23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Rəsmi Tiflisdən Azərbaycan və Ermənistana çağırış

Gürcüstan hakimiyyəti Dağlıq Qarabağda sülhün saxlanılmasının region üçün nə dərəcədə vacib olduğunu dərk edir.Bu sözləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Strasburqa səfəri öncəsi deyib. Kvirikaşvili Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. Baş nazir münaqişə tərəflərinə sülh danışıqlarını Gürcüstanda aparmağı təklif edib. “Dağlıq Qarabağ münaqişəsi kəskinləşən kimi, mən bir neçə bəyanat verdim və münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəklədim. Biz Qafqazda sülhün olmasında maraqlıyıq. Bu münaqişə bütün regionun təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Ona görə biz Dağlıq Qarabağda sülhün saxlanılmasının region üçün nə dərəcədə vacib olduğunu dərk edirik. Biz bunun üçün Gürcüstanı sülh danışıqlarının keçirilməsi yeri kimi təklif edə bilərik. Biz son vaxtlar Dağlıq Qarabağda gərginliyin aradan qalxması əlamətlərinin nəzərə çarpmasından şadıq. Ümid edirik ki, bu münaqişə sülh yolu ilə nizamlanacaq”, – deyə, Georgi Kvirikaşvili bildirib.xeber100.com  

Aprel 21, 2016 12:47

Ukrayna Rusiya filmlərinə qadağa qoydu

Ukrayna prezidenti Pyotr Poroşenko 2014-cü il yanvarın 1-dən sonra çəkilmiş Rusiya filmlərinin yayımlanmasına qadağa qoyan qanunu imzalayıb. Rusiyanın NTV telekanalı xəbər verir ki, müvafiq göstəriş Ali Radanın saytında dərc olunub. Qadağa nəinki bədii filmlərə və seriallara, həmçinin televiziya proqramlarına və verilişlərinə də aiddir. Kiyev hökumətinin fikrincə, bu addım “Ukraynanın informasiya sahəsində milli təhlükəsizlik səviyyəsinin yüksəlməsinə” xidmət edəcək. Son iki il ərzində Ukrayna hökuməti “informasiya təcavüzünə” qarşı mübarizə adı ilə Rusiyanın 430 film və serialını “qara siyahı”ya salıb. Həmçinin ölkədə “milli təhlükəsizliyə təhdid” yaradan 80-dən çox rusiyalı mədəniyyət xadiminin siyahısı tərtib olunub, onların iştirakı ilə çəkilən filmlərin yayımı qadağan edilib. Ukraynada bununla yanaşı, mədəniyyət xadimlərinin “ağ siyahı”sı da mövcuddur. Bu siyahıya hazırkı Kiyev hökumətinə dəstəyini ifadə edən Andrey Makareviç, Liya Axedjakova, Mixail Jvanetski, Arnold Şvartsnegger, Corc Kluni və başqaları daxildir.xeber100.com

Aprel 21, 2016 12:34

Pan Qi Mun Azərbaycana səfər edəcək

BMT  baş katibi  Pan Qi Mun 23-24 aprel tarixlərində Gürcüstana rəsmi səfər edəcək.  “TASS”ın verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.  “BMT baş katibi Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin dəvəti ilə 23-24 aprel tarixlərində Tiflisə səfər edəcək. Pan Qi Mun Tiflisdən Ermənistana, daha  Azərbaycana səfərini davam etdirəcək”, deyə məlumatda bildirilir.  Gürcüstan XİN-i  BMT baş katibinin 1994-cü ildən sonra ilk dəfə Tiflisə səfər edəcəyini bildirib. Səfər çərçivəsində ölkənin rəsmiləri ilə bir sıra görüşlər nəzərdə tutulub.  Qeyd edək ki, 1994-cü ilin noyabrın 1-də BMT baş katibi Butros Butros Qali Tiflisə rəsmi səfər edib.xeber100.com

Aprel 21, 2016 12:28

“Gazeta.ru”nun məlumatına görə…

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Nyu-York ştatında demokratlar daxilində praymerizin mühüm raundunun qalibi olub. “Gazeta.ru”nun verdiyi xəbərə görə, hesablanmış 44 faiz səslərdən Klinton  60,6 faiz göstərici ilə rəqibi Vermont ştatından olan senator Berni Sandersi (39,5%) qabaqlayıb.xeber100.com

