03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Reuters”in verdiyi xəbərə görə…

  Türkiyə Suriya ərazisindən sərhədyanı Kilis şəhərinin atəşə tutulmasının qarşısını almaq üçün əlavə tədbirlər görəcək.  “Reuters”in  verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.  Qeyd edək ki, Kilis şəhəri son bir neçə həftə ərzində Suriya ərazisindən dəfələrlə raket zərbələrinə məruz qalıb.  İŞİD silahlıları bundan əvvəl Almaniya kansleri Angela Merkel və Aİ Şurasının sədri Donald Tuskun Türkiyəyə səfəri ərəfəsində də Kilis şəhərinə raket zərbələri endirib. xeber100.com

Aprel 24, 2016 1:04

Avropa İttifaqı qaçqınlarla bağlı layihələr üçün Türkiyəyə 1 mlrd avro ayıracaq

"Avropa İttifaqı bu ilin yayında qaçqınlarla bağlı layihələrin icrası üçün Türkiyəyə 1 mlrd avro ayıracaq". “TASS” xəbər verir ki, bunu Aİ Şurasının sədri Donald Tusk Qazıantepdə mətbuat konfransı zamanı bildirib. “Aİ miqrasiya sazişinə əsasən, bu yay qaçqınlarla bağlı layihələr üçün Türkiyəyə 1 mlrd avro ayıracaq. Biz Türkiyə üzərindən Aİ-yə gələn qanunsuz miqrantların sayının azaldığını müşahidə edirik. Bu ölkə qaçqınların qəbulu məsələsində bütün dünya üçün örnək olub”, - deyə Tusk Merkel, Timmermans və Davudoğlu ilə birgə mətbuat konfransında bildirib.  Qeyd edək ki, Almaniya kansleri  Angela Merkel, Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyası sədrinin müavini Frans Timmermans və Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin Suriya ilə həmsərhəd Qazıantep şəhərindəki  suriyalı qaçqınların “Nizip-2” düşərgəsində olublar. Merkel və Davudoğlu suriyalı uşaqlarla söhbət edib və düşərgədə yaradılan şəraitlə tanış olub. Nümayəndə heyətinin düşərgəyə səfəri mətbuat üçün qapalı rejimdə keçirilib.xeber100.com

Aprel 24, 2016 12:56

1915-ci il hadisələri ilə bağlı AÇIQLAMA

Bu fikir Türkiyə Xarici İşlər Nazirliyinin ABŞ Prezidenti Barak Obamanın 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqədar açıqlamasında yer alıb. Nazirliyin açıqlamasında vurğulanır ki, Türkiyə türk və erməni xalqlarının əsrlər boyu birlikdə yaşama təcrübəsinə əsaslanaraq sülh şəraitində ortaq gələcək yaratmaq arzusunu səmimi şəkildə ortaya qoyub. Bu baxımdan dost və müttəfiq ölkələrin bu çağırışa dəstək vermək əvəzinə, gərginliyi daha da artırmaq istəyən qüvvələri təşviq etməsi təəssüf doğurur. Türkiyə XİN-in açıqlamasında deyilir ki, bu günə qədər tarixdə hər hansı kədər doğuran hadisəni siyasiləşdirmək cəhdləri heç kimə fayda gətirməyib. “Belə olduğu halda, hər il müəyyən tarixdə üçüncü ölkələrin siyasi mövqelərindən maraq güdməyə çalışan müəyyən qüvvələr dostluğa və sülhə zərbə vurmaqla kifayətlənməyərək, o dövrdə baş verən kədərli hadisələrə də bir növ hörmətsizlik edirlər. Bu baxımdan ABŞ Administrasiyasını tarixi həqiqətləri ədalətlə dəyərləndirərək bütün tərəflərin acılarını nəzərə alan, qərəzsiz, xoşməramlı və sağlam təmələ söykənən mövqe nümayiş etdirməyə çağırırıq”, – deyə nazirliyin açıqlamasında qeyd olunur

