23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Parlament seçkiləri üçün səsvermə başa çatıb

Tunisdə keçirilən parlament seçkiləri üçün səsvermə başa çatıb.Azərtac xəbər verir ki, səsvermə 33 seçki dairəsində aparılıb. Bunlardan da 27-si ölkə ərazisində yerləşir. Ümumilikdə 217 yer uğrunda 15 mindən çox namizəd mübarizə aparıb. “Ümumilikdə 7 milyondan çox Tunis vətəndaşı dövlət başçısı postuna namizədlərə səs verə bilib.217 yerlik Xalq Nümayəndələri Assambleyasında deputat vəzifələrinə 15,3 mindən çox namizəd qeydə alınıb.Qeyd edək ki, “Ərəb baharı” prosesi zamanı Zeynel Abidin Bin Əlinin devrilməsindən sonra ölkədə üçüncü dəfə səsvermə prosesi təşkil olunub.xeber100.com

Oktyabr 6, 2019 8:12

ABŞ və Şimali Koreya hökumətləri oktyabrın 5-də Stokholmda

Bu gün Stokholmda ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlanacaq.Azərtac İsveç KİV-lərinə istinadla xəbər verir ki, ABŞ və Şimali Koreya hökumətləri oktyabrın 5-də Stokholmda Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinə dair danışıqlara başlamaq niyyətindədirlər.Bu günlərdə ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqunu və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndələrini İsveç Xarici İşlər Nazirliyinin binası yanında görüblər. Şimali Koreya nümayəndə heyətinə bu ölkənin Vyetnamdakı keçmiş səfiri Kim Men Gil rəhbərlik edir. O, nüvəsizləşdirmə məsələsi üzrə danışıq aparanların rəhbəri təyin edilib.Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri, habelə iki ölkənin səlahiyyətli nümayəndələri arasında əvvəlki görüşlərdə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə edilməyib. Bununla belə, müəyyən razılaşmalar əldə edilib və danışıqları davam etdirmək qərara alınıb.xeber100.com

Oktyabr 5, 2019 9:32

Növbəti raket sınaqları Yaponiya tərəfindən etirazla qarşılanıb

Şimali Koreya tərəfindən növbəti raket sınaqları Yaponiya tərəfindən kəskin etirazla qarşılanıb.Azərtac xəbər verir ki, oktyabrın 2-də səhər saatlarında Vonsan yaxınlığındakı sualtı qayıqdan buraxılan raketlərdən birinin Yaponiyanın xüsusi iqtisadi zonasına düşdüyü bildirilir. Bununla əlaqədar bəyanatla çıxış edən Baş Nazir Şinzo Abe Şimali Koreya tərəfinə rəsmi etirazını bildirib.“Bu gün Şimali Koreya iki ballistik raketin buraxılışını həyata keçirib və həmin raketlərdən biri bizim iqtisadi zonaya düşüb. Bu BMT Təhlükəsizlik Şuarsının qətnamələrinin pozulması deməkdir və biz bununla əlaqədar kəskin etirazımızı bildiririk. Şimali Koreya problemi ilə bağlı biz ABŞ və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcəyik”.Ş.Abe əlavə edib ki, hökumət yapon xalqının təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün tədbirləri görəcək.Baş Nazirin jurnalistlərlə görüşündən sonra Yaponiya Təhlükəsizlik Şurasının iclası keçirilib.Şinzo Abenin, Xarici İşlər naziri Toşimitsu Moteqinin və Müdafiə naziri Taro Kononun qatıldığı iclasda Yaponiyanın yeni şəraitdə atacağı addımların müzakirə edildiyi ehtimal olunur.xeber100.com

