05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Real Madrid”in forvardı yeni rekorda imza atıb

“Real Madrid”in forvardı Kərim Benzema yeni rekorda imza atıb.34 yaşlı hücumçu buna La Liqanın altıncı turunda “Malyorka”nı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.Fransalı forvard qarşılaşmada iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.Beləliklə, o, 6 turdan sonra 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Bu da Avropanın “Top-5” liqalarında XXI əsrdə bir futbolçu üçün rekord göstərici hesab edilir. Benzema bu görüşdə La Liqada 200-cü qoluna da imza atıb.Qeyd edək ki, “Real Madrid” 16 xalla turnir cədvəlinə başçılıq edir.xeber100.com

Sentyabr 23, 2021 3:41

Futbol üzrə Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb

Futbol üzrə Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb.Çempionatın tarixində ən erkən qol vurulub. Bu, “Qaziantep” – “Başakşehir” matçında gerçəkləşib.Meydan sahiblərinin hücumçusu Muhammet Demir 10-cu saniyədə topu rəqib qapısından keçirib.Qeyd edək ki, bu göstəricidə rekord “Dənizlispor”un trinidad və tobaqolu sabiq hücumçusu Derril Robertsə məxsus idi. O, 2008/2009-cu il mövsümündə “Eskişehispor”la matçın 12-ci saniyəsində qol vurmuşdu.xeber100.com

Sentyabr 23, 2021 3:40

UEFA Avropa çempionatının mükafat fondunun artırılmasını təsdiqləyib

UEFA-nın İcraiyyə Komitəsi qadın futbolçular arasında Avropa çempionatının mükafat fondunun artırılmasını təsdiqləyib.Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.Qadınlar arasında Avropa çempionatı 2022-ci ildə İngiltərədə keçiriləcək. Qərara əsasən, 16 komanda 16 milyon avroluq mükafat uğrunda mübarizə aparacaq. 2017-ci ildə Niderlandda keçirilmiş Avropa çempionatında mükafat fondu 8 milyon avro təşkil edib.Qadınlar arasında futbol üzrə Avropa çempionatı dörd ildən bir keçirilir. Keçən il təşkili planlaşdırılan turnir koronavirus pandemiyası səbəbindən bir il təxirə salınıb.xeber100.com

Sentyabr 23, 2021 3:38

UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turunda

UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.AZƏRTAC xəbər verir ki, UEFA-nın açıqladığı göstəricilərə görə, ən yaxşılar sırasında “Bazel”lə heç-heçə edən “Qarabağ”ın futbolçuları da yer alıblar. Abbas Hüseynov və Kadi Borqesin cinah ötürmələri xüsusi qeyd olunub. Onlar hərəyə 5 dəfə qapı önünə dəqiq ötürmə ediblər. Hər iki futbolçu Konfrans Liqasının bu göstəricidə ən yaxşı 5 oyunçusundan biridir.“Qarabağ”ın kapitanı Maksim Medvedev turnirin ən yaxşısıdır. O, 14 dəfə rəqibdən top alıb. Komanda yoldaşı Kevin Medinada bu rəqəm yalnız 8-ə bərabərdir.Qeyd edək ki, “Qarabağ”-“Bazel” matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.xeber100.com

Sentyabr 23, 2021 3:34

UEFA Gənclər Liqasının seçmə mərhələsinin ilk turu çərçivəsində

UEFA Gənclər Liqasının seçmə mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Alkmaar” (Niderland) qarşılaşmasının biletləri satışa çıxarılıb.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 1 və 3 manatdır.Biletlərdən əldə olunan gəlir Qəbələ rayonundakı aztəminatlı məktəblilərin tədris xərcləri üçün istifadə olunacaq.Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.xeber100.com

