30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

ABŞ-da keçiriləcək prezident seçkilərində

“Facebook” kompaniyası ABŞ-da keçiriləcək prezident seçkilərində səsvermə üzrə informasiya mərkəzi yaradacağını elan edib.Kompaniyanın məlumatında deyilir. “Biz milyonlarla insana səsvermə prosesi barədə düzgün məlumat təqdim edəcək, həmçinin seçici qismində qeydiyyatdan keçməyə və səs verməyə yardımçı olacaq yeni informasiya mərkəzi yaradırıq”, - deyə bəyanatda qeyd edilir.Azərtac kompaniyanın bəyanatına istinadla xəbər verir ki, layihənin məqsədi ABŞ-da noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində “Facebook” və “Instagram” sosial şəbəkələrindən istifadə edən 4 milyona yaxın amerikalıya seçici qismində qeydiyyatdan keçməyə yardımçı olmaqdır. Bəyanatda bir çox ştatın seçki prosesinə dəyişikliklər etdiyi pandemiya şəraitində səsvermə barədə informasiyanın daha vacib olduğu vurğulanır.Qeyd edək ki, “Facebook” rəhbərliyi son illər ABŞ hakimiyyəti və Amerika ictimaiyyəti tərəfindən sərt tənqidə məruz qalır. Kompaniyanın administrasiyası əsasən zərərli informasiyanın yayılmasına qarşı tədbirlər görməməkdə ittiham olunur. Həmçinin onun sosial şəbəkə vasitəsilə 2016-cı ildə ABŞ-da keçirilən seçkiöncəsi mübarizəyə təsir göstərildiyi iddia edilir.xeber100.com

İyun 17, 2020 1:42

Sərnişin qatarlarının hərəkəti bərpa olunub

Gürcüstanda sərnişin qatarlarının hərəkəti iyunun 15-dən bərpa olunub.Azərtac xəbər verir ki, "Gürcüstan Dəmir Yolları" Səhmdar Cəmiyyəti iyunun 10-dan bilet satışına başlayıb.Sərnişin qatarları Tbilisi-Batumi, Tbilisi-Ozurqeti, Tbilisi-Poti, Tbilisi-Zuqdidi və Tbilisi-Kutaisi marşrutlarında günorta saatlarında hərəkət edəcək. Biletlərin qiyməti dəyişməyib.Sərnişinlər qatara daxil olmazdan əvvəl termovizordan keçəcək və əllərini dezinfeksiya edəcəklər. Bütün vaqonlarda dezinfeksiya maddələri olacaq. Sərnişinlər vaqonlarda yenə yanaşı oturacaqlar. Ancaq artıq sərnişinlərin vaqonlarda maskasız olmasına icazə verilməyəcək. Səfər ərzində maska çıxarılmamalıdır. Sərnişinlərə qatarda qəzet, kitab və jurnal paylanması, qulaqcıq verilməsi qadağan edilib.Biletləri ancaq mobil tətbiqlər vasitəsilə əldə etmək mümkündür.Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda qatarla sərnişin daşınması martın 31-dən qadağan edilib.Gürcüstanda şəhərlərarası avtobus səfərlərinə iyunun 8-dən icazə verilib.xeber100.com

İyun 15, 2020 11:03

COVID-19 məhdudiyyətlərinin bir qismi ləğv ediləcək

İyunun 15-dən etibarən Avstriyada COVID-19 məhdudiyyətlərinin bir qismi ləğv ediləcək.Azərtac xəbər verir ki, həmin tarixdən etibarən ticarət obyektlərində, kafe və restoranlarda, eləcə də otellərdə tibbi maskalardan istifadə öhdəliyi aradan qaldırılacaq. İctimai nəqliyyat, səhiyyə obyektləri və apteklərdə, eləcə də sosial məsafənin saxlanması mümkün olmayan yerlərdə (bərbərxana və gözəllik salonları) bu öhdəlik qüvvədə qalacaq. Qastronomiya obyektlərində müştərilər tibbi maskadan azad olsalar da, şəxsi heyət maskadan istifadəni davam etdirməlidir. Eyni zamanda, kafe və restoranların iş saatı da 23:00-dan 01:00-dək uzadılıb.Avstriya Federal Səhiyyə Nazirliyindən bildirilib ki, eyni evdə yaşamayan insanların bundan sonra da aralarında bir metrlik məsafə saxlaması tövsiyə olunur.xeber100.com

