Yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə növbəti müraciətində ölkədə köklü dəyişikliklərin anonsu verilib.Rusiya lideri dövlət hakimiyyəti sisteminə əsaslı dəyişikliklər olunmasını təklif edib. Belə görünür ki, ölkədə prezident səlahiyyətləri azaldılacaq, əvəzində isə Federal Məclisin və Dövlət Şurasının səlahiyyətləri genişləndiriləcək.Vladimir Putin çıxışında bildirib ki, ölkədə yeni Konstitusiya qəbul edilməsinə ehtiyac yoxdur və ali qanunun bir neçə bəndinə dəyişikliklər olunması kifayətdir. Ekspertlərin fikrincə, Prezidentin təklifləri 1993-cü ildə qəbul edilmiş Konstitusiyaya ən əsaslı dəyişikliklər olacaq. Bəs bunlar hansı dəyişikliklərdir?Konstitusiya ölkənin hüquq məkanında prioritet təşkil etməlidir. Konstitusiyaya dəyişiklərə əsasən, məmurlar, deputatlar və digər vəzifəli şəxslərin xarici ölkənin vətəndaşı olması və ya xarici ölkədə yaşamaq hüququna malik olması qadağan ediləcək.Prezidentliyə namizədlərlə bağlı da mühüm dəyişikliklər nəzərdə tutulub. Prezident olmaq istəyən şəxs Rusiyada ən azı 25 il yaşamalı (indi bu müddət 10 ildir) və nə namizədliyi dövründə, nə də ondan əvvəl xarici vətəndaşlığı olmamalıdır. Bundan əlavə, Konstitusiyanın bir şəxsin iki müddət seçilmə hüququ barədə bəndindən “ard-arda” sözü götürüləcək.Rusiyada dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından ibarət vahid publik hakimiyyət sistemi yaradılacaq.xeber100.com