23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Apple” şirkəti məhsullarının növbəti təqdimat gününü elan edib

“Apple” şirkəti məhsullarının növbəti təqdimatının sentyabrın 15-də baş tutacağını elan edib.Azərtac xəbər verir ki, mərasimdə 4 ədəd yeni “iPhone 12” modelinin, “Apple Watch”un və “iPad” modelinin təqdim olunacağı təxmin edilir. Bildirilir ki, şirkət 5.4 düym, 6.1 düym (iki model) və 6.7 düym ekranlara sahib “iPhone 12” modellərini təqdim etməlidir. Məlumata əsasən, istifadəçiləri tamamilə yeni dizayn gözləyir.Bununla yanaşı, ehtimal olunur ki, “Pro” və “Pro Max” modellərinin arxa panellərindəki kameraların yanında “LiDAR” skaneri də olacaq.xeber100.com

Sentyabr 10, 2020 3:38

Böyük Britaniyada qaydalar yenidən sərtləşdirilir

Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün qaydalar yenidən sərtləşdirilir.Hökumət tərəfindən qəbul edilən yeni qərara görə bazar ertəsindən etibarən 6 nəfərdən artıq insanın bir yerə toplaşması qadağan olunub.Nazirlər Kabinetindən edilən açıqlamada toplaşma qadağasının həm qapalı, həm də açıq məkanları əhatə etdiyi bildirilib.Qaydaya tabe olmayanlar 100 funt sterlinq məbləğində cəzalandırılacaq. Qanun pozuntusu təkrarlanarsa, cərimə əvvəlki ilə müqayisədə iki dəfə artırılacaq.Qadağa bütün yaş qruplarını, ictimai yerləri, pub və restoranlar kimi yerləri əhatə edir.xeber100.com

Sentyabr 9, 2020 11:59

Koronavirusla əlaqədar müəyyən edilmiş karantin müddəti azaldılıb

Gürcüstanda koronavirusla əlaqədar müəyyən edilmiş karantin müddəti 14 gündən 8 günədək azaldılıb.Azərtac xəbər verir ki, bu barədə qərar Gürcüstanın Səhiyyə Nazirliyi tərəfindən qəbul edilib. Gürcüstan Dövlət Qurumlararası Koordinasiya Şurası qərarı dəstəkləyib.Qərara əsasən, karantin və ya özünütəcrid rejimində olan şəxsin 8 gündən sonra verəcəyi test neqativ çıxarsa, o, karantin zonasını 9-cu gündə tərk edəcək və 12-ci gündə təkrar test verməli olacaq.Qeyd edək ki, Gürcüstanda karantin müddəti 14 gün olub və hökumətin qərarı ilə avqustun 13-də 12 günədək azaldılıb.xeber100.com

Sentyabr 8, 2020 9:19

Daşınmaz əmlakın qiymətlərində stabillik müşahidə olunur

Macarıstan daşınmaz əmlaka qoyulan qiymətlərin dəyişməsi üzrə Avropa İttifaqına üzv 27 ölkə arasında sonuncu yeri tutur.Azərtac xəbər verir ki, bu barədə Macarıstanın “Budapest Business Journal” (BBJ) işgüzar qəzeti bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə Macarıstanda daşınmaz əmlak qiymətləri 5,4 faiz aşağı düşüb. Bununla yanaşı, bütün Avropa İttifaqı məkanında kifayət qədər fərqli mənzərə müşahidə olunur. İş orasındadır ki, bu il ölkələrin əksəriyyətində qiymətlərin dəyişən artımı nəzərə çarpır.İllik hesablamada 12,3 faiz göstərici ilə Lüksemburq birincidir. Estoniyada isə ötən ilin analoji dövrü ilə müqayisədə evlərin qiyməti orta hesabla 10 faiz artıb. Macarıstandan başqa qiymətlərin aşağı düşdüyü yeganə ölkə İrlandiyadır.xeber100.com

Sentyabr 7, 2020 3:39

Pakistan mətbuatının məlumatına görə…

Son sutka ərzində Pakistanda COVID-19 infeksiyasına 513 nəfər yoluxub və xəstələrin sayı 298 min 25 nəfərə çatıb.Pakistan mətbuatı xəbər verir ki, son 24 saatda bu xəstəlikdən daha 5 nəfər ölüb. Ümumilikdə, pandemiya yayılandan bəri 6 min 349 nəfər infeksiya səbəbindən dünyasını dəyişib. Xəstəxanalarda 9 min 132 nəfər müalicə olunur, onlardan 535-nin vəziyyəti ağırdır.İndiyədək virusdan 282 min 553 nəfər sağalıb.xeber100.com

