Avstraliya parlamenti yeni qanun layihəsi qəbul edib

Aprelin 4-də Avstraliya parlamenti zorakılıq səhnələrinin yayılması ilə qeyri-səmərəli mübarizəyə görə media şirkətlərinin rəhbərliyi üçün cərimənin və həbs cəzasının tətbiqinin nəzərdə tutulduğu qanun layihəsini qəbul edib.Azərtac xəbər verir ki, qanuna əsasən, sosial platforma müvafiq kontenti təcili silmədiyi halda onun rəhbərliyini şirkətin illik dövriyyəsinin 10 faizi məbləğində cərimə və ya 3 il müddətədək həbs cəzası gözləyir. Bundan əlavə, media şirkətlər öz platformalarında zorakılıq səhnələrinin yer aldığı videoçarxlar barədə polisi təcili məlumatlandırmalıdırlar.Xatırladaq ki, martın ortalarında Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məsciddə törədilən terror aktları nəticəsində 50 nəfər həlak olub, bir o qədər insan da yaralanıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bu hadisəni terror aktı adlandırıb. Faciə ilə bağlı 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarranta qarşı qətl törətmək ittihamı irəli sürülüb və aprelin 5-dək onun həbsdə saxlanması qərara alınıb.B.Tarrant məscidlərdən birinə hücumu videoya çəkib və sosial şəbəkələrdə canlı yayımlayıb. Facebook şirkətinin məlumatına görə, Kraysçörçdə törədilən hadisə ilə bağlı ilk dəfə 24 saat ərzində 1,5 milyon videoyazı silinib. Bundan bir qədər sonra Facebook “ağ millətçiliyin” təbliği və dəstəklənməsi ilə bağlı qadağa tətbiq edildiyini bildirib.xeber100.com

Aprel 4, 2019 1:17

ABŞ Konqresinə yeni qanun layihəsi təqdim edilib

Martın 28-də hər iki partiyanı təmsil edən bir qrup konqresmen Puerto-Rikonun adada ərazi statusuna dair referendum keçirilmədən ABŞ-ın 51-ci ştatı hesab olunması barədə qanun layihəsi təqdim edib.Azərtac xəbər verir ki, ada hökuməti Puerto-Rikonun statusuna dair iki dəfə (2012-ci və 2017-ci illərdə) referendum keçirib. Hər iki halda seçicilərin əksəriyyəti bu adanın 51-ci ştat olması təklifinin lehinə səs verib. Lakin adanın statusunun dəyişdirilməsi Konqres tərəfindən bəyənilməlidir. Buna görə hesab edilib ki, həmin referendumların nəticələri məcburi qüvvəyə malik deyil.Adanın statusunun dəyişdirilməsi barədə qanun layihəsi Florida ştatından demokrat konqresmen, Puerto-rikalıların böyük icmasının yaşadığı Orlando dairəsini təmsil edən Darren Soto tərəfindən təqdim olunub. Prezident Donald Tramp daha əvvəl Puerto-Rikonun 51-ci ştat olması təklifi ilə əsla razı olmadığını bəyan edib.Puerto-Riko 1898-ci ildə İspaniya-Amerika müharibəsindən sonra ABŞ-ın tabeliyinə keçib və 1917-ci ildə Vaşinqton bu adanın sakinlərinə Amerika vətəndaşlığı verib. Lakin Puerto-rikoluların ABŞ Senatında və Konqresdə səsvermə hüququ və digər siyasi hüquqları yoxdur. Respublikaçılar Puerto-Rikonun statusunun dəyişdirilməsini dəstəkləmirlər, çünki Puerto-rikolıların əksəriyyəti ABŞ-ın Demokratlar Partiyasına rəğbət bəsləyir və Ağ Evə, eləcə də Konqresə seçkilərdə onlar respublikaçılar üçün siyasi təhlükə yarada bilər.xeber100.com

Mart 29, 2019 1:55