Sentyabr 22, 2021 3:44

Şahmatçılar arasında Avropa kuboku yarışının oyunları keçirilib

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 5-ci turunun oyunları keçirilib.Qrosmeysterimiz Şəhriyar Məmmədyarov 5-ci turda dünya çempionu Maqnus Karlsenlə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb. Qeyd edək ki, Ş.Məmmədyarovun yer aldığı Makedoniyanın “Alkaloid” komandası bu turda Norveçin “Offerspill Chess Club”unu 5,5:0,5 hesabı ilə məğlub edib.Qrosmeysterlərimizdən Nicat Abasovun təmsil olunduğu İspaniyanın “Silla” komandasının isə İsrailin “Beer Shev” yığması ilə qarşılaşması heç-heçə ilə başa çatıb.Qeyd edək ki, Azərbaycanı Avropa kuboku yarışında təmsil edən “Vüqar Həşimov” komandası 5-ci turda Fransanın “Asnıeres Le Grand Echiquier” yığması üzərində 5,5:0,5 hesablı qələbə qazanıb. Aktivində 7 xal olan komandamız 13-cü pillədən 8-ə yüksəlib. “Silla” 9 xalla liderlər qrupunda mübarizə aparır. “Alkaloid” isə 8 xalla 4-cü yerdədir.Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.xeber100.com

Sentyabr 22, 2021 3:42

“Neftçi” futbol klubunun legioneri Premyer Liqanın tarixinə düşüb

Sezar Meza Kolli “Neftçi”nin heyətində Premyer Liqada ilk qolunu vurub. Paraqvaylı futbolçu çempionatın dördüncü turunun “Keşlə” ilə görüşündə (3:0) fərqlənib. Sezar bunadək “Keşlə” və “Zirə”də də rəqib qapısına yol tapıb.Meza Kolli Premyer Liqa tarixində 3 və ya daha çox klubda qol vuran 10-cu cənubi amerikalı olub. Bu göstəricidə rekord Leonardo Roşaya məxsusdur. Braziliyalı 4 klubda – “Standard”, “Keşlə”, “Bakı” və “Qarabağ”da qol vurub.Braziliyalılar Denis Silva, Junivan Suares, Junior Osvaldo, Junior Nildo, Mario Souza, onların Azərbaycan millisində oynamış həmyerliləri Fabio Luis Ramim, Leandro Qomeş, həmçinin uruqvaylı Anxel Qutyerres də Sezar kimi üç müxtəlif klubun heyətində qol sevinci yaşayıb.xeber100.com

Sentyabr 21, 2021 9:49

Şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.Sentyabrın 20-də turnirin üçüncü turunun oyunları keçirilib. Bu turda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu İsrailin “Beer Sheva” komandası ilə qarşılaşıb. Şahmatçılarımız İsrail yığmasına 2:4 hesabla məğlub olublar.Qeyd edək ki, aktivində 4 xal olan komandamız ötən turlarda Moldova və İrlandiya yiğmaları üzərində qələbə qazanıb.Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarovun mübarizə apardığı Makedoniyanın “Alkaloid” komandası Nicat Abasovun heyətində yer aldığı İspaniyanın “Silla” komandası ilə üz-üzə gəlib. Yarışın favoriti olan Makedoniya yığması İspaniya komandasına 2,5:3,5 hesabla məğlub olub. Qeyd edək ki, Şəhriyar Məmmədyarov ukraynalı Anton Korobov ilə heç-heçə edib, Nicat Abasov isə rusiyalı şahmatçı Daniil Dubov üzərində qələbə qazanıb.Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.xeber100.com

Sentyabr 21, 2021 9:47

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.Komandamız “ASK Arena”da Danimarka millisi ilə qarşılaşacaq.Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Zuzana Valentova olacaq. Ona Maria Sukenikova və Miroslava Pastorekova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Maria Krcova yerinə yetirəcək.Qeyd edək ki, millimiz ilk oyununda Rusiya yığmasına 0:2 hesabı ilə məğlub olub.xeber100.com

Sentyabr 21, 2021 9:46

Avropa Konfrans Liqasında üçüncü turun oyunları keçirilib

Futbol üzrə Kipr çempionatında üçüncü turun oyunları keçirilib.Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.Komanda doğma meydanda “Doxa” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:1. Matçın 73-cü dəqiqəsində qapısından qol buraxan, 85-ci dəqiqədə azlıqda qalan “Omoniya”, qələbəni 90+3-cü və 90+8-ci dəqiqələrdə vurduğu qollarla qazanıb.“Omoniya” 3 turdan sonra 3 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.Qeyd edək ki, “Qarabağ”ın “Omoniya” ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.xeber100.com

Sentyabr 21, 2021 9:44
    Page 156 of 830« First«...102030...154155156157158...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az