05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Özbəkistan iqtisadiyyatına 7,5 milyard dollar sərmayə qoyulması nəzərdə tutulur

2021-ci ildə Özbəkistan iqtisadiyyatına 7,5 milyard dollar birbaşa xarici sərmayə qoyulması nəzərdə tutulur.Azərtac Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Prezident Şavkat Mirziyoyev keçirdiyi müşavirədə deyib. Müşavirədə bu il əldə edilən uğurlar, 2021-ci ildə Özbəkistana sərmayə qoyuluşu və ticarətin inkişafı sahəsində geniş müzakirələr aparılıb. Dövlət başçısı deyib ki, bu il ölkə iqtisadiyyatına 6,6 milyard dollar sərmayə qoyulub. İlin sonunadək ixraca 15 milyard dollarlıq məhsulun göndərilməsi reallaşacaq.Ş.Mirziyoyev bildirib ki, gələn il Özbəkistanda 226 böyük layihənin həyata keçirilməsi nəzərdə tutulur. 2021-ci ildə 17 milyard dollar ixrac əməliyyatlarının həyata keçirilməsi planlaşdırılır. Yanvarın 1-də xarici tərəfdaşlarla ixrac müqavilələrinin bağlanması ilə bağlı artıq səlahiyyətli orqanlara tapşırıqlar verilib.xeber100.com

Dekabr 24, 2020 3:13

Rusiya Dövlət Duması “Rusiya Federasiyası prezidentinin seçkiləri haqqında” qanun layihəsini qəbul edib

Rusiya Dövlət Duması “Rusiya Federasiyası prezidentinin seçkiləri haqqında” Qanuna düzəlişlərə dair qanun layihəsini qəbul edib.Azərtac xəbər verir ki, qanun layihəsi hazırkı Prezident Vadimir Putinə növbəti iki müddətə dövlət başçısı seçilmək hüququ verir.Qanun layihəsinə əsasən, Rusiya prezidenti yaşı 35-dən çox olan, Rusiyada azı 25 il daim yaşamış, həm hazırda, həm də əvvəllər xarici vətəndaşlığı olmayan şəxslər seçilə bilərlərlər. Rusiya Konstitusiyasında təsbit edilmiş “eyni şəxsin yalnız iki müddətə prezident seçilməsi ilə bağlı məhdudiyyət” düzəlişlər qəbul edildikdən sonra yenidən hesablanacaq. Başqa sözlə, hazırkı Prezident Vladimir Putin daha iki müddətə Rusiya prezidenti seçilmək imkanı əldə edəcək.xeber100.com

Dekabr 23, 2020 2:02

ABŞ Senatı dekabrın 21-də 900 milyard dollar həcmində paketi qəbul edib

ABŞ Senatı dekabrın 21-də koronavirus pandemiyası fonunda iqtisadiyyatın stimullaşdırılmasına yönəlmiş 900 milyard dollar həcmində paketi qəbul edib.Azərtac Amerika KİV-lərinə istinadla xəbər verir ki, Ağ ev, həmçinin Respublikaçılar və Demokratlar partiyalarının konqresin hər iki palatasındakı nümayəndələri iqtisadi yardımın həcmi barədə razılıq əldə edə biliblər. Stimullaşdırma tədbirləri paketi 2021-ci maliyyə ili üçün ölkə büdcəsi ilə birlikdə qəbul edilib.Sənəd əvvəlcə Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənmişdi. Bundan sonra onu ABŞ Prezidenti Donald Tramp imzalamalıdır.Texniki problemlər səbəbindən sənədin dərc edilməsi ləngiyib, onun həcmi 5 min səhifədən çox olduğu üçün konqresmenlərin əksəriyyəti paketin məzmunu ilə vaxtında tanış ola bilməyib. Nəticədə səsvermə prosesi bütün gün ərzində uzanıb.Yardım paketinə işsizliyə görə müavinət, hər bir fiziki şəxsə 600 dollar ödəniş, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən təhsilə, kiçik biznesə, habelə aviasiya sənayesinə köçürüləcək maliyyə vəsaiti daxildir.xeber100.com