İyun 14, 2020 7:56

Gözlənilən leysan və daşqınlarla əlaqədar xəbərdarlıq

Çinin bir neçə vilayətində leysan, daşqın və sel təhlükəsi ilə əlaqədar əhali növbəti dəfə xəbərdar edilib.Azərtac xəbər verir ki, Çinin Milli Meteorologiya Departamenti Hubey, Hunan, Ciansi, Cıcian, Fucien, Quycou və Heyloncian vilayətlərində, Çunçin şəhərində və Quansi Cuan muxtar bölgəsində şiddətli yağışların iyunun 11-də də davam edəcəyini proqnozlaşdırıb. Həmin bölgələrdə sel və daşqınların olacağı güman edilir. Səlahiyyətli qurumlara vəziyyətə hazır olmaq göstərişi verilib.Qeyd edək ki, Çinin mərkəzi, cənub və şərq bölgələrində iyunun ilk günlərindən güclü yağışlar müşahidə olunur. Yağıntı bəzi yerlərdə sel, daşqın, torpaq sürüşməsi və palçıq axını əmələ gətirib. Binalara, yollara, kommunikasiya xətlərinə ziyan dəyib, əkin sahələrini su basıb. Təbii fəlakət nəticəsində 20-dən çox sakin ölüb və ya itkin düşüb. Ümumilikdə, 2 milyon 630 min nəfər təbii fəlakətdən zərər görüb.xeber100.com

İyun 11, 2020 10:10

“Türk Hava Yolları” beynəlxalq aviareysləri təxirə salıb

“Türk Hava Yolları” (THY) aviaşirkətinin bu gün yenidən başlaması planlaşdırılan beynəlxalq aviareysləri təxirə salınıb.Azərtac xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilib ki, aviareyslərin başlaması üçün həm Türkiyə, həm də səfər ediləcək ölkələrin Mülki Aviasiya idarələrindən lazımi icazələrin hələ də alınmaması uçuşların bərpasını gecikdirir.Xatırladaq ki, iyunun 4-də Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun verdiyi məlumata əsasən, iyun ayından etibarən mərhələli şəkildə Türkiyədən 40 ölkəyə aviareyslərin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar artıq 15 ölkə ilə razılıq əldə olunub. İlk beynəlxalq aviareyslərin isə iyunun 10-da Şimali Kipr Türk Cümhuriyyəti, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacağı gözlənilirdi. Türkiyədə ölkədaxili uçuşlar iyunun 1-dən etibarən mərhələli şəkildə bərpa olunub.Qeyd edək ki, THY yeni növ koronavirus səbəbindən beynəlxalq uçuşları bu il martın 28-dən dayandırıb.xeber100.com

İyun 10, 2020 2:16

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə…

Dünyada koronavirusa yoluxanların sayı 6,7 milyon nəfərə çatıb.Azərtac xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 137 minə yaxın yoluxma qeydə alınıb. Bununla yanaşı, pandemiya qurbanlarının ümumi sayı 400 mini ötüb.“Son sutkada dünyada koronavirusa 136 409 yoluxma qeydə alınıb, 4586 nəfər ölüb. Bununla da dünyada koronavirusa yoluxanların sayı 6 799 713 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 397 388 nəfər təşkil edir”, - deyə təşkilatın xəbərində bildirilir.Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 3 234 875 nəfərdə təhlükəli virus aşkarlanıb.Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.xeber100.com

