03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Barak Obama ABŞ-ın bəzi əməliyyatlarının yanlışlığını etiraf edib

ABŞ prezidenti Barak Obama Liviyaya müdaxiləni ən böyük səhvi hesab edir. Lifenews xəbər verir ki, bu barədə dövlət başçısı “Fox News” telekanalında yayımlanan müsahibəsində bildirib. Ona qısa cavab almaq məqsədilə silsilə suallar verilib. Suallardan biri prezidentlik dövrü ərzində ən böyük səhvə aid idi. “Ola bilər ki, bu Liviyaya müdaxilənin səhərisi günü hazırlanan planda yol verilən müvəffəqiyyətsizlik idi. Həmin an mən bu müdaxilənin doğru addım olduğunu düşünürdüm”, - Obama cavab verib. Keçən ilin dekabr ayında dövlət katibi Con Kerri, prezidentin sözlərini xatırladaraq ABŞ-ın Liviyaya müdaxiləsinin səhv olduğunu etiraf edib. Obama ABŞ-ın Liviyadakı bəzi əməliyyatlarının yanlışlığını etiraf edib. Belə ki, “Amerika hərbi müdaxilədən sonra qanuni hakimiyyətin qurulmasına tam vasitəçilik etmirdi”, Kerri “Rossiya 1” telekanalının efirində “Şənbə günü Sergey Brileyev ilə xəbərlər” proqramında bildirib.  O əlavə edib ki, ABŞ Liviyada “ölkədə vəziyyətin sabitləşməsinə və gərginliyin azalmasına ümid edən elitanın” formalaşdıracağı yeni hakimiyyəti dəstəkləyəcək.xeber100.com

Aprel 12, 2016 9:45

Cənubi Osetiya referendum keçirməyə hazırlaşır

Cənubi Osetiya hakimiyyəti bu ilin avqustuna qədər Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirməyə hazırlaşır, dəqiq vaxt hələ müəyyən edilməyib. Bu barədə TASS-a verdiyi müsahibəsində tanınmamış Cənubi Osetiya respublikasının “prezidenti” Leonid Tibilov bildirib. “Biz artıq vaxtı müzakirə edirik. Hansısa konkret vaxtı demək olmaz. Amma bu yaxın gələcəkdə baş verəcək, avqusta qədər planlaşdırırıq”, - Tibilov deyib. Martın sonunda Rusiya prezidenti Vladimir Putin Leonid Tibilov ilə görüşdə Rusiyanın Cənubi Osetiyaya 2016-cı ildə dəstəyi 8,2 milyard rubldan ibarət olduğunu bildirib.

Aprel 12, 2016 9:34

İranla Qazaxıstan arasında 30-a yaxın sənəd imzalanacaq

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Tehrana rəsmi səfər edib.  apa-nın Tehran bürosunun məlumatına görə, səfər çərçivəsində İrana Qazaxıstan arasında müxtəlif sahələrlə bağlı 30-a yaxın sənəd imzalanacaq. İki ölkənin iş adamlarının iştirakı ilə bznes-forum da keçiriləcək. Hazırda İran və Qazaxıstan arasında ticarət mübadiləsinin həcmi 1 milyard dollar təşkil edir. Qeyd edək ki, İran prezidenti Həsən Ruhanin 2014-cü ildə Qazaxıstanda səfərdə olub.  

Aprel 11, 2016 12:53

Atəşkəs rejiminin tətbiqinə dair razılaşma

Yəməndə BMT-nin vasitəçiliyi ilə atəşkəs rejiminin tətbiqinə dair razılaşma qüvvəyə minib. TASS agentliyinin verdiyi məlumata görə, atəşkəs rejimi nəzərdə tutulduğundan bir sutka gec qüvvəyə minib. BMT baş katibinin xüsusi elçisi İsmayıl uld Şeyx Əhmədin dediyinə görə hökumət qüvvələri ilə husilər arasında birbaşa sülh danışıqları aprelin 18-də Küveytdə başlanacaq: “Danışıqların gündəmi geniş olacaq, siyasi prosesə start verilməsi nəzərdə tutulur”. Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir. xeber100.com  

Aprel 11, 2016 12:31

Təhlükəsizlik siyasəti üzrə ali komissar İrana səfər edəcək

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerininin başçılıq  etdiyi nümayəndə heyəti aprelin 16-da İrana səfər edəcək. apa-nın Tehran bürosunun İran mətbuatına istinadən verdiyi məlumata görə, bu səfər İranın nüvə proqramına dair Birgə Fəaliyyət Planının icrasından sonra Tehranla Brüssel arasında yeni səhifə açacaq. Onu da bildirək ki, bu gün BMT-nin Suriya məsələri üzrə  nümayəndəsi Stefan De Mistura Tehrana səfər edəcək. O, keçirəcəyi görüşlərdə Suriyadakı sülh prosesini müzakirə edəcək.xeber100.com  

