03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Novosti-Kazaxstan” agentliyinin məlumatına əsasən…

Bu gün Türkmənistanda Türkmən Xalça Günü qeyd edilib. “Novosti-Kazaxstan” agentliyinin məlumatına əsasən, Xalça Günündə bütün ölkədə kütləvi gəzintilər, konsertlər, xalça sərgiləri təşkil edilir, Türkmənistan prezidenti tərəfindən ixtisaslı xalçaçılar dövlət mükafatları və qiymətli hədiyyələrlə təltif edilirlər. Bu gün Aşqabadda Türkmənistan Xalçalarının Beynəlxalq Sərgisi və Ümumdünya Türkmən Xalçaları Qiymətləndiriciləri Assosiasiyasının XVI konfransı keçiriləcək. Xalça Gününün qeyd edilməsində əsas məqsəd Türkmənistan xalçalarının dünyada məşhurlaşdırılmasıdır. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Türkmən Xalça Günü münasibəti ilə sərgi və konfrans iştirakçılarını təbrik edib. Q. Berdıməhəmmədov türkmən xalçaları türkmənlərin “ürəyinin musiqisi” kimi səciyyələndirib. Qeyd edək ki, Türkmənistan xalçaları dünyada ən qədim xalçalardan sayılır. Tarixçilər türkmən xalçalarının 2 min ildən çox yaşı olduğunu bildirirlər.xeber100.com

May 29, 2016 6:03

“Assoşieyted Press”in verdiyi xəbərə görə…

İtaliya Hərbi-Dəniz Qüvvələri və Sahil Mühafizə Xidməti İrlandiya və Almaniyaya məxsus gəmilərin dəstəyi ilə Aralıq dənizində qəzalı vəziyyətdə olan qayıqlardan 668 miqrantı xilas ediblər. “Assoşieyted Press”in verdiyi xəbərə görə, son həftə ərzində Aralıq dənizində xilas olunmuş miqrantların sayı 13 minə çatıb. İtaliyanın Sahil Mühafizə Xidmətinin Əməliyyat Mərkəzinin məlumatına görə, yalnız mayın 26-da Aralıq dənizində həyata keçirilmiş 22 müxtəlif əməliyyatlar nəticəsində 4 mindən çox miqrant xilas edilib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən bu vaxtadək Avropaya ümumilikdə 194 min 611 miqrant daxil olub. 1475 mühacir ölüb və ya itkin düşüb. Ən çox qaçqın və miqrant Yunanıstana daxil olur, belə ki, yanvar-may ayları ərzində bu ölkəyə 156 min 157 nəfər gəlib. İtaliya ərazisindən 37 min miqrant istifadə edib. İspaniyaya – 1000, Kiprə isə 28 daxil olub.xeber100.com

May 29, 2016 5:50

Avropaya daxil olan qaçqınların sayı 13 minə çatıb

Aİ donanması Aralıq dənizində 600-dən çox liviyalı qeyri-leqal miqrantı xilas etdikdən sonra, həftə ərzində dəniz yolu ilə Avropaya daxil olan qaçqınların sayı 13 minə çatıb. Bu barədə BBC İtaliyanın rəsmi qurumlarına istinadən məlumat yayıb. Məlumata görə, Aralıq dənizində ən çox miqrant xilas etmiş İtaliya, Almaniya və İrlandiyaya məxsus hərbi gəmilərdir. Havanın temperaturunun yüksəlməsi son günlər Afrikadan Avropaya dəniz marşrutu ilə qaçqın axınının xeyli artmasına səbəb olub. BBC qeyd edir ki, Aİ və Türkiyə arasında saziş əldə olunduqdan sonra dəniz yolu miqrantlar üçün əsas marşruta çevrilib. Bundan əvvəl miqrantların xeyli hissəsi Türkiyə ərazisindən Avropaya keçməyə cəhd edirdi.xeber100.com

May 29, 2016 5:46

Ukrayna-Aİ münasibətləri…

NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun müşaviri qismində bu ölkədə təhlükəsizliyin təmin olunması üçün əlindən gələni edəcək.  “RİA Novosti”-nin verdiyi xəbərə görə, bu sözləri Rasmussen “Facebook” səhifəsində yazıb. Ukraynada çalışacağını səbirsizliklə gözlədiyini bildirib. “Mən böyük məmnuniyyətlə təyinatı qəbul etdim və Ukraynada təhlükəsizliyin və islahatların tətbiqinin təmin olunması, Ukrayna-Aİ münasibətlərinin möhkəmləndirilməsi üçün əlimdən gələni edəcəm”, - deyə Anders Foq Rasmussen bildirib. NATO-nun sabiq baş katibi Ukrayna hakimiyyəti ilə işləməyi səbirsizliklə gözlədiyini bildirib. Qeyd edək ki, Poroşenko mayın 27-də Anders Foq Rasmusseni özünə ştatdan kənar müşavir təyin olunması barədə fərman imzalayıb. Anders Foq Rasmussen 2009-2014-cü illərdə NATO-ya rəhbərlik edib.xeber100.com

