10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

TASS agentliyinin verdiyi məlumata görə…

Ukraynada 5 şəhər “Eurovision-2017’ Mahnı Müsabiqəsinin keçirilməsi üçün Ukrayna Milli Teleşirkətinə müraciət edib. TASS agentliyinin verdiyi məlumata görə, bunu müsabiqənin təşkilinə məsul olan Ukrayna Milli Teleşirkətinin rəhbəri Zurab Alasaniya açıqlayıb. Z. Alasaniya “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Kiyev, Lvov, Dnepr, Odessa və Xarkov artıq “Eurovision-2017’ Mahnı Müsabiqəsini qəbul etməklə bağlı müraciət edib. Müraciətlərə cavab olaraq onlara müsabiqənin şərtləri təqdim edilib. Qeyd edək ki, bu il Stokholmda keçirilən “Eurovision-2016” Mahnı Müsabiqəsində Ukrayna təmsilçisi Cəmilə (Suzana Camaləddinova) qalib gəlib. İyunun 24-də Ukraynada “Eurovision-2017” Mahnı Müsabiqəsinin keçiriləcəyi şəhərin müəyyənləşdirilməsi üçün rəsmi prosedura start verilib. Bu proses avqustun 1-ə kimi başa çatmalıdır.xeber100.com

İyul 3, 2016 5:41

Süni intellektlə təchiz edilmiş maşınlar dövrü artıq reallaşır

Amerikalıların 66 faizi hesab edir ki, 2036-cı ilə süni intellektlə təchiz edilmiş maşınlar dövrü artıq real olacaq. “ictnews.az” saytı xəbər verir ki, “Google”, “Uber”, “Apple”, “Tesla” və Çinin “Baidu” şirkəti kimi informasiya texnologiyaları nəhəngləri sürücüsüz avtomobillərin hazırlanması üzərində çalışırlar. ABŞ-ın “Business Insider” nəşrinin qiymətləndirməsinə görə, 2020-ci ildə artıq 10 milyon sürücüsüz maşın yollarda hərəkət edəcək. "Ağıllı" avtomobilin dəyərinin azalması, həmçinin sürücüsüz nəqliyyatın tətbiqini nizama salan qanunların qəbulu bu bazarın inkişafını təmin edəcək.xeber100.com

İyul 3, 2016 12:32

Nağdsız ödəniş texnologiyaları kağız pulları məhv edə bilər?!

ABŞ-da rəyi soruşulanların 69 faizi əmindir ki, nağdsız ödəniş texnologiyaları kağız pulları tamamilə məhv edəcək. “ictnews.az” saytı xəbər verir ki, smartfonun köməyi ilə alış-verişin haqqını ödəməyə imkan verən “Apple Pay”, “Square”, “Samsung Pay” və “Android Pay” ödəmə xidmətləri inkişaf edir. Elektron ödəniş texnologiyasının aktiv tərəfdarları informasiya texnologiyaları dövründə böyüyən və öz həyatlarını smartfonsuz təsəvvür etməyən nəsildir. Ekspertlərin proqnozuna əsasən, 2016-cı ildə mobil ödənişlərin ümumi həcmi 210 faiz artacaq.xeber100.com

İyul 3, 2016 12:10

RİA Novosti informasiya agentliyinin məlumatına əsasən…

Londonun minlərlə sakini Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasına etiraz əlaməti olaraq şəhərin mərkəzinə toplaşıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, təşkilatçılar iyunun 23-də keçirilən referendumun nəticələrindən narazı qalan 40 min nəfərin Britaniya paytaxtının mərkəzindən keçərək parlament binasına tərəf gedəcəklərini bildirib. Londonda analoji aksiya bir neçə gün bundan əvvəl də keçirilmişdi. O vaxt “Trafalqar” meydanında nəzərdə tutulan nümayış təhlükəsizlik səbəbindən ləğv edilsə də, iştirakçıların əksəriyyəti yürüşə qatılmışdı. “Avropa naminə yürüş” adlanan bugünkü aksiyada referendumda Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs verən vətəndaşlar, o cümlədən məmurlar, siyasətçilər, biznes nümayəndələri və ictimai təşkilatlar iştirak ediblər. Paytaxt polisinin verdiyi məlumata əsasən, aksiyanın gedişində heç bir qanun pozuntuna rast gəlinməyib.xeber100.com

İyul 3, 2016 12:00

Filippinin prezidentinin söylədikləri xalqda böyük reaksiya doğurub

Filippinin yeni seçilmiş prezidenti Rodrigo Dutertenin narkotikdən asılı olanlarla bağlı söylədikləri xalqda böyük reaksiya doğurub. Faktinfo.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı xalqa müraciət edərək narkotikdən asılı olanları öldürməyə çağırıb.O, qələbə qazandıqdan sonra verdiyi ilk bəyanatlardan birində ölkədə narkotik ticarətini tamamilə aradan qaldıracağı barədə söz verib.“Bunlar uşaqlarımızı yox edirlər. Sizi xəbərdar edirəm, bu yola getməyin. Polis olsanız belə, sizi öldürərəm. Əgər sizin bu cür tanışlarınız varsa, onları öldürün”, – o, deyib.Ancaq bu hadisə Duterte ilə bağlı ilk qalmaqal deyil. O, prezidentliyə namizəd olarkən təcavüz edilərək öldürülən bir qadınla əlaqədar “əvvəlcə mən təcavüz etməliydim” söyləmişdi. Amma sonra sözlərinin səhv başa düşüldüyünü iddia edən Duterte “zarafat” etdiyini bildirmişdi.xeber100.com

