Dövlət hakimiyyəti sisteminə əsaslı dəyişikliklər olunması təklif edilib

Yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə növbəti müraciətində ölkədə köklü dəyişikliklərin anonsu verilib.Rusiya lideri dövlət hakimiyyəti sisteminə əsaslı dəyişikliklər olunmasını təklif edib. Belə görünür ki, ölkədə prezident səlahiyyətləri azaldılacaq, əvəzində isə Federal Məclisin və Dövlət Şurasının səlahiyyətləri genişləndiriləcək.Vladimir Putin çıxışında bildirib ki, ölkədə yeni Konstitusiya qəbul edilməsinə ehtiyac yoxdur və ali qanunun bir neçə bəndinə dəyişikliklər olunması kifayətdir. Ekspertlərin fikrincə, Prezidentin təklifləri 1993-cü ildə qəbul edilmiş Konstitusiyaya ən əsaslı dəyişikliklər olacaq. Bəs bunlar hansı dəyişikliklərdir?Konstitusiya ölkənin hüquq məkanında prioritet təşkil etməlidir. Konstitusiyaya dəyişiklərə əsasən, məmurlar, deputatlar və digər vəzifəli şəxslərin xarici ölkənin vətəndaşı olması və ya xarici ölkədə yaşamaq hüququna malik olması qadağan ediləcək.Prezidentliyə namizədlərlə bağlı da mühüm dəyişikliklər nəzərdə tutulub. Prezident olmaq istəyən şəxs Rusiyada ən azı 25 il yaşamalı (indi bu müddət 10 ildir) və nə namizədliyi dövründə, nə də ondan əvvəl xarici vətəndaşlığı olmamalıdır. Bundan əlavə, Konstitusiyanın bir şəxsin iki müddət seçilmə hüququ barədə bəndindən “ard-arda” sözü götürüləcək.Rusiyada dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından ibarət vahid publik hakimiyyət sistemi yaradılacaq.xeber100.com  

Yanvar 16, 2020 2:51

İraqa qarşı sanksiyaların müzakirəsi başlayıb

ABŞ İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması barədə qətnamə qəbul etməsi səbəbindən bu ölkəyə qarşı sanksiyaları müzakirə etməyə başlayıb.Azərtac xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, sanksiyalarda ABŞ biznesinin İraqın işgüzar dairələri ilə çalışmasına qadağalar nəzərdən keçirilir.İqtisadi məhdudiyyətlərin tətbiq olunacağı təqdirdə aparıcı rolu Ağ ev və ABŞ Maliyyə Nazirliyi oynayacaq. Mənbələrdən birinin sözlərinə görə, hazırkı müzakirələr ilkin xarakter daşıyır və sanksiyaların tətbiq olunacağı məsələsi hələ də dəqiqləşməyib. Vaşinqton hələlik Bağdadın bəyanatdan sonrakı addımlarını gözləyir.Qeyd edək ki, İraq Nümayəndələr Şurasının (parlament) deputatları yanvarın 5-də keçirilən təcili iclasda hökumətdən ölkədəki xarici qoşunların mövcudluğuna son qoymağı və terror əleyhinə beynəlxalq koalisiya ilə təhlükəsizlik barədə saziş çərçivəsində fəaliyyəti dayandırmağı tələb edib.ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində Amerikaya qarşı tərs addım atılacağı təqdirdə Bağdadı iqtisadi sanksiyalarla hədələyib.İclas ABŞ-ın İraq ərazisinə bir neçə raket zərbəsindən sonra ölkədə vəziyyətin gərginləşməsi fonunda keçirilib. Belə ki, yanvarın 3-də Birləşmiş Ştatların Bağdad aeroportu rayonuna endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymani və şiələrin “Əl-Haşd əş-Şaabi” qruplaşması komandirinin müavini Əbu Mehdi əl-Mühəndis öldürülüb.xeber100.com  

Yanvar 7, 2020 11:03