Aprel 23, 2016 1:16

M. Zaxarova: “Rusiya və Türkiyə arasında rəsmi səviyyədə münasibətlər bərpa edilə bilməz”

Rusiya və Türkiyə arasında rəsmi səviyyədə münasibətlər bərpa edilə bilməz. TASS xəbər verir ki, bu barədə mətbuat konfransında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Zaxarova qeyd edib ki, eyni zamanda Rusiya tərəfindən türk xalqına və türk biznesinə qarşı heç bir əks-fəaliyyət olmayıb və ola da bilməz. “Türk rəsmilərinə gəldikdə isə, perspektiv yoxdur. Onlar elədiklərini etdilər. Biz indi anlayırıq ki, bu, onların düşünülmüş seçimi idi” , – o vurğulayıb. “Beynəlxalq münasibətlərdə onların (Türkiyə hakimiyyətinin) qurduğu “kartlar evi” dağılmağa başlayıb”, – Zaxarova bildirib. “Xalqlar, ölkələr arasında münasibətlər nöqteyi-nəzərindən – əlbəttə ki, münasibətlər inkişaf edəcək. Türk xalqına, türk biznesinə, iqtisadi mühit nümayəndələrinə qarşı heç bir əks-fəaliyyət, heç bir kampaniya yoxdur və ola da bilməz”, – Rusiya XİN-in rəsmisi vurğulayıb.xeber100.com

Aprel 23, 2016 12:50

Vladimir Jirinovski: “Belarus və Ukrayna Rusiyanın keçdiyi demokratik məktəbi keçə bilməyiblər”

"Belarus və Ukrayna Rusiyanın keçdiyi demokratik məktəbi keçə bilməyiblər". Bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Jirinovski söyləyib. Onun sözlərinə görə, Rusiyanın Belarusa münasibətində heç bir diskriminasiya yoxdur. Xatırladaq ki, bundan öncə Belarus Prezidenti Aleksandr Lukaşenko Minskin Rusiyanın əlində oyuncaq olmayacağını bildirib.xeber100.com

Aprel 23, 2016 12:38

“RİA Novosti”nin verdiyi xəbərə görə…

6.5 bal gücündə zəlzələnin baş verdiyi Yaponiyanın Küsü adasında son 9 gün ərzində 793  zəlzələ qeydə alınıb.  “RİA Novosti”nin verdiyi xəbərə görə, yeraltı təkanlar əsasən Kumamoto və Oita prefekturalarında baş verib. Onlardan ən güclüsü aprelin 16-na keçən gecə qeydə alınıb – 7.3 bal. Küsü adasında hələ də afteşoklar müşahidə olunmaqdadır.  Qeyd edək ki, silsilə təkanlar nəticəsində ölənlərin sayı 48-ə çatıb, iki nəfər hələ də itkin düşmüş hesab edilir. Təbii fəlakət nəticəsində 6 minədək ev uçub. Zəlzələ zonasından 110 min sakin təxliyə olunub.  Minlərlə ailə qazsız və susuz qalıb.xeber100.com  

Aprel 22, 2016 2:41

Avropaya qaçqın probleminin həlli üçün 15 mlrd dollar lazımdır

Avropa İttifaqı Şurası yeni sərhəd və sahil mühafizə xidmətinin yaradılması qərarını təsdiqləyib. “TASS” xəbər verir ki, bunu Aİ-nin miqrasiya və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos bildirib.  “Bu gün biz  Avropa Sərhəd və Sahil Mühafizə Agentliyinin yaradılmasına dair razılıq əldə edə bilmişik”, - deyə avrokomissar bildirib.   Yeni sərhəd xidmətinin yaradılmasına dair qərar Aİ-yə üzv olan 28 dövlətin DİN rəhbərlərinin konfransı zamanı qəbul edilib. Bu arada Avropa Komissiyasının büdcə və qaçqın problemləri üzrə vitse-prezident Kristalina Georgiyeva Avropada qaçqın probleminin həlli üçün əlavə 15 mlrd dollar lazım olduğunu bildirib. xeber100.com  