Dekabr 22, 2020 3:01

İsveçrə Böyük Britaniya və Cənubi Afrika Respublikasıilə sərnişin aviareyslərini dayandırıb

Bir sıra Avropa ölkələri kimi İsveçrə də koronavirusun mutasiyaya uğramış yeni variantının ölkədə yayılmasına qarşı tədbirlərə başlayıb.Azərtac xəbər verir ki, ölkədəki bütün hava limanları, aviaşirkətlər və özəl biznes aviauçuşları keçirən şirkətlər Böyük Britaniya və Cənubi Afrika Respublikası (CAR) ilə uçuşların ləğvi barədə məlumatlandırılıb.Mülki Aviasiya üzrə Federal İdarənin (BAZL) nümayəndəsi Urs Holdereqqer bildirib ki, koronavirusun aqressiv variantının yayılmasının qarşısının alınması üçün dərhal atılan bu addım qeyri-müəyyən müddət üçün nəzərdə tutulub və ictimaiyyətə yaxın müddətdə əlavə məlumatlar veriləcək. Qadağa yalnız sərnişin təyyarələrinə şamil olunur, yükdaşımaları davam edəcək.Ekspertlərin rəyinə görə, koronavirusun mutasiyaya uğramış variantı yüksək yoluxuculuq keyfiyyətinə malik olsa da, hazırda dünya bazarlarına çıxarılan peyvəndlərə qarşı immunitet göstərmir və peyvəndlər sayəsində bu varianta qarşı mübarizə aparıla bilər.xeber100.com

Dekabr 21, 2020 11:28

Misirin Nümayəndələr Palatası Avropa Parlamentinin qətnaməsini pisləyib

Misirin Nümayəndələr Palatası Avropa Parlamentinin bu ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı qətnaməsini pisləyib və onu “siyasi və qeyri-adekvat” sənəd adlandırıb.Azərtac xəbər verir ki, Misir parlamentinin aşağı palatasının spikeri Əli Əbdel-Alaanın bəyanatında Avropa Parlamentinin qətnaməsində həqiqətə uyğun olmayan müddəaların yer aldığı bildirilir. Vurğulanır ki, bu sənəd Misir ilə Avropa İttifaqının strateji əməkdaşlığına zərər verir. Eyni zamanda, bəyanatda qeyd olunur ki, Misirdə real vəziyyəti nəzərə almayan avropalı parlamentarilərin “misirlilərin insan haqlarının müdafiəçisi qismində çıxış etmələri”, bu məsələni siyasiləşdirmələri yolverilməzdir.Misir parlamentinin spikerinin bəyanatında diqqətə çatdırılır ki, terrorizm və qanunsuz miqrasiya ilə mübarizə aparıldığı bir şəraitdə Avropa Parlamentinin bu cür addımları regional sülhə və təhlükəsizliyə də zərbə vurur.Qeyd edək ki, dekabrın 17-də Avropa Parlamenti Misirdə insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edib və bu ölkədə hüquq müdafiəçiləri, ictimai xadimlər və jurnalistlərin həbslərini və təqib olunmasını pisləyib.

Dekabr 19, 2020 8:06

Rusiya Federal Vergi Xidmətinin proqnozuna əsasən…

Rusiya Federal Vergi Xidməti (FVX) cari ilin yekunları üzrə fiziki şəxslərin gəlir vergisində 2019-cu ilin göstəriciləri ilə müqayisədə 5-6 faiz artım olacağını proqnozlaşdırır.Azərtac xarici saytlara istinadla xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar hökm sürən böhran şəraitində vergi yığımında artıma nail olunmasını FVX əmək bazarının “ağardılması” və dövlətin “ağ biznesi” pandemiya dövründə dəstəkləməsi istiqamətində görülən tədbirlərlə əlaqələndirir.Fiziki şəxslərin gəlir vergisində artım, həm də nominal əməkhaqqının artım göstəricisidir.Rusiyada aparılmış sosial sorğunun yekunlarına əsasən, məşğul əhalinin 28 faizi “kölgə sektoru”nda çalışır və onlar dövlət dəstəyindən faydalana bilməyiblər. Rəyi soruşulanların yarıdan çoxu il ərzində maddi vəziyyətinin pisləşdiyini bildirib.xeber100.com

