05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

6.0 bal gücündə zəlzələ baş verib

Filippin sahillərində 6.0 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələnin episentri Davao şəhərindən 374 km şimalda, ocağı isə 57 km dərinlikdə yerləşib.Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

Mart 8, 2019 9:11

“Forbes” jurnalı dünyanın ən zəngin insanlarının siyahısını açıqlayıb

ABŞ-ın “Forbes” jurnalı dünyanın ən zəngin insanlarının siyahısını açıqlayıb.İtaliya KİV-ləri xəbər verir ki, “Forbes”in hesablamasına görə, sərvəti 22,4 milyard dollar təşkil edən “Nutella” şokolad yağları istehsalçısı “Ferrero” şirkətinin rəhbəri Covanni Ferrero İtaliyanın ən varlı insanıdır. İtaliyalı biznesmen dünyanın ən zəngin insanlarının siyahısında 39-cu yeri tutub.Ən varlı italyanlar arasında ikinci yeri 19,8 milyard dollarlıq sərvətə malik olan eynək istehsalçısı “Luxottica” şirkətinin rəhbəri Leonardo del Vekkio tutur. Onun ardınca “Walgreens Boots Alliance” dərman şirkətinin baş direktoru Stefano Pessina və Corcio Armani şirkətinin rəhbəri yer alırlar.Dünya reytinqi sıralamasında 804-cü pillədə dizayner Miuçça Prada və onun həyat yoldaşı, “Prada Group” şirkətinin baş direktoru Patrisio Bertelli qərarlaşıb. “Ferrari” avtomobil şirkətinin vitse-prezidenti Pyero Ferrari isə (2,7 milyard dollar) 838-ci sıradadır.xeber100.com

Mart 7, 2019 1:26

“Challenges” jurnalı 500 ən varlı ailənin siyahısını açıqlayıb

Fransanın həftəlik “Challenges” jurnalı 2018-ci il üçün ölkənin 500 ən varlı ailəsinin siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, jurnalın təqdimatında Bernard Arnault və ailəsinə məxsus Louis Vuitton Moet Henessy (LVMH) lüks markası 73 200 milyard avro ilə birinci, “Chanel”, “Eres”, “Bourgeois” markaları və bir çox qəsrlərin sahibi Alən və Jerar Vertemer və ailələri 40 milyard avro ilə ikinci pillədə durub.“Hermes” markası ilə Aksel Dumas və ailəsi 39 600 milyard avro ilə üçüncü yerdədir. Həmçinin “OREAL” qrupu 39 300 milyard avro ilə dördüncü, “Auchan” qrupu 30 500 milyard avro ilə beşinci, “Kering” qrupu 38 000 milyard avro ilə altıncı, “Marcel Dassault” sənaye qrupu 23 800 milyard avro ilə yeddinci, “Kastel” qardaşları qrupu 12 500 milyard avro ilə səkkizinci, “Laktalis” aqroərzaq qrupu 12 000 milyard avro ilə doqquzuncu və “PERENKO” enerji kampaniyası 8 500 milyard avro ilə onuncu yerdə göstərilib.xeber100.com

Mart 5, 2019 1:42

“AliExpress” ticarət platforması avtomobillərin satışına başlayır

Çinin “AliExpress” qlobal ticarət platforması Rusiyada avtomobillərin onlayn satışına başlayır.Azərtac xəbər verir ki, “Kommersant” qəzetinin yazdığına görə, satışlara martın 5-dən başlanır. İlk olaraq “Chery” avtomobilləri satışa çıxarılacaq. “AliExpress”də onlayn mağazasını açan “Chery” şirkəti “Chery Tiggo” 3, 4, 5 və 7 modellərini, eləcə də avtomobil hissələri və aksessuarlar təklif edəcək. İlkin mərhələdə Çində yığılan avtomobillər satışa çıxarılacaq. Sonrakı mərhələdə “Chery” avtomobillərinin Rusiyada yığılması nəzərdə tutulub.Ötən il Rusiyada Çin avtomobillərinin satışı cəmi 2 faiz təşkil edib. Ən çox satılan Çin avtomobilləri isə “Chery Tiggo” və “Lifan” olub.Ekspertlərin fikrincə, “AliExpress”in yeni platforması ənənəvi avtomobil dilerləri ilə rəqabət aparacaq. Lakin sürücülərin texniki xidmətlər, təmir və “test-drayv” ehtiyaclarını nəzərə alsaq, bu rəqabətin güclü olacağı ehtimal edilmir.xeber100.com