Oktyabr 2, 2019 11:26

Böyük Britaniya hökuməti Brexit sazişinin mətnini hazırlayıb

Böyük Britaniya hökuməti yenilənmiş Brexit sazişinin mətnini hazırlayıb. Yaxın günlərdə hazırlanan yeni sazişin daha çox hissəsinin açıqlanacağı gözlənilir.Hökumət tərəfindən Avropa İttifaqına verilən təkliflərin əsas hissəsi olaraq Şimali İrlandiya və İrlandiyada gömrük rəsmiləşdirmə zonaları yaratmaq nəzərdə tutulur.Yeni müqavilənin Avropa İttifaqının oktyabrın 17-də keçirilməli olan sammiti öncəsi müzakirə ediləcəyi gözlənilir.Qeyd edək ki, İngiltərə oktyabrın 31-də Avropa İttifaqını tərk edəcək. Baş Nazir Boris Conson Avropa İttifaqından razılaşma yolu ilə ayrılmağı üstün tutduğunu söyləyib.xeber100.com

Oktyabr 1, 2019 11:32

Portuqaliyada növbəti parlament seçkiləri keçiriləcək

Oktyabrın 6-da Portuqaliyada növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərdə Sosialist və Sosial-Demokrat partiyaları , Solçu blok, Xalq Partiyası, Birləşmiş Demokratik Koalisiya (kommunistlərin və yaşılların alyansı), “İnsanlar-heyvanlar-təbiət” ictimai birliyi iştirak edəcəklər.Azərtac xəbər verir ki, təkpalatalı olan Portuqaliya parlamenti dörd il müddətinə seçilən 230 deputatdan ibarətdir.Hazırkı hökumət planauyğun sosial-iqtisadi siyasət aparır və ictimaiyyətin yüksək səviyyədə dəstəyinə malikdir. Beləliklə, Baş Nazi Antoniu Koştanın başçılıq etdiyi Sosialist Partiyasının qarşıdakı seçkilərdə qələbə qazanmaq üçün bütün imkanları mövcuddur.A.Koşta ölkənin həyatında “sərt iqtisadiyyat səhifəsini geridə buraxmaq” vədini verir və Portuqaliya infrastrukturunun inkişafı, qeyr-bərabərlik və korrupsiya ilə mübarizə üzrə təsirli tədbirlər görür ki, bu da əhalinin rəğbətinə səbəb olur.Sosial-Demokratların yeni lideri Rui Fernando da Silvo Rio əhali arasında bu cür yüksək dəstəyə malik deyil.xeber100.com

Oktyabr 1, 2019 11:25

Ukraynada xırda pulların dövriyyəsi dayandırılacaq

Ukraynada 2019-cu il oktyabrın 1-dən etibarən 1, 2 və 5 qəpiklik pulların dövriyyəsi dayandırılacaq.Azərtac Ukrinform agentliyinə istinadla xəbər verir ki, 1, 2 və 5 qəpikliklər Ukrayna Milli Bankı tərəfindən yığılacaq. Eyni zamanda, vətəndaşlar növbəti üç ildə məhdudiyyətsiz və ödənişsiz olaraq xırda pulları digər nominallı banknotlara dəyişə biləcək.Ukrayna Milli Bankının sədr müavini Sergey Xolodun sözlərinə görə, nağdsız ödənişlərin artması və istehlakçıların davranışlarının dəyişməsi səbəbindən 1, 2 və 5 qəpiklik pulların məhsul və xidmətlərin haqqının ödənilməsindəki rolu xeyli azalıb. Bu addım həm də ölkədə pulların qənaəti ilə bağlı atılıb.“Qəpik istehsalına çəkilən xərclər onların nominal dəyərini üstələyir. Dövlət həmin pulların istehsalını dayandırmaqla hər il 90 milyon qrivenə qənaət edə bilər”, - deyə Xolod brifinqdə bildirib.xeber100.com

