05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub

Bakıda təlim-məşq toplanışı keçirəcək 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.AFFA-nın saytının verdiyi məlumata əsasən, “Qəbələ” klubunun üzvü Okan Təhməzli zədə səbəbindən toplanışda iştirak edə bilməyəcək. Onun əvəzinə “Səbail” klubunun üzvü Yaqub Yusubov hazırlıq prosesinə cəlb olunub.Qeyd edək ki, U-18-in toplanışı əvvəldən nəzərdə tutulduğu kimi aprelin 23-dən deyil, 24-dən başlayacaq.xeber100.com

Aprel 22, 2022 3:36

Şahmat üzrə ənənəvi “Kapablanka memorialı” keçirilir

Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı” keçirilir.Yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli ilk üç turda kubalı şahmatçılarla mübarizə aparıb. Belə ki, şahmatçımız birinci turda Yasser Perez Quesada ilə xalları yarı bölüb. O, növbəti görüşdə Daniel Karlos Kabreranı məğlub edib. Üçüncü turda Omar Quintana ilə heç-heçə edən V.Durarbəyli xalların sayını 2-yə çatdırıb. Bu nəticə ilə turnir cədvəlinin liderindən yarım xal geri qalan təmsilçimiz 3-4-cü yerləri bölüşür.Qeyd edək ki, turnirdə Kuba və Azərbaycan ilə yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edir.xeber100.com

Aprel 22, 2022 3:34

Futbol üzrə İngiltərə Premyer Liqasının XXX turunda

Futbol üzrə İngiltərə Premyer Liqasında XXX turdan təxirə salınmış "Liverpul" - "Mançester Yunayted" oyunu keçirilib."Enfild" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.Qolları Luis Dias 5-ci, Məhəmməd Salah 22-ci və 85-ci, Sadio Mane 68-ci dəqiqədə vurublar."Liverpul" ilk dövrədə də "Mançester Yunayted"i darmadağın etmişdi - 5:0.Hazırda mersisaydlılar 32 oyundan 76 xalla 1-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan "Mançester Siti" 74 xalla ikinci yerdə gedir. "Mançester Yunayted" isə 33 matçdan 54 xalla 6-cıdır.xeber100.com

Aprel 20, 2022 1:04

İtaliya kubokunun ilk yarımfinal mərhələsinin cavab oyunu keçirilib

Aprelin 19-da futbol üzrə İtaliya kubokunun ilk yarımfinal mərhələsinin cavab oyunu keçirilib."İnter" klubu öz meydanında "Milan" komandasına qalib gəlib - 3:0. Qolları Lautaro Martines 4-cü və 40-cı, Robin Qonsens 82-ci dəqiqədə vurub. İlk matç qolsuz yekunlaşmışdı.Qeyd edək ki, finalda "İnter" klubu "Fiorentina" - "Yuventus" cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk görüşü turinlilərin səfər qələbəsi ilə başa çatıb - 1:0.xeber100.com

Aprel 20, 2022 12:55

Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.Açılış matçı Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında olacaq. Saat 17:30-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.Əyalət təmsilçiləri indiyədək altı dəfə kubok yarışlarında rəqib olublar. Bunlardan dördü dörddəbir finala, biri yarımfinala, digəri isə finala təsadüf edib. Ümumilikdə baş tutan 11 görüşün 2-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblar. Beş oyunda heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam klubunun üstünlüyü var - 14:8.Digər görüşdə “Neftçi” klubu “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.İlk dəfə yarımfinalda görüşən paytaxt klublarının yolları dörddəbir finalda üç dəfə kəsişib. Əvvəlki altı oyunun yarısı “Zirə”nin, 2-si “Neftçi”nin xeyrinə başa çatıb. Bir görüşdə qalib müəyyənləşməyib. "Neftçi"nin vurduğu 6 qola "Zirə" 4 topla cavab verib.xeber100.com