Aprel 21, 2016 12:22

Hit şəhəri İŞİD silahlılarından azad edildi

İraq təhlükəsizlik qüvvələri Ənbar əyalətində yerləşən Hit şəhərini İŞİD terror qruplaşmasının silahlılarından azad edib. RİA Novosti agentliyinin məlumatına görə, bunu Pentaqonun nümayəndəsi, polkovnik Stiv Uorren bəyan edib. “Şəhər təhlükəsizlik qüvvələri, ordu və könüllülər dəstələrinin birgə əməliyyatı nəticəsində azad olunub. Bundan əlavə, ötən həftə hökumət qüvvələri Fərat çayı vadisində terrorçuların bir neçə hücumunu dəf edib”, deyə S.Uorren bildirib bildirib.  Qeyd edək ki, 100 mindən çox əhalisi olan, strateji əhəmiyyətli Hit şəhəri 2014-cü ilin oktyabrında terrorçuların əlinə keçmişdi. xeber100.com  

Aprel 21, 2016 12:17

“Deutsche Welle”-nin verdiyi məlumata görə, sülh danışıqları başlayıb

Aprelin 21-də Küveytin paytaxtında Yəmən üzrə sülh danışıqları başlayır.Apa-nın  “Deutsche Welle”-yə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib. Onun sözlərinə görə, üsyançı husilər və onların müttəfiqləri artıq paytaxt Sənadan Küveytə yollanıblar. Danışıqların məqsədi Yəməndə sülhə nail olmaqdır. Yəmən üzrə sülh danışıqları aprelin 18-də başlamalı idi. Lakin aprelin 10-dan BMT-nin vasitəçiliyi ilə ölkədə qüvvəyə minən atəşkəs rejimi dəfələrlə pozulub. Bu səbəbdən danışıqlar bir neçə dəfə təxirə salınıb. Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir.xeber100.com

Aprel 21, 2016 12:10

“Ukrainskaya pravda” nın məlumatına görə..

Ukrayna prezidenti  ölkədə parlament-hökumət böhranının sona çatdığını bəyan edib. Bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.  “Bizim cari il ərzində keçirilən ilk-bugünkü iclasımız parlament-hökumət böhranının tarixinə nöqtə qoyur”, - deyə o Milli İslahatlar Şurasının iclasında bildirib.  Poroşenko yeni Nazirlər Kabinetini peşəkar və siyasi məsuliyyətə malik olduğunu bildirib.xeber100.com  

Aprel 20, 2016 2:33

NTV telekanalının verdiyi xəbərə görə…

Türkiyə hərbçiləri İraqın şimalında 32 İŞİD silahlısını məhv ediblər. NTV telekanalının verdiyi xəbərə görə, bundan əvvəl Türkiyə mətbuatı İŞİD silahlılarının İraqın şimalındakı “Başik” düşərgəsində Türkiyə ordusuna məxsus tankı qumbaraatanlardan atəşə tutduğu bildirib. İnsident nəticəsində Türkiyə hərbçiləri arasında itki olmayıb.  Türkiyə hərbçiləri cavab atəşi ilə İŞİD silahlıların yerləşdiyi binanı məhv ediblər, 10 silahlı öldürülüb. Sağ qalan terrorçular hadisə yerindən uzaqlaşmağa çalışıblar, lakin Türkiyə ordusunun atəşi nəticəsində daha 22 silahlı öldürülüb.xeber100.com  

Aprel 20, 2016 2:09

Mariya Zaxarova: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həll yolunu tapmağa kömək etmək vəzifəsidir”

Rusiyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçilərdən biri kimi tərəflərə həll yolunu tapmağa və mövqelərini yaxınlaşdırmağa kömək etmək vəzifəsidir. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib: "Bu işin davam etdirilməsi üçün müvafiq ab-havanı yaratmağa kömək etmək vəzifəmizdir. Bu yaxınlarda vəziyyətin gərginləşməsi kimi hallar nizamlanmaya kömək edən ab-havanı pozur".xeber100.com  

Aprel 19, 2016 4:15

Türkiyə növbəti raket atəşinə məruz qalıb

Türkiyənin Kilis vilayəti Suriya ərazisindən növbəti dəfə raket atəşinə məruz qalıb. "Milliyyət" qəzetinin verdiyi məlumata görə, Suriya ərazisindən atılan daha 3 raket mərmisi Kilis vilayətinə düşüb. İlkin məlumata görə, insident nəticəsində heç kəs xəsarət almayıb.xeber100.com

Aprel 19, 2016 3:56
    Page 285 of 299« First«...102030...283284285286287...290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az