayn üzrə müqavilə imzalayıblar. İranın rəsmi xəbər agentliyi “IRNA”ya istinadla xəbər verir ki, birillik müqavilə təxminən 35 milyon avroluq maliyyə kredit ilə imzalanıb.İranın neft nazirinin müavini Marzieh Şahdaiye “Linde” şirkətinin İrandakı sərmayələrinin mühəndislik, satınalma, istehsal müqaviləsi çərçivəsində reallaşdırılacağını və şirkətin bu ölkənin Aseluye bölgəsindəki ən böyük neft-kimya layihələrindən birini həyata keçirəcəyini deyib.xeber100.com

Avqust 4, 2016 3:11

RİA Novosti Agentliyinin məlumatına görə…

Avqustun 3-də Şimali Koreya Yapon dənizi istiqamətində növbəti dəfə ballistik raket atıb. Bu barədə RİA Novosti Agentliyi məlumat yayıb. Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin bəyanatına əsasən, raket atışı Xvanxe-Namdo əyalətində həyata keçirilib. Bu ölkədə ballistik raketlərin son sınaqları iyulun ortalarında olmuşdu. Yaponiya sınaqlarla bağlı Pxenyana etirazını bildirib.xeber100.com

Avqust 3, 2016 1:44

Çin hökuməti TEB-1 avtobus-tunelin ilk hərəkət sınağını keçirib

Çin hökuməti avqustun 3-də Xebey vilayətinin Sinxuandao şəhərində TEB-1 avtobus-tunelin ilk hərəkət sınağını keçirib. Çinin mərkəzi televiziyasının məlumatına görə, relslər üzərində hərəkət edən avtobus yerdən iki metr hündürlükdə yerləşir. Uzunluğu 22, eni 7,8, hündürlüyü isə 4,8 metrdir. Avtobusun altından iki cərgədə hündürlüyü iki metrə çatan avtomobillər keçə bilir. Bu nəqliyyat vasitəsinin salonu 300 nəfər üçün nəzərdə tutulub, onlardan 55-i oturacaqlı yerlərdir. İxtiraçılar avtobusun tixacda qalma və ya tıxac yaratma qorxusunun olmadığını qeyd edirlər. Avtobusun daha bir üstünlüyü elektrik enerjisi ilə işləməsidir. Hökumət iri və çoxsakinli şəhərlərdə bu cür avtobuslara ehtiyac olduğunu bildirir.xeber100.com

Avqust 3, 2016 1:33
    Page 254 of 301« First«...102030...252253254255256...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az