05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“RİA Novosti”nin verdiyi xəbərə görə…

Rusiya nüvə silahsızlaşdırılmasında maraqlı olduğunu kifayət qədər nümayiş etdirmir. “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Yaponiyaya səfəri ərəfəsində NHK telekanalına müsahibəsində ABŞ prezidenti Barak Obama deyib. Qeyd edək ki, 26-27 may tarixlərində Tokioda “Böyük Yeddilik” sammiti keçiriləcək. ABŞ prezidenti xatırladıb ki, hakimiyyətdə olduğu dövrdə Moskva ilə hücum silahlarının azaldılması haqqında (HSA-3) yeni sazişin imzalanmasına müvəffəq olub. Onun sözlərinə görə, bu saziş hər iki dövlətin nüvə potensialının azaldılmasına imkan yaradıb. “Düşünürəm ki, biz daha irəli gedə bilərik. Lakin Rusiya bu məsələdə daha böyük iş görməkdə maraqlı olduğunu nümayiş etdirməyib”, - deyə Obama qeyd edib. ABŞ prezidenti 1945-ci ildə Xirosimaya endirilən nüvə zərbəsinə görə üzr istəmək fikrində olmadığını bildirib. “Hər bir rəhbər, xüsusilə, müharibə dövründə, çox çətin qərarlar verir”, - deyə Obama qeyd edib.xeber100.com

May 22, 2016 11:55

“Yves Saint Laurent Marrakech” adlı muzey açılacaq

Mərakeşdə fransız əsilli dünya şöhrətli kutyurye İv Sen Loranın yaradıcılığına həsr olunmuş “Yves Saint Laurent Marrakech” adlı muzey açılacaq. Azərtac buro247.az saytına istinadla xəbər verir ki, rəssam dizaynerin adını daşıyan küçədə yerləşəcək muzeydə 500 geyim əşyası, 15 min aksessuar, on minlərlə eskiz və rəssamın sevimli əşyaları sərgilənəcək. Muzeydə, həmçinin 130 yerlik tamaşaçı zalı, kitab mağazası, terraslı restoran və 5000-dək kitabın olduğu kitabxana yer alacaq. Sahəsi 4 min kvadratmetrdən çox olan və zahirən parça saplarını xatırladacaq muzeyin konsepsiyasını dünya şöhrətli memarlar Olivye Marti və Karl Furner hazırlayıb. Qeyd edək ki, muzeyin 2017-ci ilin payızında istifadəyə verilməsi planlaşdırılır.xeber100.com

May 21, 2016 9:34

G7 sammitində təhlükəsizliyin təmin olunmasına 23 minədək polis əməkdaşı cəlb ediləcək

Yaponiya Milli Polis İdarəsinin yaydığı məlumata görə, İse-Şimada keçiriləcək G7 sammitində təhlükəsizliyin təmin olunmasına 23 minədək polis əməkdaşı cəlb ediləcək. Xəbər verdiyimiz kimi, dünyanın sənaye cəhətdən inkişaf etmiş dövlətlərinin liderlərinin Yaponiyanın bu istirahət zonasında iki gün davam edəcək sammiti mayın 26-da başlayacaq. Sammit başa çatdıqdan sonra ABŞ Prezidenti Barak Obamanın Hiroşimaya səfəri nəzərdə tutulur. Polis İdarəsindən bildiriblər ki, sammitin keçiriləcəyi ərazidə, ətraf rayonlarda, həmçinin G7 ölkələrinin liderlərini qəbul edəcək Çubu aeroportunda təhlükəsizliyi 23 min polis əməkdaşı təmin edəcək. Məlumatda qeyd edilir ki, 4600 polis əməkdaşı Hiroşimaya göndəriləcək. Həmin şəhərə polis bölmələri həm sammitin keçirildiyi ərazidən, həm də digər yerlərdən cəlb ediləcək.xeber100.com

