İsveçrə Federal Şurası muzeylərin açılmasına icazə verib

İsveçrə Federal Şurası (hökumət) koronavirusla bağlı məhdudiyyətlərin yüngülləşdirilməsi üzrə ikinci mərhələnin başladığı gün - mayın 11-dən etibarən restoran, muzey və kitabxanaların açılmasına icazə verib.Azərtac RTS telekanalına istinadla xəbər verir ki, bu barədə hökumətin Berndə dərc edilən qərarında deyilir.Məhdudiyyətlərin tədricən ləğv edilməsi planına uyğun olaraq mayın 11-dən orta məktəblərdə məşğələlərin bərpa olunacağı və mağazaların açılacağı nəzərdə tutulurdu. Lakin aprelin 29-da Federal Şura koronavirusdan müdafiə tədbirlərini əlavə olaraq yüngülləşdirmək qərarına gəlib.İsveçrədə pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasının birinci mərhələsi aprelin 27-də başlayıb. Ölkədə stomatoloji, psixoterapevt və baytarlıq klinikaları, həmçinin gözəllik salonları, kənd təsərrüfatı və tikinti materialları mağazaları açılıb, xəstəxanalarda təxirə salınmış əməliyyatlar bərpa olunub. Mayın 11-də başlayacaq ikinci mərhələdə orta məktəblər və digər bütün mağazalar, iyunun 8-dən isə texniki peşə və ali məktəblər fəaliyyətlərini bərpa edəcək.Məhdudiyyətlərin yumşaldılması İsveçrədə virusa yoluxma hallarının kəskin azalması ilə əlaqədardır. Martın sonları – aprelin əvvəllərində hər gün mindən çox yoluxma halı qeydə alınırdısa, aprel ayının 29-da sutka ərzində yoluxanların sayı cəmi 143 nəfər təşkil edib. COVID-19 xəstəliyindən ölənlərin sayında da qeyri-bərabər və zəif azalma müşahidə olunur. Federal Səhiyyə İdarəsinin məlumatına əsasən, son sutka ərzində ölkədə 28 nəfər virus səbəbindən həyatını itirib.Pandemiyanın onlayn statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 18:30-a olan məlumatına əsasən, dünyada 3 milyon 163 mindən çox yoluxma və 219 min 332 ölüm faktı qeydə alınıb, 975 min 783 nəfər COVID-19 xəstəliyindən sağalıb.İsveçrədə koronavirusa yoluxanların sayı 29 min 400 nəfəri ötüb, 1699 nəfər isə bu xəstəlik səbəbindən dünyasını dəyişib.xeber100.com  

Aprel 29, 2020 6:43

Avstriyada İkinci Respublikanın 75 illik yubileyi qeyd olunub

Aprelin 27-də Avstriyada İkinci Respublikanın 75 illik yubileyi koronavirus pandemiyası ilə əlaqədar məhdud çərçivədə qeyd olunub.Azərtac xəbər verir ki, Federal Prezident Aleksander Van der Bellen və Federal Kansler Sebastian Kurts bu münasibətlə bir saatlıq vaxt fərqi ilə Vyana şəhərinin mərkəzində yerləşən Heldenplats meydanındakı abidənin önünə əklil qoyublar. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə kütləvi tədbirlər qadağan olunduğuna görə mərasimdə Avstriya Silahlı Qüvvələrinin Fəxri Kampaniyasının cəmi altı əsgəri iştirak edib.Avstriya tarixində mühüm əhəmiyyət daşıyan hadisə ilə bağlı ölkə rəhbərliyi televiziya vasitəsilə əhaliyə müraciət edib. Federal Kansler S. Kurts müraciətində hazırkı dövrü 1945-ci illə müqayisə edib və bildirib ki, İkinci Dünya müharibəsindən sonra olduğu kimi, indi də koronavirus pandemiyasından sonra ölkədə iqtisadiyyatın inkişafı və quruculuq işləri aparılmalıdır.Qeyd edək ki, 1938-ci ildə nasist Almaniyasına ilhaq edilən Avstriyanın müstəqil dövlət kimi mövcudluğuna son qoyulmuş və ölkə Ostmark adı ilə “Üçüncü reyx”in bir əyalətinə çevrilmişdi. İkinci Dünya müharibəsinin son günlərində Avstriya azad edildikdən sonra aprelin 27-də Avstriyanın siyasi qüvvələri (sosial-demokratlar, mühafizəkarlar və kommunistlər) Müstəqillik Bəyannaməsi qəbul ediblər. Həmin gün ölkə tarixində İkinci Respublikanın doğuluş günü kimi qeyd olunur.xeber100.com

