05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İngiltərə parlamenti növbədənkənar seçkilərlə bağlı təklifi qəbul etməyib

İngiltərə parlamenti növbəti dəfə Baş Nazir Boris Consonun növbədənkənar seçkilərin keçirilməsi təklifini rədd edib.Azərtac xəbər verir ki, Böyük Britaniyanın Baş Naziri Boris Consonun parlamentin son iclasında ikinci dəfə növbədənkənar seçki keçirilməsi təklifini irəli sürüb. Deputatlardan 293-ü B.Consonun oktyabrın 15-də erkən seçkilərlə bağlı təklifini təsdiqləsə də, 434 deputat təklifin əleyhinə səs verib.Müxalifət partiyaları, növbədənkənar seçkinin gündəmə gələcəyi təqdirdə təsdiq etməyəcəklərini əvvəlcədən elan etmişdilər.Parlamentdəki altıncı məğlubiyyətini qazanan Boris Conson növbədənkənar seçkiləri təmin etmək üçün qanuni tədbirlər görəcəyini söyləyib.xeber100.com

Sentyabr 10, 2019 2:28

Hökumətin yeni üzvlərinin təsdiqi ilə bağlı müzakirələr başlayıb

Gürcüstan parlamentində Baş Nazirin və hökumətin yeni üzvlərinin təsdiqi ilə bağlı müzakirələr başlayıb.Azərtac xəbər verir ki, bu gün parlament bütövlükdə çıxışları dinləyib hökumətin yeni tərkibini təsdiq etməlidir.Əvvəlcə Baş Nazir vəzifəsinə Qeorqi Qaxarianın namizədliyi təsdiq olunmalıdır.Artıq Q.Qaxaria və nazir postuna namizədlər parlamentin komitələrində və fraksiyalarda çıxış edib, öz proqramlarını təqdim ediblər.Bəzi müxalifət partiyaları hökumətin təsdiqi ilə bağlı səsvermədə iştirak etməyəcəklərini bildiriblər.İştirakçılar sabiq Daxili İşlər naziri Q.Qaxarianın Baş Nazir vəzifəsinə namizədliyinə etiraz edirlər.Qeyd edək ki, sabiq Baş Nazir Mamuka Baxtadze sentyabrın 2-də vəzifəsindən istefa verib.xeber100.com

Sentyabr 8, 2019 4:06

İtaliyanın hökuməti ölkə Prezidentinin iştirakı ilə and içib

Cüzeppe Kontenin rəhbərlik etdiyi İtaliyanın yeni hökuməti ölkə Prezidenti Serco Mattarellanın iştirakı ilə and içib.Azərtac xəbər verir ki, Kvirinal sarayında baş tutan təntənəli mərasim İtaliyanın bütün televiziya kanalları vasitəsilə yayımlanıb.“Beş ulduz hərəkatı” və Demokratik partiya heyətində yeni parlament çoxluğuna söykənən hazırkı koalisiya kabineti 21 nazirdən ibarətdir (səkkizi portfelsiz) və onlardan 11-i “Beş ulduz hərəkatı”nı, səkkizi isə demokratik partiyanı təmsil edir. Hökumətdə “Beş ulduz hərəkatı” və “Liqa” partiyasından ibarət köhnə koalisiyadan cəmi iki nəfər - Ətraf Mühitin, Qurunun və Dənizin Mühafizəsi naziri Serco Kosta və Ədliyyə naziri Alfonso Bonafede təmsil olunur. Onların hər ikisi “Beş ulduz hərəkatı”nın üzvləridir. Bu partiyanın lideri, əvvəlki kabinetdə İqtisadi İnkişaf, Əmək və Sosial Siyasət Nazirliyinin rəhbəri vəzifəsini tutan Luici Di Mayo Xarici İşlər naziri təyin edilib. Son 20 il ərzində ilk dəfə olaraq Daxili İşlər Nazirliyinə qadın – Milana Luçana rəhbərlik edəcək.Bundan sonra hökumət parlamentin etimadını qazanmalıdır. Deputatlar palatası və Senat çox güman ki, sentyabrın 9-10-da bu məsələ ilə bağlı səsvermə keçirəcək.xeber100.com

Sentyabr 5, 2019 2:08

“The Times” qəzeti seçkilərdən yazır…

Böyük Britaniya əhalisinin təxminən üçdəbiri Brexitdən əvvəl erkən seçkilərin keçirilməsini dəstəkləyir.“The Times” qəzeti  xəbər verir ki, YouGov sosioloji xidmətinin araşdırmasına görə, erkən seçkilərin tərəfdarları əsasən gənclərdir.Qəzetin yazdığına görə, Böyük Britaniya sakinlərinin 35 faizi ölkədə erkən seçkiləri dəstəkləyir, respondentlərin 46 faizi isə belə təşəbbüsün əleyhinədir. 19 faiz respondent bu məsələ ilə bağlı tərəddüd edib. Seçkilərin əleyhinə çıxanlar yaşı 65-dən yuxarı sakinlərdir.Sorğu zamanı sosioloqlar onu da müəyyənləşdiriblər ki, ehtimallara görə, İngiltərə sakinlərinin təxminən 35 faizi toriləri dəstəkləyəcək, 25 faizi isə leyboristlərə səs verəcək. Liberal demokratlara dəstək olaraq sorğuda iştirak edənlər isə 16 faizi təşkil edə bilər. “Brexit” və “Yaşıl” partiyaları müvafiq olaraq 13 və 8 faiz səs almaq imkanına malikdirlər.xeber100.com

