03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Hərbi təlimlər bu il ənənəvi formada keçirilməyəcək

ABŞ və Cənubi Koreya hakimiyyəti birgə hərbi təlimlərin miqyasının azaldılması barədə elan etmək niyyətindədirlər.Bu barədə "Reuters" agentliyi xəbər verir ki, dünyada ən böyük təlimlərdən biri sayılan ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri bu il ənənəvi formada keçirilməyəcək.Mənbələrdən biri bildirib ki, hərbi təlimlərin miqyasının azaldılması barədə qərar bu həftə ABŞ və KXDR liderlərinin Hanoyda keçirilən görüşündən öncə qəbul edilib və bu səbəbdən sözügedən görüşün nəticələrindən biri sayılmır.xeber100.com

Mart 2, 2019 4:36

Peru hökuməti fövqəladə vəziyyət elan edib

Peru hökuməti leysan yağışların törətdiyi fəsadlara görə daha iki regionda fövqəladə vəziyyət elan edib.Trend-in məlumatına görə, 51 nəfər leysanların qurbanı olub.Qeyd edək ki, fövqəladə vəziyyət 60 gün müddətinə elan olunub.xeber100.com

Mart 1, 2019 8:10

Hindistan-Pakistan sərhədində gərginlik davam edir

Fevralın 28-də səhər saatlarında Hindistan-Pakistan sərhədindəki qoşunların təmas xəttində atışmalar olub.Azərtac xarici KİV-ə istinadla xəbər verir ki, iki ölkə arasında mübahisəli Kəşmir bölgəsində 1 saat davam edən atışmalar nəticəsində itkilər barədə məlumat verilmir. Hindistan Müdafiə Nazirliyinin mətbuat katibi Devender Anand məlumatı təsdiq edib.Pakistanın informasiya naziri Şövkət Əli Yusifzayi isə ölkənin şərq sərhədlərində ordunun “yüksək hazırlıq” vəziyyətinə gətirildiyini bəyan edib.Nüvə silahına malik olan iki ölkə arasında gərginliyin artması bütün dünya ictimaiyyətini narahat edir. Pakistanın Baş naziri İmran xan hindistanlı həmkarına müraciət edərək sülhün qorunub saxlanılması üçün dialoq təklif edib.xeber100.com

Fevral 28, 2019 2:14

Birləşmiş Ərəb Əmirlikləri ilk kosmonavtını kosmosa göndərəcək

Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı bu il sentyabrın 25-də kosmosa göndəriləcək.Azərtac Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzə istinadla xəbər verir ki, kosmosa göndərilmək üçün seçilmiş iki kosmonavt – Hazza Əl Mansuri yaxud Sultan Əl Neyadi 18 günlük uçuşu həyata keçirmək üçün Rusiya missiyasının tərkibində Beynəlxalq Kosmik Stansiyadan (BKS) orbitə yollanacaq və oktyabrın 3-də geriyə - Yer kürəsinə qayıdacaq.Artıq hər iki kosmonavt Rusiyada Y.Qaqarin adına kosmonavtların hazırlığı mərkəzində hərtərəfli hazırlıq keçiblər. Onlar hazırlıq zamanı zədələnmiş kapsuldan necə çıxmağı, müvafiq resursların və rabitə vasitələrinin istifadə edilməsini öyrəniblər. BƏƏ-dən olan kosmonavt BKS-də insan orqanizminin uçuşdan əvvəlki və sonrakı həyati vacib göstəricilərinin reaksiyasını tədqiqat edəcək. Bu tədqiqatların nəticələri bir müddətdən sonra digər regionlardan olan kosmonavtların müvafiq sahədə topladıqları tədqiqatlarla müqayisə olunacaq.xeber100.com

