03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şose velosipedi üzrə üçüncü mərhələyə yekun vurulub

Şose velosipedi üzrə Azərbaycan kuboku yarışında üçüncü mərhələyə yekun vurulub.Federasiyanın mətbuat xidmətinin məlumatılna görə, İsmayıllı rayonunda keçirilən yarışda müxtəlif yaş kateqoriyaları üzrə 60-a yaxın idmançı iştirak edib.Reqlamentə əsasən, qaliblər iki yarış gününün nəticəsinə görə müəyyənləşib. Qızlar arasında yekun nəticəyə əsasən, Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Viktoriya Sidorenko ikinci, Lala Abdurahmanova isə üçüncü olub. On yeddi yaşadək oğlanlar arasında Tural İsrafilov bütün rəqiblərini geridə qoyub. Tamerlan Vitovskiy və Ravi Rzayev isə 2-3-cü yerləri bölüşüblər.Gənclərin U-23 və elit yaş kateqoriyasında çıxış edən velosipedçilərin mübarizəsində Əli Qurbanov hamıdan güclü olub. Kamran Mirzəxanov və Elgün Əlizadə isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov təqdim ediblər. Mükafatlandırma mərasimi zamanı çıxış edən Mədət Quliyev qalibləri təbrik edib və Prezident İlham Əliyevə gənclərə yaratdığı şəraitə görə bütün velosipedçilər adından təşəkkürünü bildirib.xeber100.com

Aprel 10, 2022 10:17

Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub

Aprelin 10-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.Turun son oyununda "Qəbələ" autsayder "Səbail"in qonağı olub."ASCO Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Paytaxt təmsilçisinin heyətində qolları 41-ci dəqiqədə Adil Nağıyev, 67-ci dəqiqədə Nikolas Raysel və 73-cü dəqiqədə İbrahim Aslanlı vurublar.Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Səbail" sonuncu pillədəki mövqeyində qalıb. "Qəbələ" isə 34 xalla 4-cüdür. Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Şamaxı"ya 2:1, "Sabah" evdə "Zirə"yə 3:1 və "Qarabağ" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.xeber100.com

Aprel 10, 2022 10:15

Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub

Aprelin 10-da futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.XXXII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"la qarşılaşıb."Ülkər" stadionunda oynanılan oyun "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.Meydan sahiblərinin heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar.Bu qələbədən sonra xallarını 59-a çatdıran "Fənərbağça" 2-ci pilləyə yüksəlib. "Qalatasaray" isə 41 xalla 14-cü pilləyə geriləyib.xeber100.com

Aprel 10, 2022 10:13

Futbol üzrə dörddəbir final mərhələsinə start verilib

Futbol üzrə UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinə start verilib.Görüşlərin hamısı eyni gündə keçirilib. "Slaviya" (Praqa) Niderlandda "Feyenoord"la bərabərə qalıb 3:3. PSV "Lester"in qonağı olub və qolsuz heç-heçə edib.Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransanın "Marsel" klubu doğma meydanda Yunanıstanın PAOK komandasını 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində qolları Jerson Santos və Dmitri Payet vurublar. Qonaqlardan isə Ömər Əl-Kədduri fərqlənib.Turnirin favoritlərindən İtaliyanın "Roma" klubu Norveçdə "Budyo-Qlimt"ə uduzub - 1:2. Bu komandalar eyni qrupda mübaizə aparıb. Hər iki görüşdə Norveç təmsilçisi məğlub olmayıb (6:1, 2:2).İngiltərədənın "Lester Siti" və Niderlandın PSV komandası arasında baş tutan görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.Dörddəbir final mərhələsinin cavab matçları aprelin 14-də oynanılacaq.xeber100.com

Aprel 8, 2022 10:00

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsində

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.UEFA-nın saytına istinadla xəbər verir ki, bu ada İspaniya "Real Madrid"in hücumçusu Kərim Benzema layiq görülüb.Otuz beş yaşlı fransalı forvard səsvermədə İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Covani Lo Çelsonu, İngiltərənin "Liverpul" klubundan Luis Diası və "Mançester Siti"dən Kevin De Brüyneni geridə qoyub.Qeyd edək ki, Kərim Benzema "Real Madrid"in İngiltərədə "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldiyi matçda het-trik edib.xeber100.com

Aprel 8, 2022 9:57

Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib

Ankarada təlim-məşq toplanışını davam etdirən kişi basketbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.Milli komandamız Super Liqa təmsilçisi “Afyon HDİ” klubu ilə üz-üzə gəlib. Yığmamız bu görüşdə 77:79 hesabı ilə məğlub olub.Azərbaycan millisinin heyətində Zaur Paşayev və Endar Poladxanlı hərəyə 18, Amil Həmzəyev isə 17 xal toplamağı bacarıb.Xatırladaq ki, komandamız bundan əvvəlki yoxlama matçında Türkiyənin köklü komandalarından sayılan “Türk Telekom”un U-20 basketbolçularına 64:62 hesabı ilə qalib gəlmişdi.xeber100.com