Aprel 22, 2016 2:36

ABŞ qaz borusunun tikintisinə mane olur

“Regionda mayeləşdirilmiş təbii qaz (MTQ) layihələrinə iri sərmayələrin yatırılması səbəbindən ABŞ İran-Pakistan-Hindistan qaz borusu layihəsini reallaşdırmağa imkan verməyəcək”.  “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu İranın  Hindistandakı səfiri Qulamrza Ansari deyib. “İran-Pakistan-Hindistan qaz borusu məsələsinə gəlincə, düşünürəm ki, biz bu layihəni unutmalıyıq. Amerikalılar mayeləşdirilmiş təbii qaz layihələrinə çoxlu sərmayə yatırıblar, onların gələcəkdə Hindistan bazarı ilə böyük planları var və istənilən qaz borusu bu sərmayələrə son qoyacaq. Buna görə də mən bu qaz borusunun ciddi bir layihə olduğunu düşünmürəm. Amerikalılar onun reallaşdırılmasına imkan verməyəcəklər, necə ki, dəfələrlə bunu ediblər”, - deyə səfir qeyd edib.  

Aprel 22, 2016 2:29

Rəsmi Tiflisdən Azərbaycan və Ermənistana çağırış

Gürcüstan hakimiyyəti Dağlıq Qarabağda sülhün saxlanılmasının region üçün nə dərəcədə vacib olduğunu dərk edir.Bu sözləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Strasburqa səfəri öncəsi deyib. Kvirikaşvili Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. Baş nazir münaqişə tərəflərinə sülh danışıqlarını Gürcüstanda aparmağı təklif edib. “Dağlıq Qarabağ münaqişəsi kəskinləşən kimi, mən bir neçə bəyanat verdim və münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəklədim. Biz Qafqazda sülhün olmasında maraqlıyıq. Bu münaqişə bütün regionun təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Ona görə biz Dağlıq Qarabağda sülhün saxlanılmasının region üçün nə dərəcədə vacib olduğunu dərk edirik. Biz bunun üçün Gürcüstanı sülh danışıqlarının keçirilməsi yeri kimi təklif edə bilərik. Biz son vaxtlar Dağlıq Qarabağda gərginliyin aradan qalxması əlamətlərinin nəzərə çarpmasından şadıq. Ümid edirik ki, bu münaqişə sülh yolu ilə nizamlanacaq”, – deyə, Georgi Kvirikaşvili bildirib.xeber100.com  

Aprel 21, 2016 12:47

Ukrayna Rusiya filmlərinə qadağa qoydu

Ukrayna prezidenti Pyotr Poroşenko 2014-cü il yanvarın 1-dən sonra çəkilmiş Rusiya filmlərinin yayımlanmasına qadağa qoyan qanunu imzalayıb. Rusiyanın NTV telekanalı xəbər verir ki, müvafiq göstəriş Ali Radanın saytında dərc olunub. Qadağa nəinki bədii filmlərə və seriallara, həmçinin televiziya proqramlarına və verilişlərinə də aiddir. Kiyev hökumətinin fikrincə, bu addım “Ukraynanın informasiya sahəsində milli təhlükəsizlik səviyyəsinin yüksəlməsinə” xidmət edəcək. Son iki il ərzində Ukrayna hökuməti “informasiya təcavüzünə” qarşı mübarizə adı ilə Rusiyanın 430 film və serialını “qara siyahı”ya salıb. Həmçinin ölkədə “milli təhlükəsizliyə təhdid” yaradan 80-dən çox rusiyalı mədəniyyət xadiminin siyahısı tərtib olunub, onların iştirakı ilə çəkilən filmlərin yayımı qadağan edilib. Ukraynada bununla yanaşı, mədəniyyət xadimlərinin “ağ siyahı”sı da mövcuddur. Bu siyahıya hazırkı Kiyev hökumətinə dəstəyini ifadə edən Andrey Makareviç, Liya Axedjakova, Mixail Jvanetski, Arnold Şvartsnegger, Corc Kluni və başqaları daxildir.xeber100.com

Aprel 21, 2016 12:34
    Page 284 of 299« First«...102030...282283284285286...290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az