Dekabr 16, 2020 1:21

Böyük Britaniyada yeni atom elektrik stansiyası inşa ediləcək

Böyük Britaniyada yeni atom elektrik stansiyası (AES) inşa ediləcək.Azərtac xəbər verir ki, Fransanın “EDF” enerji şirkəti ilə Sufolk bölgəsində 20 milyard funt sterlinq dəyərində yeni “Sayzvel C” adlı AES-in tikilməsi üçün danışıqlara başlanılıb.Stansiyanın 3,2 milyard giqavat elektrik enerjisi istehsal etməsi planlaşdırılır ki, bu da ölkənin enerji ehtiyacının 7 faizinə cavab verir. Bu baş verərsə, “Sayzvel C” ən çox elektrik enerjisi istehsal edən AES olacaq.Britaniya hökuməti, layihənin tikinti və istismar proseslərində minlərlə yeni iş yerinin yaradılacağını açıqlayıb.xeber100.com

Dekabr 15, 2020 7:18

Türkiyə Böyük Millət Məclisi etiraz bəyanatı yayıb

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (ÇHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya ABŞ-ın Türkiyəyə qarşı ədalətsiz sanksiyası ilə əlaqədar etiraz bəyanatı yayıblar.Azərtac xəbər verir ki, dörd partiyanın qəbul etdiyi bəyanatda ABŞ tərəfinə bu yanlış və təhlükəli qərardan çəkinməyə çağırış edilir.xeber100.com

Dekabr 15, 2020 7:16

Almaniya və Fransanın İrandakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniya və Fransanın İrandakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb və onlara etiraz notası təqdim olunub. Buna səbəb həmin dövlətlərin İranın casusluqda ittiham etdiyi Ruhulla Zamın edamının əleyhinə çıxaraq bəyanat yayıb insan hüquqlarının pozulduğunu bildirməlidir.Nazirliyin məlumatına görə, səfirlərin diqqətinə çatdırılıb ki, Almaniya və Fransa İranın daxili işlərinə qarışmağa son qoymalı və insan hüquqlarından sui-istifadə etməməlidirlər.Qeyd edək ki, xaricdə yaşamış R. Zam uzun müddət İran əleyhinə əsassız təbliğat və xüsusi xidmət orqanları ilə İran əleyhinə əməkdaşlıqda ittiham edilərək edam olunub. O, İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən xaricdə həbs edilərək İrana gətirilmişdi.xeber100.com

Dekabr 14, 2020 1:58

“Samsung” şirkəti “Galaxy M12” smartfonunu hazırlayır

“Samsung” şirkəti uzun müddət avtonom işləyə biləcək yeni “Galaxy M12” smartfonunu hazırlayır.Azərtac xarici saytlara istinadla xəbər verir ki, orta qiymət seqmentinə aid olan smartfon “Exynos 850” prosessoru, aparatın standart versiyası isə 3 GB əməli yaddaşla təchiz ediləcək. “Geekbench 5” məhsuldarlıq testində “Galaxy M12” aparatı birnüvəli testdə 178, çoxnüvəli testdə isə 1025 bal toplayıb. “HD+” təsvir ölçülü ekranın diaqonalı 6,5 düym təşkil edəcək. Telefonda “iPhone 12” stilində tərtib edilmiş kvadrokamera reallaşdırılacaq. “Samsung Galaxy M12” aparatı 7000 milliamper/saat tutumlu batareya ilə təchiz ediləcək. Enerjidoldurma “Type-C” portu vasitəsilə reallaşdırılacaq.Sözügedən smartfonun 2021-ci ilin əvvəlində satışa çıxarılması gözlənilir.xeber100.com

Dekabr 14, 2020 1:52
    Page 37 of 299« First«...102030...3536373839...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az