30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib

Türkiyənin Muğla vilayətinin Datça rayonunda rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib.Məlumatı Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) yayıb. Bildirilir ki, yeraltı təkanın episentri Egey dənizi sahilindən 8.09 kilometr aralıda olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.Qeyd edək ki, son günlər Egey dənizi bölgəsində seysmoloji gərginlikdə yenidən artım müşahidə olunur.xeber100.com

Oktyabr 4, 2021 6:59

Reuters xəbər agentliyinin məlumatına görə…

Avropa İttifaqının (Aİ) üzvləri Balkan ölkələrinin İttifaqa qəbul olunacaqlarına dair verdiyi sözə əməl edə bilməyib.Reuters xəbər agentliyinin məlumatına görə, oktyabrın 6-da Aİ-Balkan sammitində 18 il əvvəl Qərbi Balkan ölkələrinin Avropaya daxil olma perspektivinin qeyd-şərtsiz dəstəklənməsinin bir daha təsdiqlənməsi planlaşdırılmışdı. Lakin danışıqlar Danimarka, Fransa və Niderlandın Balkan ölkələrinin Rumıniya və Bolqarıstan kimi İttifaqa sürətlə daxil olmasından ehtiyat etdiklərinə görə dayandırılıb. Eyni zamanda, Bolqarıstanın özü də dil mübahisəsinə görə Şimali Makedoniyanın Aİ-də üzvlüyünə qarşı çıxır.İttifaqın genişlənməsini dəstəkləyən Avstriya, İtaliya, Xorvatiya, Sloveniya və Baltikyanı ölkələr Almaniya və Fransanı Bolqarıstanın vetosunu açmaq istəməməkdə günahlandırırlar.Aİ artıq Monteneqro və Serbiya ilə üzvlük danışıqları aparır.xeber100.com

Sentyabr 29, 2021 2:12

ZDF telekanalında yayımlanan ilkin ekzitpolun məlumatına görə…

Olaf Şoltsun rəhbərlik etdiyi alman sosial-demokratları bundestaqa (parlament) seçkilərində 26 faiz səslə liderlik edir. ZDF telekanalında yayımlanan ilkin ekzitpolun məlumatlarına görə, Almaniya Mühafizəkarlar Partiyası (Angela Merkelin bloku) Armin Laşetin liderliyi ilə 24 faiz səs toplayaraq ikinci yerdə gedir. Yaşıllar ittifaqı partiyası Annalena Berbokun başçılığı ilə 14,4 faiz səslə üçüncü sırada qərarlaşır. Həmçinin “sollar” 5 faiz səslə parlamentə keçir.Seçkilərin ilkin rəsmi nəticələri bazar sentyabrın 27-nə keçən gecə, yekun nəticələr isə təxminən iki həftə sonra dərc ediləcək.xeber100.com

Sentyabr 26, 2021 3:47

COVID-19 əleyhinə peyvəndin üçüncü dozasının tətbiqinə başlanılıb

İtaliyada COVID-19 əleyhinə peyvəndin üçüncü dozasının tətbiqinə başlanılıb.Ölkədə 80 yaşdan yuxarı və xəstəliklərə qarşı həssas olan insanlara peyvəndin üçüncü dozası vurulur.İtaliyanın səhiyyə naziri Roberto Speranza deyib: “Xroniki xəstəlikləri olan insanlara əlavə doza peyvəndin vurulmasına başlayırıq. Bu, immuniteti zəif olanları qorumaq üçün mühüm addımdır. Bütün səhiyyə işçilərinə təşəkkür edirəm”.Ölkədə xərçəng xəstələri və orqan nəqli əməliyyatı keçirən təxminən 3 milyon nəfərə peyvəndin üçüncü dozasının vurulacağı bildirilir.İndiyədək İtaliyada 82 milyon 410 min 9 nəfərə peyvənd vurulub, hər iki dozanı qəbul edənlərin sayı 40 milyon 997 min 762-yə çatıb.xeber100.com

Sentyabr 21, 2021 10:10

Türkiyə Qırğızıstana humanitar yardım kimi “Sinovac” vaksini göndərib

Türkiyə Qırğızıstana humanitar yardım kimi 150 min doza “Sinovac” vaksini göndərib.“Manas” beynəlxalq hava limanında humanitar yardımı Qırğızıstanın səhiyyə və sosial inkişaf naziri Alımkadır Beyşenaliyev, Türkiyənin bu ölkədəki səfiri Əhməd Sadık Doğan və digər şəxslər qəbul edib.A.Beyşenaliyev humanitar yardıma görə Türkiyə hökumətinə minnətdarlığını bildirib, bu partiyanın 18 yaşından yuxarı vətəndaşların vaksinasiyasında istifadə olunacağını söyləyib. Nazir deyib ki, 6.5 milyon ölkə əhalisinin indiyədək 700 mini peyvənd olunub və vaksinasiya prosesi davam edir.xeber100.com