Sentyabr 30, 2019 2:42

Polşanın paytaxtında Varşava Təhlükəsizlik Forumu keçiriləcək

Oktyabrın 2-3-də Polşanın paytaxtında Varşava Təhlükəsizlik Forumu keçiriləcək.Azərtac xəbər verir ki, builki forumun əsas diqqəti NATO-nun yaranmasının 70, Polşanın NATO-ya üzvlüyünün 20, Polşanın Avropa Birliyinə üzvlüyünün 15 və Azərbaycanın da daxil olduğu “Şərq Tərəfdaşlığı” layihəsinin 10 illiyinə və bu illər ərzində görülən işlərin müzakirəsinə yönəldilib.Forum təşkilatçılarının mətbuata açıqlamasında deyilir ki, beynəlxalq tədbirdə 1200-dən çox qonağın iştirakı təsdiqlənib.xeber100.com

Sentyabr 29, 2019 9:40

Ukraynanın valyuta bazarında dollar ucuzlaşmaqda davam edir

Ukraynanın valyuta bazarında dollar qrivnaya nisbətdə hər gün ucuzlaşmaqda davam edir.Azərtac Ukrayna Milli Bankının statistikasına istinadla xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında dollar 13 faiz ucuzlaşıb. Belə ki, Milli Bank sentyabrın 28-30 tarixlərində rəsmi məzənnədə 100 dolları 2408,28 qrivna səviyyəsində müəyyənləşdirib. Bu da yanvarın 1-nə olan məzənnə ilə müqayisədə hər 100 dollarda 360,54 qrivna az deməkdir. Həmin dövrdə rəsmi məzənnə 100 dollara nisbətdə 2768,82 qrivna olub. Dollar sentyabrda daha çox - 4 faiz ucuzlaşıb.İqtisadi ekspertlər ilin sonuna kimi dolların cüzi bahalaşacağını proqnozlaşdırır. Bir dolların 25,5 qrivna dəyərində olacağı gözlənilir.xeber100.com

Sentyabr 28, 2019 8:35

Nyu-Yorkda Yaponiya və ABŞ arasında ticarət müqaviləsi imzalanıb

Sentyabrın 25-də Nyu-Yorkda Yaponiya və ABŞ arasında ticarət müqaviləsi imzalanıb.Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Yaponiyanın Baş Naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp müqaviləni təsdiq etdikdən sonra birgə bəyanat imzalayıblar.Müqaviləni yüksək qiymətləndirən Ş.Abe deyib: “Müqavilə qüvvəyə mindikdən sonra, o şübhəsiz ki, ABŞ iqtisadiyyatına yapon investisiyalarının artırılmasına və ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirməyə imkan yaradacaq. Əminəm ki, müqavilə həm Yaponiya, həm də ABŞ üçün faydalı olacaq”.ABŞ Prezidenti D.Tramp isə deyib: “Yaponiya tərəfi ABŞ-ın mal əti, donuz əti, buğda, pendir, qarğıdalı, şərab və digər məhsullarına tarifləri əhəmiyyətli dərəcədə azaldıb və ya tamamilə ləğv edib. Bu, ABŞ fermerləri, maldarları və əkinçiləri üçün böyük qələbədir, mənim üçün isə xüsusi əhəmiyyətə malikdir”.Müqavilənin şərtlərinə görə, Yaponiya Trans-Sakit okean Tərəfdaşlığı müqaviləsində müəyyən edilmiş göstəriciləri aşmamaq şərti ilə öz bazarını ABŞ-ın kənd təsərrüfatı məhsulları üçün açır.Yaponiya ABŞ-ın mal əti üçün gömrük rüsumunu indiki 38,5 faizdən 9 faizədək azaldacaq. ABŞ-ın donuz ətinə olan rüsumlar da azaldılacaq.xeber100.com

Sentyabr 27, 2019 2:19

Türkiyədə 5.8 bal gücündə zəlzələ olub

İstanbulda 5.8 bal gücündə zəlzələ olub.Azərtac xəbər verir ki, yerli vaxtla saat 14.00-da meydana gələn yeraltı təkanların ocağının yerin 7 kilometr dərinliyində olduğu bildirilir.İstanbulun hər yerində hiss edilən zəlzələ əhali arasında təşvişə səbəb olub.xeber100.com

Sentyabr 26, 2019 2:30
    Page 66 of 299« First«...102030...6465666768...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az