İyun 7, 2020 3:23

Bəzi bölgələrdə karantin rejimi gücləndiriləcək

Qazaxıstanda bəzi bölgələrdə karantin rejimi gücləndiriləcək.Qazaxıstan Səhiyyə naziri Yeljan Birtanov qeyd edib ki, bəzi regionlarda karantin tədbirlərinin yüngülləşdirilməsi koronavirusa yoluxma hallarının artmasına gətirib çıxarıb.Azərtac xəbər verir ki, bununla əlaqədar Qərbi Qazaxıstan, Qızılorda, Mangistau vilayətlərinin rəhbərliyinə sanitariya-epidemioloji tələblərə əməl olunmasına dair nəzarətin gücləndirilməsi, o cümlədən məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi tapşırılıb.Son məlumatlara görə, pandemiya dövründə üç vilayətdə, Qərbi Qazaxıstanda-754, Qızılorda-449, Manqistauda–308 koronavirus hadisəsi qeydə alınıb.Qeyd edək ki, ölkədə ümumilikdə yeni növ koronavirusa yoluxanların sayı 12067-yə çatıb, 6240 nəfər sağalıb, 48 nəfər isə həyatını itirib.xeber100.com

İyun 4, 2020 2:43

Belarus Prezidenti ölkənin yeni hökumətini formalaşdırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin yeni hökumətini formalaşdırıb.BELTA xəbər verir ki, ölkə Prezidentinin sərəncamı ilə Roman Qolovçenko Belarusun yeni Baş Naziri təyin olunub. Buna qədər o Belarus Hərbi Sənaye Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.Bundan başqa İvan Tertel Dövlət Nəzarəti Komitəsinin sədri, Nikolay Snopkov Baş Nazirin Birinci müavini, Aleksandr Subotin Baş Nazirin müavini, Ruslan Parxomoviç Tikinti və Arxitektura naziri, İqor Lutski İnformasiya naziri, Petr Parxomçik Sənaye naziri, Yuriy Seliverstov Maliyyə naziri, Dmitriy Matusoviç Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri, Dmitriy Pantus Belarus Hərbi Sənaye Dövlət Komitəsinin sədri, Andey Xmel Yaşayış Kommunal Təsərrüfatı naziri, Dmitriy Krutoy Prezident Administrasiyasının rəhbərinin müavini təyin edilib.xeber100.com  

İyun 4, 2020 2:40

Macarıstan hökuməti sərhədlərin açılmasına qərar verib

Macarıstan sərhədlərin açılmasına hazırlaşır.Azərtac xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər Nazirliyinin başçısı Peter Siyyarto özünün “Facebook” səhifəsində birbaşa yayımda bəyan edib. Siyyartonun sözlərinə görə, o, sərhəd məhdudiyyətlərinin yumşaldılması məsələsini avstriyalı, çexiyalı və slovakiyalı həmkarları ilə müzakirə edib.Nazir qeyd edib ki, bu ölkələr regionda bir-biri ilə çox sıx bağlıdır. Dörd ölkənin sərhədyanı bölgələrində dərin humanitar və fəal iqtisadi əlaqələr formalaşıb.Xatırladaq ki, Avstriya regionda Macarıstanın əsas ticarət tərəfdaşıdır, Slovakiya isə bu baxımdan üçüncüdür.Peter Siyyarto bəyan edib ki, dörd ölkə iyunun 15-ni öz ölkələrində məhdudiyyətlərin götürülməsinə başlanması tarixi kimi müəyyən ediblər.

İyun 3, 2020 3:01

“Türk Hava Yolları” aviaşirkəti beynəlxalq aviareysləri bərpa edir

“Türk Hava Yolları” aviaşirkəti iyunun 18-dən etibarən beynəlxalq aviareysləri bərpa edir.Azərtac xəbər verir ki, bu barədə şirkətin media müşaviri Yahya Üstün sosial media hesabı vasitəsilə açıqlama yayıb.Aviareyslərin bərpası nəticəsində iyunun 18-dən etibarən Avropanın 16 şəhərindən Anadolunun 14 bölgəsinə uçuşlar həyata keçiriləcək.xeber100.com

İyun 2, 2020 1:15
    Page 51 of 301« First«...102030...4950515253...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az