Moldova Prezidenti İqor Dodon bəyan edib ki, COVID-19 koronavirusuna yoluxma sayının artım dinamikası olduğu kimi qalsa, ölkə Dünya Səhiyyə Təşkilatı ekspertləri tərəfindən təsvir edilmiş üçüncü ssenariyə keçəcək ki, bu da daha nikbin ssenaridir və infeksiyaya yoluxanların sayının 3 minə qədər olacağını nəzərdə tutur.Azərtac Moldova KİV-lərinə istinadla xəbər verir ki, İqor Dodon deyib: "DST ekspertlərinin proqnozlarına görə, Moldova Respublikasında epidemiyanın inkişafının üç ssenarisi mümkündür. Birinci ssenariyə görə, 28 minə qədər koronavirusa yoluxma qeydə alınacaq, üçüncüyə görə, təqribən 3 min".Onun sözlərinə görə, Moldovada epidemiya, məsələn, İtaliyadakı kimi inkişaf etsəydi, birinci ssenari baş verərdi. Lakin üçüncü ssenari daha nikbindir və nəzərdə tutur ki, aprelin sonuna qədər Moldova Respublikasında təqribən 3 min yoluxma qeydə alınacaq. Bu halda hakimiyyət bəzi məhdudiyyətləri aradan qaldırmaq barədə qərar qəbul edəcək və iqtisadi fəaliyyətin bərpasına icazə verəcək.xeber100.com