Aprel 11, 2016 12:24

Vizasiz rejim tətbiq ediləcək

Avropa Komissiyası Niderlandda Ukrayna ilə Aİ arasında imzalanmış assosiasiya sazişi ilə bağlı keçirilən referendumun nəticələrindən asılı olmayaraq apreldə bu ölkə ilə vizasız rejimin tətbiqini təklif edəcək. APA-nın məlumatına görə, bu barədə “Reuters” Aİ-dəki yüksək vəzifəli şəxsə istinadən yazıb. Mənbə bildirib ki, bu, Niderland vətəndaşlarının fikrinə məhəl qoymamaq kimi görünsə də, Aİ Kiyevə verdiyi vədi yerinə yetirməlidir. O əlavə edib ki, Avropa Komissiyası öz təklifinə miqrant axını zamanı viza rejiminin müvəqqəti bərpasını nəzərdə tutan qoruyucu maddə daxil edəcək. Xatırladaq ki, Niderlandda keçirilən Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişin ratifikasiyasına dair referendumda 38,1 faiz əhali lehinə, 61,1 faizi isə əleyhinə səs verib. xeber100.com  

Aprel 11, 2016 12:17

Fox News yazır…

  ABŞ prezidenti Barak Obama Liviyaya müdaxiləni hakimiyyətdə olduğu dövrdə özünün ən böyük səhvi adlandırıb. APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti “Fox News”-a müsahibəsində bildirib. “Liviyaya hərbi müdaxilədən sonra növbəti addımlarla bağlı planın mövcud olmaması böyük səhv idi. Həmin an qərarımın düzgün olduğuna əmin idim. Hakimiyyətdə olduğum dövrdə ən böyük nailiyyət isə Amerikanın iqtisadi böhrandan qurtulması olub”, - deyə Obama qeyd edb. Qeyd edək ki, Liviyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb. Münaqişə nəticəsində ölkə  rəhbəri Müəmmar Qəddafi öldürülüb, Liviya iki əks düşərgəyə bölünüb. Ölkənin ayri-ayrı əraziləri isə İŞİD terror təşkilatının silahlılarının nəzarəti altına keçib. xeber100.com  

Aprel 11, 2016 12:12

Keyko Fuhimori 37,8% səslə liderdir

Peruda prezident və parlament seçkiləri başa çatıb. Reuters agentliyinin verdiyi məlumata görə, səsvermənin ilkin nəticələri yerli vaxtla saat 21:00-da açıqlanacaq. Ekzit-polların nəticələrinə əsasən, prezident seçkilərinin ilk turunda Keyko Fuhimori 37,8% səslə liderdir. Qeyd edək ki, sağ mərkəzçi “Xalqın gücü” partiyasının namizədi olan Keyko Fuhimori Perunun sabiq prezidenti Alberto Fuhimorinin qızıdır.  

Aprel 11, 2016 11:55

İŞİD terror təşkilatı ilə mübarizə

ABŞ dövlət katibi Con Kerri gözlənilmədən İraqa səfər edib. “Frans-Press” agentliyinin verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib. Səfərin məqsədi İŞİD terror təşkilatı ilə mübarizə məsələlərini ölkə rəhbərliyi ilə müzakirə etməkdir. Səfər çərçivəsində C. Kerri İraqın baş naziri Heydər Əl-Abadi, xarici işlər naziri İbrahim əl-Cəfəri və İraq Kürdüstanının regional hökumətinin baş naziri Nəçirvan Bərzani ilə görüşəcək.  

Aprel 8, 2016 12:13

Beynəlxalq hüquq çərçivəsində münaqişələrin sülh yolu ilə həlli

“Üzv dövlətlər arasında münaqişələr ciddi narahatlıq doğurur və avropalılar olaraq bu münaqişələrin həllini tapmaq bizim öhdəliyimizdir”. APA-nın xəbərinə görə, bunu AŞPA prezidenti Pedro Aqramunt deyib. “Dondurulmuş münaqişələr” mövzusuna toxunan P. Aqramunt parlament diplomatiyasının bu məsələdə rol oynaya biləcəyi vurğulayıb. “Parlamentarilər arasında dialoq bizim əlimizdəki əsas vasitədir və beynəlxalq hüquq bunun üçün müvafiq hüquqi çərçivə təmin edir. Biz beynəlxalq hüquq çərçivəsində münaqişələrin sülh yolu ilə həlli səylərini dəstəkləməliyik”, - deyə R. Aqramunt qeyd edib. xeber100.com  

Aprel 8, 2016 11:54
    Page 289 of 299« First«...102030...287288289290291...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az