Mart 5, 2019 1:30

Prezident seçkisi ilə bağlı potensial namizədlər reytinqində

Ukraynada keçiriləcək prezident seçkisi ilə bağlı potensial namizədlər reytinqində şoumen Vladimir Zelenskiy, hazırki Prezident Petro Poroşenko, Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenko liderlik edirlər.Azərtac xəbər verir ki, seçkiyə bir ay qalmış “Reytinq” Sosioloji Qrupun apardığı sorğuya görə, respondentlərin 25,1 faizi V.Zelenskiyə, 16,6 faizi P.Poroşenkoya, 16,2 faizi isə Timoşenkoya səs veriblər.Sosioloji Qrupun sorğusuna əsasən səsvermədə iştirakçıların 85 faizi seçki məntəqələrinə gələrək iştirak edəcəklərini açıqlayıblar.Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.xeber100.com

Mart 4, 2019 1:37

Parlament seçkilərində Liberal İslahatlar Partiyası qalib gəlib

Martın 3-də Estoniyada keçirilən parlament seçkilərinin qalibi ümumi səslərin 28,8 faizini toplayan müxalif partiya - Liberal İslahatlar Partiyası olub. Azərtac xəbər verir ki, Avropa Parlamentinin keçmiş üzvü Kaya Kallasın rəhbərlik etdiyi partiya hazırkı baş nazir Yuri Ratasın təmsil etdiyi respublikaçıları keçərək Rigikoquda ən çox mandata sahib olub.Baş nazirin partiyası ilə koalisiya təşkil edən sosial demokratlar və mühafizəkarlar isə müvafiq olaraq 9,8 və 11,2 faiz səs toplayıblar. Lakin hər iki partiyanın bu dəfə də islahatçılarla koalisiya qurub-qurmayacağı hələlik bəlli deyil.Yaxın günlərdə hazırkı baş nazir Yuri Ratasın da istefaya gedəcəyi bildirilir. Estoniya qanunlarına görə, parlament seçkilərində qalib gələn qüvvələr hökuməti qurmalıdır. Bu halda yeni baş nazirin məhz Kaya Kallas olacağı gündəmdədir.xeber100.com

Mart 4, 2019 1:34

Türkiyə döyüş təyyarəsini 2023-cü ildə istehsal edəcək

Türkiyə ilk yerli döyüş təyyarəsini 2023-cü ildən etibarən istehsala başlayacaq.TRT xəbər verir ki, bu barədə prezidentin köməkçisi Fuad Oqtay məlumat verib.O, təyyarənin "Türkiyə Havaçılıq və Kosmos Sənayesi AŞ" (TUSAŞ) tərəfindən hazırlanacağını bildirib."2026-cı ildə təyyarəmizi göylərdə görmək mümkün olacaq, 2031-ci ildən isə təyyarə inventarına daxil ediləcək.Beləliklə, Türkiyə Amerika Birləşmiş Ştatları, Rusiya və Çindən sonra 5-ci nəsil döyüş təyyarəsi istehsal edən ölkələr arasında yerini alacaq".xeber100.com

Mart 3, 2019 1:42

6,2 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Hokkaydo adası sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episetnri Nemuro şəhərindən 193 kilometr cənub-şərqdə, ocağı isə 20 kilometr dərinlkdə yerləşib.Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

Mart 2, 2019 4:39

Hərbi təlimlər bu il ənənəvi formada keçirilməyəcək

ABŞ və Cənubi Koreya hakimiyyəti birgə hərbi təlimlərin miqyasının azaldılması barədə elan etmək niyyətindədirlər.Bu barədə "Reuters" agentliyi xəbər verir ki, dünyada ən böyük təlimlərdən biri sayılan ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri bu il ənənəvi formada keçirilməyəcək.Mənbələrdən biri bildirib ki, hərbi təlimlərin miqyasının azaldılması barədə qərar bu həftə ABŞ və KXDR liderlərinin Hanoyda keçirilən görüşündən öncə qəbul edilib və bu səbəbdən sözügedən görüşün nəticələrindən biri sayılmır.xeber100.com

Mart 2, 2019 4:36

Peru hökuməti fövqəladə vəziyyət elan edib

Peru hökuməti leysan yağışların törətdiyi fəsadlara görə daha iki regionda fövqəladə vəziyyət elan edib.Trend-in məlumatına görə, 51 nəfər leysanların qurbanı olub.Qeyd edək ki, fövqəladə vəziyyət 60 gün müddətinə elan olunub.xeber100.com

Mart 1, 2019 8:10
    Page 88 of 299« First«...102030...8687888990...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az