Sentyabr 4, 2019 2:58

Birləşmiş Ərəb Əmirlikləri göydələnlərin sayına görə ilk beşliyə daxil olub

“Skaysrapercenter” şirkətinin dünyada ən çox göydələni olan ölkələrə həsr olunmuş araşdırmasının nəticələrinə əsasən Birləşmiş Ərəb Əmirlikləri göydələnlərin sayına görə ilk beşliyə daxil olub. BƏƏ-nin Dubay şəhəri 464 göydələni ilə 5-ci yeri tutub.Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, araşdırma nəticəsində ilk sırada ABŞ-ın Nyu-York şəhəri yer alıb və bu şəhərdə 1548 göydələn var. İkinci sırada Çinin xüsusi inzibati bölgəsi Honkonq şəhəridir. Orada göydələnlərin sayı 922-dir. ABŞ-ın daha bir şəhəri - Çikaqo 566 göydələni ilə 3-cü sırada yer alıb. Kanadanın Toronto şəhərində isə 529 göydələn qeydə alınıb və bu şəhər siyahıda 4-cü sıranı tutub.xeber100.com

Sentyabr 2, 2019 8:38

Özbəkistanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə…

Daşkənddəki "Özbəkistan" Forumlar Sarayında Özbəkistanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Hökumətin, Senatın və Ali Məclisin üzvləri, səfirlər və beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də mərasimə qatılıb.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək mərasim iştirakçılarını və ölkədə yaşayan xalqların nümayəndələrini təbrik edib, müstəqilliyin qazanılmasında ölkənin birinci Prezidenti İslam Kərimovun müstəsna xidmətlərinin olduğunu deyib. Prezident əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində hökumətin gördüyü işlər barədə də danışıb. Ş.Mirziyoyev iqtisadiyyat, təhsil, səhiyyə və digər sahələrdə aparılan islahatlarla bağlı məlumat verib, iqtisadiyyatın inkişafı üçün müəyyənləşdirilən beş prioritet istiqamətdən bəhs edib.xeber100.com

Avqust 31, 2019 10:03

Ukraynanın Ali Radasının yeni tərkibdə olan ilk iclasında

Ukraynanın Ali Radasının yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin sədri seçilib.Azərtac xəbər verir ki, Dmitri Razumkov böyük səs çoxluğu ilə Ukrayna parlamentinin sədri seçilib.D.Razumkov səsvermədən öncə çıxış edərək bildirib ki, Ukraynada korrupsiyaya, inhisarçılığa qarşı mübarizə, sosial vəziyyətin yaxşılaşdırılması, vətəndaşların hüquqlarının qorunması istiqamətində fəaliyyət gücləndiriləcək. Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi üçün mübarizə davam etdiriləcək. Sonra D.Razumkov deputatların suallarını cavablandırıb.Qeyd edək ki, 35 yaşlı D.Razumkov hakim “Xalqın xidmətçisi” partiyasından deputat seçilib. O, Prezident Vladimir Zelenskinin seçki kampaniyasının rəhbərlərindən biri olub. İxtisasca iqtisadçıdır. Taras Şevçenko adına Kiyev Milli Universitetini bitirib.xeber100.com

Avqust 29, 2019 8:17

Almaniyada 5G texnologiyasını dəstəkləyən antena quraşdırılacaq

Cari ilin sonunadək Almaniyanın 100-dən artıq yerində 5G texnologiyasını dəstəkləyən 300-dək antena quraşdırılacaq.Azərtac xəbər verir ki, bu barədə “Deutsche Telekom”un Direktorlar Şurası bəyan edib. Şəbəkə ilin sonunadək Almaniyanın 20 iri şəhərini əhatə etməlidir.Cari ilin iyun ayının ortalarında yeni mobil standartının tezliyi üzrə satış hərraclarında “Deutsche Telekom”, “Vodafone”, “Telefonica” və “United Internet” şirkətləri iştirak ediblər.Bununla yanaşı, 5G şəbəkəsində Çinin “Huawei” telekommunikasiya konserninin avadanlığından istifadə olunması barədə qərar informasiya təhlükəsizliyi səbəbindən indiyədək qəbul edilməyib.xeber100.com

Avqust 28, 2019 2:42

Böyük Britaniya parlamenti fəaliyyətini dayandırıb

Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentin fəaliyyətinin oktyabrın 14-nə qədər dayandırıldığını bildirib.Sky News telekanalına istinadla xəbər verir ki, Birləşmiş Krallığın hökumət başçısı parlament iclasının təxirə salınmasının İcmalar Palatası deputatlarının ölkənin Avropa İttifaqından sazişsiz çıxmasını blok etmələrinə mane olmaq üçün təşkil olunduğu barədə yayılan məlumatları təkzib edib.“Biz daxili gündəliyimizi reallaşdırmalıyıq və məhz bu səbəbdən kraliçanın taxt nitqinin oktyabrın 14-də baş tutacağını elan edirik”, - Boris Conson telekanalın efirində belə deyib.xeber100.com

Avqust 28, 2019 2:37

Əməkdaşlığın perspektivləri müzakirə olunacaq

Belarus ilə Türkiyə arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.Azərtac Belarus Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, avqustun 27-28-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Belarusa rəsmi səfəri başlayır. Səfər çərçivəsində Çavuşoğlu ilə belaruslu həmkarı Vladimir Makeemin geniş tərkibli görüşü olacaq.Türkiyə XİN rəhbərinin digər rəsmi şəxslərlə də görüşü nəzərdə tutulur.xeber100.com

Avqust 27, 2019 2:20
    Page 68 of 299« First«...102030...6667686970...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az