May 29, 2016 5:42

RİA Novosti informasiya agentliyinin məlumatına görə…

Filippin parlamenti prezident seçkilərində səslərin hesablanması prosesini başa çatdırıb. Seçkinin son nəticəsinə əsasən, dövlətin yeni başçısı Rodriqo Duterte olub. RİA Novosti informasiya agentliyi xəbər verir ki, rəsmi məlumata görə, Dutertenin namizədliyinə 16,6 milyondan çox seçici səs verib. Onun ən yaxın rəqibi Leni Robredo isə 14,4 milyon səs toplayaraq ölkənin vitse-prezidenti seçilib. Rodriqo Duterte 22 ildən çox Davao şəhərinin meri vəzifəsində çalışıb. Bir müddət əvvəl o, ölkədə ölüm hökmünü bərpa edəcəyini və cinayətkar qrup üzvlərinin, həmçinin həbs olunarkən silahlı müqavimət göstərənlərin güllələnməsi əmrini verəcəyini deyib. Qeyd edək ki, Filippində prezident səlahiyyətlərinin müddəti 6 ildir.xeber100.com

May 28, 2016 4:34

Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendum keçiriləcək

2017-ci ildə separatçı Cənubi Osetiya Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı referendum keçiriləcək. “RİA Novosti" agentliyinin verdiyi məlumata görə, müvafiq sənədi Cənubi Osetiya prezidenti Leonid Tibilov və parlamentin sədri Anatoli Bibilov imzalayıblar. Sənəd prezident yanında Siyasi Şuranın iclasında qəbul edilib. “Cənubi Osetiya xalqının maraqlarını rəhbər tutaraq, respublikanın 2017-ci ildə Rusiya Federasiyasının tərkibinə keçirilməsi barədə referendumun 2016-cı ilin 26 may tarixində keçirilməsini məqsədəuyğun bilirik”, - deyə imzalanan bəyanatda qeyd olunub.xeber100.com

May 27, 2016 3:45

“RİA Novosti”nin verdiyi xəbərə görə…

Minsk razılaşmaları tam icra olanadək Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq və lazım gəldikdə daha da sərtləşdiriləcək. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Böyük yeddilik” (G7 ) ölkələrinin liderlərinin Yaponiyada keçirilmiş sammitinin bəyannaməsində deyilir. “Biz təsdiqləyirik ki, Rusiyaya qarşı sanksiyaların uzadılması Moskvanın Minsk sazişlərinin tam icrasına və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasına dair hərəkətləri ilə əlaqədardır. Rusiya üzərinə götürdüyü öhdəlikləri tam icra etdikdən sonra sanksiyalar ləğv oluna bilər. Rusiyanın hərəkətləri bunu vadar edərsə, biz ona qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”, - deyə sammitin bəyannaməsində bildirilir. Bununla belə, G7 Ukrayna böhranının nizamlanması üçün Moskva ilə dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.xeber100.com

May 27, 2016 3:38

SSRİ-nin keçmiş prezidentinə 5 illik qadağa…

Ukrayna Təhlükəsizlik Xidməti SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun Ukraynaya girişini 5 il müddətinə qadağan edib. “İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Yelena Qitlyanskaya deyib. Xatırladaq ki, M. Qorbaçov “The Sunday Times” nəşrinə müsahibəsində Vladimir Putinin Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı qərarını dəstəklədiyini bildirib: “Mən həmişə xalqların öz iradəsini sərbəst ifadə etmələrinin tərəfdarı olmuşam, Krımda isə çoxluq Rusiyaya birləşməyin tərəfdarı idi”.xeber100.com

May 26, 2016 4:12

“Böyük yeddiliyin” sammiti öz işinə başlayıb

Yaponiyada “Böyük yeddiliyin” sammiti öz işinə başlayıb: liderlər İse sintoist məbədində görüşüblər. Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, bu görüşü günəş ilahəsi və yapon imperatorlarının ulu anaları sayılan Amaterasa həsr olunan məbədi tez-tez ziyarət edən Yaponiyanın Baş naziri Sindzo Abe təşkil edib. Sammitin iki iş günü – cümə axşamı və cümə günləri ərzində iştirakçılar müxtəlif mövzularda, o cümlədən neftin qiyməti barədə 5 iclas keçirəcəklər. Tərəflərin son zamanlar baş verən miqyaslı və səs-küylü qalmaqallar fonunda korrupsiya üzrə ayrıca siyasət sənədi imzalaması nəzərdə tutulub. Xarici siyasət mövzuları arasında liderlər terrorla mübarizəni, Minsk sazişini, Yaponiyanın dəniz təhlükəsizliyi məsələlərini də müzakirə edəcəklər. Yaponiya ev sahibi kimi Çin və Vyetnamla aralarında olan mübahisəli adalar mövzusunu müzakirəyə çıxaracağını vəd edib. Yaponiya KİV-ləri isə əsas diqqətlərini ABŞ lideri Barak Obamanın səfərinə yönəldib: o, Xirosima və Naqasaki şəhərlərinin atom bombardmanları qurbanlarının xatirə mərasimində iştirak edəcək ilk Amerika prezidenti olacaq.xeber100.com

May 26, 2016 3:53

“Noble Partner-2016” hərbi təlimləri başa çatıb

Gürcüstanın Vaziani poliqonunda "Noble Partner-2016" adlı birgə Gürcüstan-ABŞ hərbi təlimləri başa çatıb. Apa-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, son təlimlərdə Gürcüstan müdafiə naziri,Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ABŞ və NATO-nun yüksək çinli məmurları, ABŞ, Böyük Britaniyanın sərfirləri, Gürcüstan prezidentinin məsləhətçisi iştirak ediblər. Sonda təlim iştirakçıları mükafatlandırılıb. Qeyd edək ki, "Noble Partner 2016" təlimləri artıq ikinci dəfədir keçirilir. Məqsəd gürcü hərbi birləşmələrinin NATO standartlarına uyğun hazırlıq səviyyəsinin yüksəldilməsidir.xeber100.com

May 25, 2016 12:15
    Page 272 of 299« First«...102030...270271272273274...280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az