Ukrayna Nazirlər Kabineti 2020-ci ildə 200 min, 5 il ərzində isə 1 milyon iş yeri yaratmaq niyyətindədir.Azərtac xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk özünün “Telegram” kanalında bəyan edib.Məlumatda qeyd olunur ki, yeni iş yerlərinin yaradılmasından əlavə hökumətin 2020-ci il üçün əsas hədəflərindən biri iş axtarmağa sərf olunan orta müddətin 3,6 aydan 2 ayadək azaldılmasıdır.Qeyd edək ki, Ukrayna hökuməti “İnvestisiyalar vasitəsilə inkişaf” iqtisadi strategiyasını rəhbər tutur. Strategiyada nəzərdə tutulan plana müvafiq olaraq, işsizlik səviyyəsi 2020-ci ildəki 7,6 faizdən 2024-cü ildə 5,2 faizədək aşağı düşəcək, məşğulluq səviyyəsi isə 68,2 faizdən 71,4 faizədək artacaq.xeber100.com