05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

ABŞ-ın bütün ştatında iqtisadi fəaliyyət bərpa edilib

ABŞ-ın bütün 50 ştatında koronavirus pandemiyası səbəbindən dayandırılmış iqtisadi fəaliyyət qismən bərpa edilib.Azərtac Amerika KİV-lərinə istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Ağ Ev administrasiyası üzvlərinin iclasında bildirib.Prezident Donald Trampın administrasiyası aprelin ortalarında antivirus məhdudiyyətlərinin ləğvinə dair üçmərhələli plan təqdim etmişdi. Həmin plana əsasən, müddəti qubernatorlar özləri epidemioloji vəziyyətdən asılı olaraq sərbəst şəkildə müəyyən etməlidirlər.Amerikanın Cons Hopkins İnstitutunun məlumatına görə, hazırda ABŞ-da koronavirusa 1,5 milyon yoluxma halı aşkarlanıb, 91 mindən çox insan həyatını itirib, 283 mindən artıq xəstə sağalıb.xeber100.com

May 21, 2020 10:40

“ANA Cargo” şirkəti birbaşa reyslərin icrasına başlayıb

Çinin koronavirusdan zərərçəkmiş Uxan şəhərində zavodların fəaliyyəti bərpa edildikdən sonra buradan Tokionun yaxınlığında yerləşən “Narita” aeroportuna ilk yük təyyarəsinin uçuşu həyata keçirilib.Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Çində koronavirus epidemiyasının mərkəzi hesab edilən Uxan şəhəri iki aydan çox bir müddət ərzində qapalı vəziyyətdə qalıb. Burada zavodların fəaliyyəti aprelin 8-də, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bərpa olunub.“All Nippon Airways” şirkətinin filialı olan “ANA Cargo” mayın 19-dan “Narita” ilə Uxan arasında birbaşa qeyri-müntəzəm yük reyslərinin icrasına başlamaq qərarına gəlib. Göyərtəsində 20 ton müxtəliflər yük – tibbi maskalar, avtomobillər üçün ehtiyat hissələri və digər elektron komponentlər olan ilk təyyarə dünən axşam saatlarında “Narita” aeroportuna enib.Bu reyslərin Uxan ilə Şanxay arasında yük daşımalarında yaranmış qarışıqlığı aradan qaldırmağa yardım edəcəyi gözlənilir.“ANA Cargo”nun icraçı direktoru Katsube Akio bildirib ki, şirkət ehtiyac duyulduğu təqdirdə reysləri davam etdirməyə hazırdır.

May 20, 2020 9:49

19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramıdır

Türkiyədə 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramıdır. Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən kütləvi tədbirlərin ləğv olunmasına baxmayaraq, küçə və meydanlar bayramsayağı bəzədilib. Ölkə üzrə ümumi tətil elan olunub.Azərtac xəbər verir ki, bayram münasibətilə Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlunun rəhbərliyi ilə nümayəndə heyəti Anıtqəbirə gələrək Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Anıtqəbir önünə əklil qoyulub, Türkiyənin dövlət himni ifa edilib, xatirə dəftərinə ürək sözləri yazılıb.Qeyd edək ki, bu gün 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə yerli vaxtla saat 19:19-da ölkənin bütün stadionlarında Türkiyə Respublikasının dövlət himni – “İstiqlal marşı” səsləndiriləcək.xeber100.com

May 19, 2020 2:08

Yaponiyada 5,3 bal gücündə iki zəlzələ baş verib

Mayın 19-da Yaponiyanın həm şərqində, həm də qərbində 5,3 bal gücündə iki zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.Bildirilir ki, yerli vaxtla gecə saat 00:17 dəqiqədə qeydə alınan ilk yeraltı təkanların episentri Fukuşima prefekturasının Sakit okean sahillərində, ocağı 50 kilometr dərinlikdə yerləşib.Bundan təqribən bir saat sonra baş verən ikinci zəlzələ isə Qifu prefekturasının qərb hissəsində qeydə alınıb. Bu zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.Hər iki zəlzələ nəticəsində dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.xeber100.com  