Aprel 8, 2022 9:54

Şahmatçılar arasında dünya çempionatı keçiriləcək

Bu il iyunun 19-30-da İtaliyada 50 və 65 yaşdan yuxarı şahmatçılar arasında komanda dünya çempionatı keçiriləcək.Bu barədə Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytında məlumat verilib. Qeyd edilib ki, hər komandanın heyəti 4 əsas və 1 ehtiyat oyunçudan ibarət olacaq.Çempionatın mükafat fondu 10 min avro təşkil edir. Hər kateqoriya üzrə ilk 3 yeri tutan komandalara kubok və medallar təqdim ediləcək. Hər lövhədə ilk 3-lükdə qərarlaşan şahmatçılara isə əlavə mükafatlar (kuboklar və medallar) veriləcək.Turnirin birinci mərhələsi iyunun 20-də başlayacaq, qalib isə iyunun 29-da müəyyənləşəcək.xeber100.com

Aprel 8, 2022 9:52

Azərbaycan Cüdo Federasiyasının məlumatı əsasında…

Azərbaycan millisi beynəlxalq turnirlərə hazırlıq məqsədi ilə aprelin 4-də Türkiyənin Antalya şəhərində start götürən cüdo üzrə təlim-məşq toplanışına qatılıb.Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, ayın 10-dək davam edəcək təlim-məşq toplanışında Antalyada aprelin 1-3-də keçirilmiş “Böyük dəbilqə” turnirinin iştirakçıları ilə yanaşı, Azərbaycan yığma komandasının digər üzvləri də iştirak edirlər. Hazırlığa, ümumilikdə qadınlardan və gənc qızlardan ibarət yığmanın heyətində 34, kişilərdən və gənc oğlanlardan ibarət komandanın heyətində isə 54 idmançı qatılıb.Komandamızın təlim-məşq toplanışında iştirakında əsas məqsəd idmançılarımızın fiziki və taktiki-texniki hazırlıq mərhələlərini keçərək bacarıqlarını təkmilləşdirmək, yaxın gələcəkdə beynəlxalq turnirlərdə yüksək nəticə əldə etməkdir.Qeyd edək ki, Azərbaycanın milli komandası aprelin 29–dan mayın 1-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.xeber100.com

Aprel 4, 2022 3:16

Beynəlxalq Olimpiya Komitəsi Yay Olimpiya Oyunlarının formatını təsdiqləyib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının formatını və onların ilkin təqvimini təsdiqləyib.Yaxın vaxtlarda BOK-un rəsmi saytında 2024-cü il Olimpiya Oyunları üçün Milli Olimpiya komitələri və idmançıların seçilməsinin mümkün yollarını təsvir edən ətraflı sənəd dərc olunacaq. Bildirilir ki, 2024-cü ilin mart-iyun aylarında qayayadırmanma, skeytbordinq, breykdans və velosiped idmanının BMX-fristayl növü üzrə dördgünlük üç turnir-festival keçiriləcək. Bu yarışlarda idmançılar Olimpiadada iştirak etmək hüququ uğrunda mübarizə aparacaqlar.Həmçinin, “Paris-2024”ün təşkilat komitəsi ilə birlikdə yarış sessiyalarının ilkin başlama və bitmə vaxtları təsdiqlənib. Cədvəl elə planlaşdırılıb ki, bütün olimpiyaçılar təntənəli açılış və bağlanış mərasimlərində iştirak edə bilsinlər. Olimpiadada 32 idman növü üzrə 329 medal dəsti oynanılacaq.Paris Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.xeber100.com

Aprel 4, 2022 3:14

FIDE Qran-Pri seriyasının final oyunları davam edir

Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin final oyunları davam edir.Həlledici mərhələdə ABŞ təmsilçiləri Hikaru Nakamura və Uesli So mübarizə aparırlar.Bu gün şahmatçılar ikinci görüşü keçirəcəklər.Qeyd edək ki, birinci görüşdə heç-heçə qeydə alınıb.Yarışın əsasnaməsinə görə, final iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.Xatırladaq ki, Hikaru Nakamura Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu, Uesli So isə iranlı Amin Tabatabayini məğlub edərək finala yüksəliblər.Turnirə aprelin 4-də yekun vurulacaq.xeber100.com

Aprel 3, 2022 1:59
    Page 113 of 830« First«...102030...111112113114115...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az