May 20, 2016 2:05

Dnepropetrovsk şəhərinin adı dəyişdirilib…

Ukrayna Ali Radası Dnepropetrovsk şəhərinin adının dəyişdirilərək Dnepr adlandırılması barədə qərar qəbul edib. RİA "Novosti” agentliyinin verdiyi xəbərə görə, qərarın lehinə 247 deputat səs verib.İnqilabçı Qriqori Petrovskun adını daşıyan şəhər kommunizm elementlərinin ləğv edilməsi ilə bağlı qanun nəticəsində bu aqibətlə üzləşib.Şəhər 1926-cı ildə Dnepropetrovsk adını alıb. Öncə Yekaterinoslav adlandırılan şəhər 1796-1802-ci illərdə Novorossiysk adlandırılıb, daha sonra isə ad yenidən Yekaterinoslav olaraq dəyişdirilib. Bu silsilədən daha 900 yaşayış məntəqəsinin adının dəyişdiriləcəyi bildirilir. Artıq 700 inzibati və əraz vahidinin adı dəyişdirilib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ukraynalı deputatları “yarımbeyinli zombilər” adlandıraraq Radanın qərarına reaksiya verib. “Əgər kommunizmin elementlərini ləğv etmək istəyirdilərsə, gərək əsl adı - Yekaterinoslavı geri qaytaraydılar. Ən pis halda Novorossiyski... Deputat deyil, 247 yarımbeyinli zombidir”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi “Facebook” səhifəsində bildirib.xeber100.com

May 19, 2016 3:54

Hind Okeanı Azad İqtisadi Zonası ölkələrinin konfransı…

İranın Çabahar şəhərində Hind Okeanı Azad İqtisadi Zonasına daxil olan ölkələrin konfransı keçirilir. Apa-nın İran  bürosunun məlumatına görə, konfransda 21 ölkənin nümayəndəsi iştirak edir. Toplantıya həmçinin ABŞ,  Fransa, Almaniya, Misir, Çin, İngiltərə və Yaponiya müşahidəçi qismində qatılıb. İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra Çabaharda keçirilən konfrans ilk böyük beynəlxalq tədbirdir. Konfrans çərçivəsində sərgi də təşkil olunub. Sərgidə 300-dən çox xarici şirkət iştirak edir. Qeyd edək ki, Çabahar İranın Hind Okeanına açılan yeganə limanıdır . Bu liman böyük okean gəmilərini qəbul edə bilir. Hindistan, Yaponiya, Rusiya və Nigeriya investorları  Çabaharda enerji layihələrinə və liman infrastrukturunun genişləndirilməsinə sərmayə yatırır. İran hökuməti Çabahar dəmir yolunun Mərkəzi  Asiya ölkələrinin dəmir yoluna birləşdirilməsi, qaz boru xəttinin inşası, neft-kimya zavodunun tikilməsi kimi layihələri icra edir.xeber100.com

May 19, 2016 3:50

İranın nüvə proqramı müzakirə olunacaq

Mayın 19-da Brüsseldə İranın nüvə proqramı müzakirə olunacaq. Apa-nın xəbərinə görə, bu barədə Avropa Xarici Siyasət Xidmətinin məlumatında deyilir. Görüşdə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini və ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın XİN rəhbərləri iştirak edəcək. “Tərəflər nüvə razılaşması ilə bağı öhdəliklərin yerinə yetirilməsi, İrana qarşı beynəlxalq sanksiyaların ləğvi prosesini müzakirə edəcəklər”, məlumatda vurğulanır. Qeyd edək ki, bu gün Brüsseldə NATO Şurasının XİN rəhbərləri səviyyəsində iki günlük iclası başlayır.xeber100.com

May 19, 2016 3:01

Rusiya Rio-2016-dan uzaqlaşdırıla bilər…

Əgər Ümumdünya Antidopinq Agentliyinin (WADA) tədqiqatı Soçidə keçirilən oyunlarda kütləvi qanun pozuntularına yol verildiyini təsdiqləsə, bütün rusiyalı idmançılar Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırıla bilər. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı Tomas Bax xəbərdarlıq edib.Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Tomas Bax Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində WADA-nın tədqiqatının nəticələrinə görə kollektiv və fərdi məsuliyyət barədə qərar çıxarılacağını bildirib. Hazırda yalnız rusiyalı yüngül atletləri bütün yarışlardan, o cümlədən Rio Olimpiadasından kənarlaşdırmaq barədə qərar verilib. Moskva antidopinq laboratoriyasının keçmiş başçısı Qriqori Rodçenkovun Soçi-2014-də dopinq nümunələrinin kütləvi dəyişdirilməsi barədə bəyanatından sonra bütün Rusiya yığmasının diskvalifikasiya olunması təhlükəsi yaranıb. Rusiyanın İdman Nazirliyi isə öz növbəsində Soçi Olimpiadasında müstəqil müşahidəçilərin daimi nəzarəti altında müxtəlif ölkələrin mütəxəssislərinin işlədiyini və bu səbəbdən dopinqlə bağlı kütləvi manipulyasiyanın qeyri-mümkün olduğunu bildirib.xeber100.com