May 19, 2020 2:04

“Czech Airlines” aviakompaniyasının beynəlxalq reysləri bərpa edilib

“Czech Airlines” aviakompaniyası koronavirus pandemiyası səbəbindən dayandırılan bir sıra beynəlxalq reysləri mayın 18-dən bərpa edib.Çexiya KİV-ləri xəbər verir ki, bu barədə jurnalistlərə milli aviadaşıyıcının rəsmi nümayəndəsi Vladimira Dufkova deyib.“Mayın 18-dən etibarən Praqanı Paris, Amsterdam və Frankfurt-Mayn şəhərləri ilə birləşdirən müntəzəm uçuşlar bərpa olunur. “Czech Airlines” mayın 21-dən Stokholma, mayın 24-dən Kiyevə, mayın 25-dən isə Odessa və Buxarestə uçuşlara başlayacaq”, - deyə Vladimira Dufkova bildirib. Onun sözlərinə görə, sərnişinlər və ekipaj üzvləri bütün uçuş müddəti ərzində tibbi maskada olmalı, eniş vaxtı və təyyarəni tərk edən zaman iki metrlik sosial distansiyanı saxlamalıdır.İlk reyslər zamanı təyyarələr yarıboş uçacaq. Pandemiya səbəbindən ölkələr arasında hərəkətə qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra aviadaşımaların dirçələcəyi gözlənilir.xeber100.com

May 18, 2020 11:51

İranda orta ümumtəhsil məktəblərində tədris prosesi bərpa olunub

Bu gün İranda orta ümumtəhsil məktəblərində tədris prosesi bərpa olunub.Azərtac xəbər verir ki, koronavirus pandemiyası səbəbindən bağlanmış orta ümumtəhsil məktəbləri mayın 16-dan başlayaraq fəaliyyətlərini davam etdirir. İranın Təhsil Nazirliyinin verdiyi məlumata görə, valideynlər uşaqlarını məktəbə buraxmaqda sərbəstdirlər.Bununla yanaşı, bir sıra vacib qaydalara əməl olunmalıdır. Tədris prosesində müəllim və şagirdlər mütləq tibbi maskadan istifadə etməli və şagirdlər sinifdə sosial məsafə saxlamaqla əyləşdirilməlidir. Eyni zamanda, hər sinifdə əllərin dezinfeksiya edilməsi üçün spirt və s. olmalıdır. Bu qaydalara riayət etməyən məktəblərin rəhbərləri cəzalandırılacaq.xeber100.com

May 16, 2020 10:27

Sloveniya hökuməti epidemiyanın sona çatdığını elan edib

Sloveniya hökumətinin telefonla keçirilən iclası zamanı ölkədə COVID-19 epidemiyasının sona çatdığı elan edilib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Nazirlər Kabineti buna əsas olaraq infeksiyanın yayılma göstəricilərinin aşağı düşdüyünü göstərib.Sloveniya İctimai Sağlamlıq İnstitutunun son məlumatına görə, pandemiyanın əvvəlindən bəri 66 mindən çox test aparılıb, ümumilikdə 1465 yoluxma halı aşkarlanıb, 103 nəfər həyatını itirib. Son günlər ərzində cəmi bir nəfərdə koronavirus diaqnozu təsdiqlənib.Hökumət Avstriya, İtaliya və Macarıstanla sərhədlərin açılmasının mümkünlüyü, habelə müdafiə tədbirlərinə əməl olunması şərti ilə aeroportların işinin bərpa edilməsi barədə qərar qəbul edib. Mayın 18-dən ölkədə bütün ticarət obyektlərinin, kafe və restoranların, otellərin açılması planlaşdırılır.xeber100.com

May 15, 2020 11:48

İsveçrə iyunun 15-də sərhədləri tam açmaq niyyətindədir

İsveçrə iyunun 15-də Fransa, Almaniya və Avstriya ilə sərhədləri tam açmaq niyyətindədir.Azərtac İsveçrə Federal Şurasının (hökumətin) saytında yerləşdirilmiş məlumata istinadla xəbər verir ki, sərhədlər epidemioloji şəraitin imkan verdiyi təqdirdə açılacaq. Müvafiq qərar İsveçrə ilə qonşu olan üç ölkənin Daxili İşlər nazirlərinin danışıqlarında qəbul olunub.Hazırda Fransa, Almaniya və Avstriya COVID-19 pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının bənzər mərhələsini yaşayır. Sərhədlərin açılması barədə yekun qərar Federal Şuranın mayın 27-də keçiriləcək iclasında qəbul ediləcək.Mayın 11-dən İsveçrədə epidemiyanın qarşısının alınması məqsədilə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasının ikinci fazası başlayıb. Ölkədə bütün mağazalar açılıb, restoranlar və barlar bir sıra məhdudiyyətlər şərti ilə fəaliyyətini bərpa edib, İsveçrəyə Avropa İttifaqından gəliş qadağası qismən götürülüb. Vəziyyət sabitləşəcəyi təqdirdə iyunun 8-ə üçüncü mərhələyə keçid planlaşdırılır.