Fevral 28, 2019 2:11

Moskvanın Şeremetyevo hava limanı öz işini bərpa edib

Moskvanın Şeremetyevo hava limanının ikinci zolağı Azərbaycandan gələn təyyarənin üzləşdiyi insidentdən sonra öz işini bərpa edib.Milli.az xəbər verir ki, aeroport rəhbərliyi hadisə ilə bağlı 15 reysi ləğv etmək və 30-dan çox reysin vaxtına düzəliş etmək məcburiyyətində qalıb.Məlumata görə, Azərbaycandan gələn biznes sinfli "Jet Air Group" tipli təyyarənin uçuş-eniş zolağından çıxmasından sonra, hava limanının ikinci uçuş-eniş zolağının işi müvəqqəti olaraq dayandırılıb.Moskva Regionlararası Nəqliyyat Prokurorluğunun məlumatına görə, təyyarə zolaqdan 50 metr kənara çıxıb. Hava gəmisində 3 sərnişin və 3 heyət üzvü olub. Zərər çəkən olmayıb. Faktla bağlı araşdırmalara başlanıb. Aeroport isə hazırda ştat rejimində fəaliyyət göstərir.xeber100.com

Fevral 27, 2019 1:27

Rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib

İranın İlam vilayətinin Abdanan rayonunda rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib.Milli.az xəbər verir ki, bunu İranın İlam vilayəti Abdanan rayonu qubernatoru Sirus Murad Hasili deyib.M.Hasilinin sözlərinə görə, 9 km dərinlikdə baş verən zəlzələ nəticəsində mənzillərin, ticarət və dövlət idarələrinin pəncərələri qırılıb və divarlarda çatlar əmələ gəlib.Qubernator zəlzələ ilə əlaqədar məktəblərin bağlandığını qeyd edib.Qeyd edək ki, bu gün İran vaxtı ilə saat 9:12 radələrində İranın İlam vilayətinin Abdanan rayonunda 4,4 bal zəlzələ baş verib. Əhali təşvişə düşərək mənzilləri və obyektləri tərk edib.xeber100.com

Fevral 27, 2019 1:13

İnsan Hüquqları Şurasının 40-cı iclası işə başlayıb

BMT-nin İnsan Hüquqları Şurasının 40-cı iclası işə başlayıb.Azərtac xəbər verir ki, təşkilatın İsveçrədəki ofisində keçirilən iclas martın 22-dək davam edəcək. İclasın ilk üç günündə iki dövlət başçısının, iki baş nazirin və yetmişə yaxın nazirin çıxışı nəzərdə tutulub. İclasa BMT-nin baş katibi Antonio Quterreş də qatılıb. Baş katib çıxışında son üç ildə mindən çox insan haqları müdafiəçisinin və jurnalistin öldürüldüyünü deyib.xeber100.com

Fevral 25, 2019 1:41

Türkiyə mətbuatının məlumatına görə…

Türkiyə parlamentinin yeni sədri hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Mustafa Şentop seçilib.Türkiyə KİV-lərinin verdiyi məlumata görə, 542 deputatdan 336-sı öz səsini Mustafa Şentopa verib.Bundan əlavə, 124 deputat Cümhuriyyət Xalq Partiyasının (CHP) nüamyəndəsi Engin Altaya, 46-sı Xalqların Demokratik Partiyasının (HDP) nümayəndəsi Serpil Kemalbay Pekgözegüyə, 33-ü isə "İYİ Parti"nin nümayəndəsi İmam Hüseyn Filizə səs verib. 3 deputat səs verməyib.xeber100.com

Fevral 24, 2019 8:03

Valyuta tənzimlənməsi sahəsində razılıq əldə edilib

ABŞ maliyyə anziri Stiven Mnuçin bəyan edib ki, Çin heyəti ilə danışıqlar zamanı tərəflər valyuta tənzimlənməsi sahəsində addımlar barədə razılığa gəliblər.Trend-in məlumatına görə, Mnuçin Ağ Evdə jurnalistlərlə söhbət zamanı deyib ki, söhbət valyuta bazarının tənzimlənməsi sahəsində "final razılaşmadan" gedir.Nazir həmçinin deyib ki, tərəflər danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə edib.xeber100.com

Fevral 23, 2019 6:15

Sudan respublikası fövqəladə vəziyyət elan edib

Sudan prezidenti Ömər əl-Bəşir ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib.Trend-in məlumatına görə, prezident həmçinin hökumətin buraxıldığını da bildirib.“Bütün ölkə ərazisində bir illik fövqəladə vəziyyət elan olunur. Milli Həmrəylik Hökuməti, bütün ştatlarda yerli hökumət orqanları buraxılır”, - deyə o bildirib.xeber100.com

Fevral 23, 2019 6:04
    Page 89 of 299« First«...102030...8788899091...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az