May 18, 2016 1:31

Avstriyada andiçmə mərasimi keçirilib

Avstriyanın federal kansleri və koalisiyalı hökumətdə təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyasının (SPÖ) sədri Verner Faymannın mayın 9-da gözlənilməz istefasından sonra federal hökumətdə bir sıra kadr dəyişiklikləri baş verib. Sosial-Demokratlar Partiyasının bütün əyalət komitələrinin dəstəyi ilə Avstriya Federal Dəmir Yolları konserninin rəhbəri Kristian Kernin Baş nazir (federal kansler) postuna namizədliyi ölkə Prezidenti Haynts Fişerə təqdim olunub.(Azərtac) Təqdimat Prezident tərəfindən qəbul edildikdən sonra mayın 17-də Hofburq sarayında K.Kernin İkinci Respublikanın 13-cü Baş naziri kimi andiçmə mərasimi keçirilib. Mərasimdən sonra federal kanslerin öz komandasına dəvət etdiyi şəxslərin ölkə Prezidenti ilə görüşü olub. Nazirlər Kabinetində Sonja Hammerşmid təhsil naziri, Tomas Drozda mədəniyyət naziri, Yörq Layxtfrid infrastruktur naziri postunu tutacaqlar. Fələstinli Mina Duzdar isə ilk miqrant əsilli siyasətçi kimi Kansler Aparatında Dövlət katibi vəzifəsinə təyin olunub. Yeni təyin olunmuş şəxslərin andiçmə mərasimi mayın 18-də keçiriləcək.xeber100.com  

May 18, 2016 1:26

“Reuters”in verdiyi xəbərə görə…

ABŞ Senatı 2001-ci il 11 sentyabr tarixində törədilən terror aktları nəticəsində zərərçəkmiş şəxsləriə hücumların təşkilində əlaqəli hesab olunan Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiaları qaldırmaq hüququ verən qanun layihəsini qəbul edib. “Reuters”in verdiyi xəbərə görə,  “Terrorçuluğun sponsorlarına qarşı olan ədalət” qanunu senatorlar tərəfindən təsdiqləndikdən sonra sənəd Konqresin Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaq. Qanunun qüvvəyə minməsi üçün sənəd prezident Barak Obama tərəfindən təsdiqlənməlidir.  ğ Ev məsələ ilə əlaqədar dəfələrlə sənədin prezident tərəfindən imzalanmayacağı bildirib. Ağ Ev qeyd edib ki, qanunun qəbulu ölkə üçün “unikal təhlükə” yaradacaq, çünki bu, digər ölkələr üçün  ABŞ-a qarşı iddia qaldırmaq imkanı yaradacaq. Qeyd edək ki, ABŞ-ın xarici borcunda 116,8 mlrd dollar paya malik olan Səudiyyə Ərəbistanı bundan əvvəl qeyd olunan qanunun hazırlanması ilə əlaqədar ABŞ-a öz narazılığını bildirib. Səudiyyə Ərəbistanının XİN rəhbəri Adel əl-Cübeyr bir müddət əvvəl qeyd olunan qanunun qəbul olunacağı təqdirdə ölkənin ABŞ-dakı 750 mlrd dollar dəyərində aktivlərinin satışa çıxarılacağı ilə hədələmişdi.xeber100.com  

May 18, 2016 1:21

Avropa Şurası Nazirlər Komitəsinin 126-cı sessiyası keçirilir

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Şurası Nazirlər Komitəsinin 126-cı sessiyası keçirilir. Apa-nın xəbərinə görə, Azərbaycanı sessiyada xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir. Açılışda çıxış edən Bolqarıstan prezidenti Rosen Plevneliyev bildirib ki,  Avropa Şurası qitədə dialoq, demokratiya və gələcəyə yönəlik ümumi həll yolları üçün platformadır. Müzakirə və qəbul edilməsi planlaşdırılan məsələlərə zorakı ekstremizm və radikallaşmaya aparan terrorizm təhdidi ilə mübarizə, qaçqın böhranına qarşı cavab tədbirləri görmək, Avropa İnsan Haqları Məhkəməsi sisteminin uzunmüddətli effektivliyinin təmin edilməsi, qonşu regionlara münasibətdə Avropa Şurasının siyasəti və Avropa ittifaqı ilə əməkdaşlıq məsələləri aiddir. Sessiyanın sonunda Bolqarıstanın xarici işlər naziri D. Mitov ölkəsinin sədrliyi ilə bağlı hesabat verəcək və sədrliyi Estoniyanın xarici işlər naziri Marina Kaljuranda təhvil verəcək. xeber100.com  

May 18, 2016 1:17
    Page 274 of 299« First«...102030...272273274275276...280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az