Aprel 28, 2020 1:07

“Volkswagen Group”un Çindəki satışları 35,1 faiz azalıb

Almaniyanın məhşur avtomobil istehsalçısı “Volkswagen Group”un Çindəki satışları ilin birinci rübündə ötən ilin eyni dövr ilə müqayisədə 35,1 faiz azalıb.Azərtac xəbər verir ki, “Volkswagen Group China” və onun 3 birgə müəssisəsi bu dövrdə Çinin materik hissəsində və Honkonq xüsusi inzibati bölgəsində bazara ümumilikdə 613 min 900 avtomobil çıxarıb. “Volkswagen Group China”nın idarə heyətinin sədri Stefan Vollenşteyn bildirib ki, şirkət Çinin avtomobil bazarının tezliklə bərpa olunacağına və yayın əvvəlində normal vəziyyətə qayıdacağına ümid edir.Şirkətin Çindəki müəssisələrinin fəaliyyətini 75 faiz bərpa etdiyini bildirən Stefan Vollenşteyn, ölkədə təxminən 2 min diler şəbəkəsinin hamısının işə başladığını və satışların getdikcə yüksəldiyini deyib. “Volkswagen Group”un Çindəki investisiya proqramı dəyişməyib, cari il üçün nəzərdə tutulan 4 milyard avroluq layihələrin icrası davam edəcək.Qeyd edək ki, Çin bazarına 1978-ci ildə daxil olan “Volkswagen”in ilk birgə müəssisəsi 1984-cü ildə, ikincisi isə 1990-cı ildə yaradılıb. “Volkswagen”, “Audi”, “SEAT”, “ŠKODA”, “Bentley”, “Bugatti”, “Lamborghini”, “Porsche”, “Ducati”, “Scania” və “MAN” brendlərinin sahibi olan “Volkswagen” konserni, həm də Çində birgə müəssisə yaradan ilk xarici avtomobil istehsalçısıdır. Ötən il Çində yerli istehsal avtomobillərin satışında “Volkswagen Group” birinci olub.xeber100.com

Aprel 20, 2020 11:33

Fövqəladə hallar haqqında qanunda dəyişiklik edilib

Misir parlamenti ölkənin fövqəladə hallar haqqında qanununa dəyişiklik edərək, dövlət başçısı Əbdülfəttah əs-Sisiyə koronavirus pandemiyası ilə mübarizəyə dair əlavə səlahiyyətlər verib.Azərtac xəbər verir ki, qanuna edilən yeni dəyişiklik Misir Prezidentinə COVID-19 pandemiyası ilə əlaqədar zəruri addımların atılması səlahiyyəti verir. Belə ki, dövlət başçısı məktəblərdə və universitetlərdə təhsil prosesini, hökumət strukturlarının və özəl qurumların fəaliyyətini dayandıra, elektrik, qaz və suya olan kommunal ödənişləri təxirə sala bilər.Qanuna edilən yeni dəyişiklik dövlət başçısına şəxsi və ictimai görüşlərin, nümayişlərin, məhkəmə proseslərinin, bayram şənliklərinin də qadağan edilməsi, xarici ölkələrdən gələn vətəndaşlara karantin rejimi tətbiqi, bəzi malların və məhsulların ixracının dayandırılması, ticarətin, nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması səlahiyyəti də verir. Eyni zamanda, Prezident üç ay müddətinə bir sıra vergilərin ertələnməsi barədə də sərəncam verə bilər. Parlamentin yeni düzəlişində, həmçinin karantin xəstəxanalarının da birbaşa prezident administrasiyasının tabeliyinə verilməsi nəzərdə tutulur. Bundan başqa, ölkədə bioloji materiallarla bağlı bütün elmi və laboratoriya tədqiqatlarına ali icra orqanı nəzarət edəcək.xeber100.com

Aprel 19, 2020 8:36