Sentyabr 10, 2021 11:50

COVID-19-la bağlı yeni qaydalar qüvvəyə minib

Türkiyədə ötən ilin mart ayından etibarən COVID-19 pandemiyası səbəbindən fəaliyyəti müvəqqəti dayandırılan təhsil müəssisələri bu gündən etibarən fəaliyyətə başlayıb. Lakin, bununla yanaşı qardaş ölkədə COVID-19-la bağlı yeni qaydalar da qüvvəyə minib.Qardaş ölkədə artıq bir neçə aydır əhalinin vaksinasiyası prosesi gücləndirilmiş şəkildə aparılır. Peyvənd vurdurmaq istəyən hər bir kəs növbə götürərək vaksin oluna bilər. Yeni qaydalara əsasən, sentyabrın 6-dan etibarən ölkədə peyvənd olunmayan və ya xəstəliyi keçirməyən şəxslərdən məktəb, kinoteatr, konsert və teatr salonları, eləcə də şəhərlərarası ictimai nəqliyyatdan istifadə edərkən neqativ nəticəli PCR (COVID-19) testi tələb olunacaq. 18 yaş və daha yuxarı yaşda olan şəxslərdən tələb olunan test nəticələri 48 saat etibarlı hesab ediləcək. Yeni qaydalara əsasən, peyvənd olunmaq istəməyən işçilərin həftədə bir dəfə PCR testindən keçmələri istəniləcək. Bunlara məktəblərin təlim heyəti, yeməkxana işçiləri, sürücülər və bələdçilər də daxildir.xeber100.com

Sentyabr 6, 2021 3:31

Xalq məclisi prezident seçkilərini noyabrın 14-nə təyin edib

Bolqarıstan xalq məclisi (parlament) bu gün keçirilən plenar iclasında növbəti prezident seçkilərinin noyabrın 14-də keçirilməsi barədə qərar qəbul edib.Bolqarıstan mətbuatı xəbər verir ki, təklifin lehinə 152 deputat səs verib, 25 nəfər bitərəf qalıb.“Xalq məclisi Bolqarıstan Respublikası prezidenti seçkilərini noyabrın 1-nə, bazar gününə təyin etməyi qərara alıb”, - deyə qərarda bildirilir.Xatırladaq ki, iyulda Bolqarıstan parlamentinə növbədənkənar seçkilər keçirilib. Seçkilərdə şoumen Stanislav Trifonovun “Belə bir xalq var” partiyası azacıq üstünlüklə qalib gəlib.xeber100.com

Sentyabr 2, 2021 9:58

Vaksinasiyanın üçüncü mərhələsinin keçirilməsi planlaşdırılır

Orta hesabla hər üç macardan biri koronavirus əleyhinə peyvəndin üçüncü inyeksiyasına hazırdır, vətəndaşların yarısı isə pandemiyanın yeni dalğasından ümumiyyətlə qorxmur.“Hungary Today” nəşri xəbər verir ki, bu, ötən günlərdə ölkədə aparılan bir araşdırmanın nəticələridir. İyulun sonu və avqustun əvvəllərində keçirilən təmsilçilik sorğusu, yaşı 18-dən yuxarı olan insanların 28 faizinin pandemiyanın dördüncü dalğasından “heç qorxmadıqlarını”, daha 21 faizinin isə “qorxmamağı üstün tutduqlarını” göstərir - cəmi 49 faiz. Eyni zamanda, sorğu olunanların 9 faizi virusdan “çox qorxur”, üçdəbiri isə “pandemiyanın dördüncü dalğasının Macarıstana da təsir edəcəyi” qorxusundadır. Dördüncü dalğadan ən az qorxanlar tələbələr (69 faiz) və təqaüdçülərdir (61 faiz).Macarıstanda üçüncü vaksinasiyaya tələbat da yüksəkdir: 26 faizi mütləq vaksinasiya olunacaq, daha 31 faizi isə bunu bilmir, lakin ona daha çox meyillidir.Üçüncü peyvəndə tələbat kənd sakinləri üçün daha aşağıdır: bu fürsətdən istifadə etmək niyyətində olmayan 38 faizi ilə müqayisədə 18 faizi bunu açıq şəkildə istəyərdi.xeber100.com

Avqust 24, 2021 3:22

COVID-19 virusunun yeni dalğası başlayıb

Moldovada COVID-19 virusunun yeni dalğası başlayıb. Ötən həftə, son üç aydakı hadisələrdə ən böyük artım qeydə alınıb.Azərtac yerli mətbuata istinadla xəbər verir ki, delta ştamının yayılması ucbatından onlara qarşı daha davamlı mövcud müalicə üsulları təsirini itirir."Əslində yeni bir koronavirus infeksiyası dalğası yaşayırıq. Yoluxanların sayının artması hər keçən gün daha çoxdur. Artıq sağalmış xəstələrin vəziyyətində belə kəskin pisləşmə müşahidə olunur. Xəstəxanaya yerləşdirmə statistikası narahatlıq doğurur", - deyə Moldova yerli mətbuatı yazır.Səhiyyə Nazirliyinin statistikasına görə, COVID-19 xəstələrinin peyvənd edilənlərinin yalnız 0,08 faizi xəstələnib. Təkrar xəstələnmə əksər hallarda, ikinci dozadan əvvəl olub.xeber100.com

Avqust 9, 2021 11:08

Avqustun 9-da Yeni Zelandiya sahillərində zəlzələ baş verib

Avqustun 9-da Yeni Zelandiya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Blaff şəhərindən 1576,8, Danidin şəhərindən isə 1708 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.xeber100.com

Avqust 9, 2021 11:05
    Page 29 of 301« First«...1020...2728293031...405060...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az