İyul 2, 2016 12:39

Prezident seçkilərinin nəticələri ləğv olunub

Avstriya Konstitusiya Məhkəməsi mayın 18-də ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini ləğv edib. Bununla da Konstitusiya Məhkəməsi Avstriya Azadlıq Partiyasının seçkilərdə baş vermiş pozuntulara dair şikayətini təmin edib. Prezident seçkilərinin ikinci turunda bir sıra seçki məntəqələrində məktubla səs vermiş seçicilərin məktublarının vaxtından əvvəl açılması və digər qanun pozuntularını əldə rəhbər tutan Avstriya Azadlıq Partiyası ali məhkəmə orqanına şikayətlə müraciət etmişdi. Xatırladaq ki, Yaşıllar Partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksandr Van der Bellen 30 min səs çoxluğu ilə Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer üzərində qələbə qazanmışdı. Konstitusiya Məhkəməsinin qərarına əsasən, prezident seçkilərinin ikinci turu bütün ölkə ərazisində təkrarlanmalıdır.xeber100.com

İyul 1, 2016 1:05

Osmanqazi asma körpüsünün istifadəyə verilməsi mərasimi keçirilib

Türkiyənin Yalova bölgəsində böyüklüyünə görə dünyada dördüncü olan Osmanqazi asma körpüsünün istifadəyə verilməsi mərasimi keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım mərasimdə çıxış ediblər. Bu körpü İstanbul və İzmit bölgələri arasındakı 9 saatlıq yolu 3,5 saata endirən Gebze-Orhanqazi-İzmir yolu üzərində tikilib. Təməli 2013-cü il martın 30-da qoyulan Osmanqazi körpüsü vasitəsilə 90 kilometrlik məsafə 12 kilometr yolla təxminən 4 dəqiqəyə qət olunacaq.xeber100.com

İyul 1, 2016 11:37

RİA Novosti informasiya agentliyinin məlumatına görə…

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. RİA Novosti informasiya agentliyinin məlumatına görə, fərmana əsasən Türkiyəyə turların satışına qoyulmuş qadağa ləğv olunub. Vladimir Putin, həmçinin hökumətə ölkələr arasında çarter reyslərinə qoyulan qadağanın aradan qaldırılması üçün tədbirlər görməyi, türkiyəli həmkarları ilə iqtisadi sanksiyaların ləğvi mexanizmini müzakirə etməyi tapşırıb. Baş nazir Dmitri Medvedev öz növbəsində qeyd edib ki, Türkiyəyə qarşı sanksiyalar Rusiya istehsalçılarına ziyan vurmamaq üçün mərhələli şəkildə ləğv olunacaq.xeber100.com

İyul 1, 2016 11:28

Tacikistan qanunvericiliyində edilən dəyişikliyə əsasən…

Tacikistan qanunvericiliyində dəyişiklik edildikdən sonra yaxın qohumlar arasında nikah bağlanması iyulun 1-dən qadağan edilib. Evlənmək istəyən gənclər məcburi qaydada pulsuz tibbi müayinədən keçməli, qan analizi verməlidirlər. Vətəndaşlıq vəziyyəti aktlarını qeyd edən şöbə tibbi arayışı olmayan cütlüyü qeydə almayacaq. Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nasrullo Salimzoda jurnalistlərə bildirib ki, 2015-ci ildə Tacikistanda 30 mindən artıq əlil uşaq qeydə alınıb. Bu uşaqların əksəriyyəti yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlardır. Yeni qaydalara görə, başqa dövlətlərdə çalışan əmək miqrantları da Vətənə qayıtdıqdan sonra məcburi qaydada tibbi müayinədən keçməlidirlər.xeber100.com

İyul 1, 2016 11:24

İŞİD terror təşkilatının sonrakı hədəfi…

“İŞİD terror təşkilatının Türkiyədən sonrakı hədəfi Avropa ölkələridir”. Bu barədə Türkiyə kəşfiyyatı əvvəlcədən xəbərdarlıq məlumatı yayıb. Məlumatda deyilir ki, son 45 gün ərzində Türkiyədə Qafqaz əsilli İŞİD terrorçuları tərəfindən müxtəlif terror aktları planlaşdırılıb: “Terrorçuların əsas hədəfi aralarında daha çox siyasətçilərin, bürokratların və jurnalistlərin olduğu 30 nəfərlik şəxslər olub. Əldə etdiyimiz səhih kəşfiyyat məlumatlarına görə, Türkiyədə terror aktları həyata keçirən və ya planlaşdıran terrorçular xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Ancaq İŞİD-in Türkiyədən sonrakı hədəfi Avropa ölkələridir”.xeber100.com

İyun 30, 2016 1:24
    Page 264 of 301« First«...102030...262263264265266...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az