Sentyabr 6, 2020 3:01

Sentyabrın 6-da İndoneziya sahillərində güclü zəlzələ olub

Sentyabrın 6-da İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentrinin Ternate şəhərindən 132 kilometr şimal-şərqdə, ocağının isə 26,6 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.xeber100.com  

Sentyabr 6, 2020 2:57

Rumıniyada parlament seçkiləri keçiriləcək

Rumıniyada dekabrın 6-da parlament seçkiləri keçiriləcək. Bu barədə ölkənin Baş Naziri Lüdovik Orban məlumat verib.O qeyd edib ki, koronavirusla bağlı olan risklərə baxmayaraq, seçkilərin keçirilməsi gözlənilir və ölkə qanunvericiliyinə əsasən ən uyğun vaxt dekabrın 6-dır.Analitiklərin fikrincə, hazırkı Baş Nazir Lüdovik Orbanın başçılıq etdiyi Milli Liberal Partiyası (PNL) parlament seçkilərində qalib gələcək.Qeyd edək ki, koronavirus epidemiyası ilə üzləşmiş Rumıniyanın iqtisadiyyatı 12,3 faiz azalıb. Hökumətin yeni ildə qarşısına qoyduğu vəzifələrdən ən əsası məhz iqtisadi vəziyyəti yaxşılaşdırmaq olacaq.xeber100.com

Sentyabr 5, 2020 8:42

Koronavirusla əlaqədar yeni məhdudiyyətlər tətbiq olunacaq

Budapeşt koronavirus pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlərin tətbiq olunmasını elan edib. Azərtac xəbər verir ki, Baş Nazirin dəftərxana ofisinin rəhbəri Gergey Quyaş bunun “Avropada ikinci koronavirus dalğasının güclənməsi” ilə əlaqədar olduğunu söyləyib. Onun sözlərinə görə, hətta bugünkü COVID-19-a yoluxanların nisbətən yüksək rəqəmləri hələ o dərəcədə həyəcanverici sayıla bilməz, çünki epidemiya yayılmaqda davam edir. Koronavirus infeksiyası daha çox xaricdən yayılır və ən böyük risk onun iqtisadiyyat, iş yerləri və tədris ilinin başlanması üçün yaratdığı təhlükədir.Gergey Quyaş bildirib ki, operativ qrup, həmçinin sərhəd keçidinə dair tövsiyələrini verib. Macarıstan pandemiyanın birinci dalğasında tətbiq olunmuş qaydalarına qayıdır. Bu aydan etibarən əcnəbilər Macarıstana yalnız “zəruri hallarda” daxil ola biləcək. Xaricdən gələn Macarıstan vətəndaşları üçün 14 günlük ev karantini və ya iki mənfi koronavirus testi məcburi olacaq.xeber100.com

Sentyabr 4, 2020 2:07

Fransa iqtisadi dirçəlişi təmin etmək məqsədilə yardım ayıracaq

COVID-19 pandemiyasının təsiri nəticəsində yaranmış tənəzzüldən çıxmaq üçün Fransa iqtisadi dirçəlişi təmin etmək məqsədilə 100 milyard avro yardım ayıracaq.Azərtac xəbər verir ki, bu haqda Fransanın Baş naziri Jan Kasteks Nazirlər Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.J.Kasteks bildirib ki, bu, Avropa ölkələri arasında ən böyük iqtisadi bərpa planıdır. Planın üç əsas istiqamətdə reallaşdırılacağı qeyd edilib. Belə ki, yardımın 30 milyard avrosu ekoloji keçid, 35 milyard avroluq hissəsi müəssisələrin dəstəklənməsi, 35 milyard avro isə sosial və ərazi birliyinin möhkəmləndirilməsinə ayrılacaq.İqtisadi bərpa planının əsas məqsədi 2022-ci ilədək ölkənin sanitar böhrandan əvvəlki cəlbedicilik səviyyəsini bərpa etmək, eləcə də 2021-ci ilədək 160 min yeni iş yerinin açılmasına nail olmaqdır.xeber100.com

Sentyabr 3, 2020 8:18

Ukraynanın Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən

Ukraynanın Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Ukrayna MDB-nin daha üç sazişində, xüsusilə, Baytarlıq sahəsində, təşkilata üzvü olan dövlətlərin ərazilərinin sanitar mühafizəsi sahəsində əməkdaşlıq haqqında və Bitki Karantini üzrə Koordinasiya Şurasının yaradılması barədə sazişlərdə iştirakını dayandırıb.Azərtac xəbər verir ki, bu qərar hökumətin sentyabrın 2-si keçirilmiş iclasında qəbul edilib.Xatırladaq ki, avqust ayında Ukrayna MDB çərçivəsində yeddi beynəlxalq sazişdən çıxıb.xeber100.com

Sentyabr 2, 2020 10:28
    Page 42 of 299« First«...102030...4041424344...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az