Aprel 20, 2022 12:52

Azərbaycan Voleybol Federasiyası “Zəfər kuboku” yarışı təşkil edəcək

Azərbaycan Voleybol Federasiyası 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunan “Zəfər kuboku” yarışı təşkil edəcək.Federasiyanın mətbuat xidməti xəbər verir ki, aprelin 22-də kişi voleybolçular arasında start götürəcək yarışda Yüksək Liqada ilk dörd pillədə qərarlaşan “Murov”, “Neftçi”, MOİK və “Sərhədçi” komandaları mübarizə aparacaqlar.Kubok uğrunda oyunlar 2 gün davam edəcək. Püşkə əsasən, aprelin 22-də “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq yarışın ilk matçında “Neftçi” MOİK-lə gücünü yoxlayacaq. Görüş saat 15:00-da başlayacaq. Ardınca saat 17:00-da isə ev sahibləri “Sərhədçi”ni sınağa çəkəcəklər.Olimpiya sistemi ilə keçiriləcək turnirdə məğlub komandalar mübarizəni dayandıracaqlar. Kubokun final matçı aprelin 23-də saat 15:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.Qeyd edək ki, kubok yarışının final oyunundan sonra Azərbaycan Yüksək Liqasında, Super Liqada, həmçinin I Liqada fərqlənənlərin mükafatlandırma mərasimi keçiriləcək. Ardınca 2021/2022-ci il mövsümünün rəsmi bağlanışı olacaq.xeber100.com

Aprel 20, 2022 12:49

Güləş üzrə U-17 Azərbaycan çempionatına start veriləcək

Aprelin 19-da güləş üzrə U-17 Azərbaycan çempionatına start veriləcək. Yarışın ilk günündə 45, 51, 60, 71, 92, ikinci günündə isə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində yer alan sərbəst güləşçilər mübarizə aparacaqlar.Çempionatın keçiriləcəyi FHN İdman Sağlamlıq Mərkəzində sərbəst güləş üzrə məşqçilərin iştirakı ilə iclas keçirilib.Tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, eləcə də Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Yaşar Rzayev çıxış edərək yarışla bağlı fikir və tövsiyələrini çatdırıblar. Öz növbəsində məşqçilər müəyyən məsələlərlə bağı təkliflərini səsləndiriblər.İclas başa çatdıqdan sonra sərbəst güləş üzrə yarışlarım püşkatma mərasimi keçirilib.xeber100.com

Aprel 19, 2022 10:18

Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi davam edir

Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi davam edir.Yarışın altıncı günündə - aprelin 19-da Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq) və Sərxan Budaqov (80 kq) dörddəbir finalda mübarizə aparacaqlar.Avropa birinciliyində 40 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayır. Azərbaycan millisi oğlanların yarışına tam heyətlə qatılıb.Çempionatın qalibləri aprelin 21-də məlum olacaq.xeber100.com

Aprel 19, 2022 10:16

Futbol üzrə PSV və “Ayaks” komandaları üz-üzə gəlib

Futbol üzrə Niderland kuboku yarışının finalında PSV və “Ayaks” komandaları üz-üzə gəlib.Rotterdamda keçirilən həlledici görüşə “Ayaks” futbolçuları daha yaxşı başlayıblar. Birinci hissə Rayan Qravenberxin vurduğu qolla paytaxt təmsilçisinin üstünlüyü ilə bitib. Amma fasilədən sonra Eyndhoven komandası hesabı xeyrinə dəyişib. Erik Qutyeres və Kodi Qakpo qapını dəqiq nişan alıb.Beləliklə, 2:1 hesabı ilə qalib gələn PSV 10 ildən sonra turnirdə fəxri mükafata sahib çıxıb. Eyndhoven klubu tarixində 10-cu dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Bu nominasiyada rekord 20 dəfə titula yiyələnən “Ayaks”a məxsusdur.xeber100.com

Aprel 19, 2022 10:14

Azərbaycan Voleybol Federasiyasının məlumatına görə…

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2021/2022-ci il mövsümünün başa çatacağı vaxt bəlli olub. Dörd dövrəlik mübarizədə 5 klubun iştirakı ilə təşkil olunan yarışda son turun oyunları aprelin 20-də baş tutacaq.Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, günün ilk matçında “Neftçi” və “Murov” komandaları üz-üzə gələcəklər. Oyun saat 15:00-da başlayacaq.“Murov” voleybol klubunun idman zalında təşkil ediləcək XX turun və mövsümün son qarşılaşması isə “Sərhədçi” – MOİK komandaları arasında olacaq. Oyunun start fiti saat 17:00-da veriləcək.Qeyd edək ki, XIX turdan sonra “Murov” 41 xalla turnir cədvəlinə liderlik edir. “Neftçi” 36 xalla ikinci, MOİK 25 xalla üçüncü, 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” dördüncü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb.xeber100.com

Aprel 19, 2022 9:58
    Page 110 of 830« First«...102030...108109110111112...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az