May 14, 2020 10:12

Yaponiya hökuməti fövqəladə vəziyyət barədə qərar qəbul edəcək

Bu gün Yaponiya hökuməti ölkənin 47 prefekturasından 39-da koronavirus pandemiyasına görə tətbiq edilən fövqəladə vəziyyət rejiminin aradan qaldırılması barədə qərar qəbul edəcək.Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu, aprelin 7-dən tətbiq edilən məhdudiyyətlərin ilk yumşaldılması olacaq. Bildirilir ki, hökumət ilkin olaraq vəziyyətin daha sabit olduğu 34 prefekturada fövqəladə vəziyyət rejimini aradan qaldırmağı planlaşdırırdı. Lakin sonradan bu siyahıya “xüsusi diqqət tələb edən” statusuna malik daha beş prefekturanın əlavə olunması qərara alınıb. Yumşaldılmanın əsasən sənaye müəssisələrinin yerləşdiyi mərkəzi Aiçi, qərbi Kioto və cənub-qərbi Fukuoka prefekturalarını əhatə etməsi nəzərdə tutulur.Bununla yanaşı, fövqəladə vəziyyət rejiminin Tokio və ona yaxın Kanaqava, Saytama və Çiba prefekturalarında davam etdiriləcəyi bildirilir. Məhdudlaşdırıcı tədbirlər, həmçinin Kioto, Osaka, Hyoqo və Hokkaydo prefekturalarını da əhatə edəcək.Fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı hökumət tərəfindən qərar mütəxəssislərin rəyi nəzərə alınaraq qəbul ediləcək.xeber100.com

May 14, 2020 10:08

Avstriyada avtomobil satışı bazarında böhran yaranıb

Koronavirus pandemiyası ilə əlaqədar Avstriyada avtomobil satışı bazarında böhran yaranıb.Azərtac Avstriya Statistika İdarəsinə istinadla xəbər verir ki, ötən ay Avstriyada keçən ilin apreli ilə müqayisədə 64,9 faiz az, yəni cəmi 11 min 220 minik avtomobili dövlət qeydiyyatından keçib. İdarənin məlumatına əsasən, benzin mühərriki ilə çalışan yeni avtomobillərin qeydiyyatı 71 faiz, dizel mühərriki ilə çalışan avtomobillərdə isə 63, 8 faiz azalıb. Elektrik mühərriki ilə çalışan avtomobillərdə vəziyyət nisbətən yaxşı (23,1 faiz geriləmə) olub.Yük maşınlarının satışında da geriləmə müşahidə olunduğu aprel ayında yeganə artım kənd və meşə təsərrüfatı maşınlarında qeydə alınıb. Statistika İdarəsinin hesabatına əsasən, apreldə 19 min 950 nəqliyyat vasitəsi (ötən ilin aprel ayı ilə müqayisədə 56,6 faiz az) qeydiyyata alınıb.Qeyd edilməlidir ki, ölkədə ən çox satılan ilk on avtomobil markasının hər biri ötən ay ciddi satış itkisi ilə üzləşib: Skoda (-44,7 faiz), Renault (-51,4 faiz), Audi (-56,7 faiz), Mercedes (-57,6 faiz), BMW (-57,7 faiz), Peugeot (-62,3 faiz), VW (-66,6 faiz), Kia (-67,2 faiz), Ford (-67,5 faiz) və Seat (-74,0 faiz). Bu göstəricilər isə öz növbəsində avtomobil istehsalı sənayesində böhranı qaçılmaz edə bilər.xeber100.com

May 13, 2020 10:17
    Page 51 of 299« First«...102030...4950515253...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az