İtaliya millisinin Avropa çempionatında iştirak edəcək yekun heyəti açıqlanıb

Futbol üzrə İtaliya millisinin Avropa çempionatında iştirak edəcək yekun heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Roberto Mançini milliyə 26 futbolçu çağırıb.Heyətdə qapıçılardan Canluici Donnarumma (“Milan”), Aleks Meret (“Napoli”) və Salvatore Siricu (“Torino”) yer alıblar. Müdafiəçilərdən Françesko Açerbi (“Latsio”), Alessandro Bastoni (“İnter”), Leonardo Banuççi, Corco Kyellini (“Yuventus”), Covanni Di Lorenso (“Napoli”), Emerson Palmeri (“Çelsi”), Alessandro Florenzi (“Paris Sen-Jermen”), Leonardo Spinatsola (“Roma”), Rafael Toloy (“Atalanta”) heyətə cəlb olunublar. Baş məşqçi yarımmüdafiə xətti üçün komandada Nikolo Borella, Stefano Sensi (“İnter”), Brayan Kristante, Lorenso Pelleqrini (“Roma”), Manuel Lokatelli (“Sassuolo”), Marko Verratti (“Paris Sen-Jermen”) və Jorjinyoya (“Çelsi”) şans verib. Hücumçulardan isə Andrea Belotti (“Torino”), Domeniko Berardi, Cakomo Raspadori (“Sassuolo), Federiko Bernardeski, Federiko Kieza (“Yuventus”), Ciro İmmobile (“Latsio”) və Lorenso İnsinya (“Napoli”) heyətə cəlb olunublar.“Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İtaliya millisi Türkiyə, Uels və İsveçrə seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq. Dördqat dünya çempionları bu komandalarla doğma meydanda - Romada qarşılaşacaq.Bakı Olimpiya Stadionu A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. Belə ki, iyunun 12-də Uels-İsveçrə, 16-da Türkiyə-Uels, 20-də İsveçrə-Türkiyə qarşılaşmaları Bakıda oynanılacaq. Dörddəbir final mərhələsinin qarşılaşması isə Bakıda iyulun 3-də keçiriləcək.xeber100.com

İyun 2, 2021 7:15

UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində

UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “Avro-2020”yə ev sahibliyi edəcək ölkələrdə uşaqlar arasında futbolun kütləviliyinin artırılması, onlar arasında qarışıq rəqabət və yeni oyun formatı yaratmaq, uşaqlara futbol qaydalarını hörmətlə öyrətmək, uşaqların yazı bacarıqlarını və təhsil dəyərlərini təbliğ etmək, UEFA Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin iştirakını genişləndirmək və digər məqsədlərlə “Build Bridges” layihəsi təşkil ediləcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, layihəyə “Avro-2020”yə ev sahibliyi edəcək şəhərlərdə fəaliyyət göstərən məktəblərdə təhsil alan 11-13 yaşlı uşaqlar (qız, oğlan) qatıla bilərlər.Layihə onlayn platforma üzərindən müxtəlif kriteriyalara uyğun olaraq (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) keçiriləcək. Qeyd edək ki, bir iştirakçı platformada yerləşdirilən bütün nominasiyalar üzrə (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) iştirak edə bilər. Yarış iyunun 4-dək davam edəcək. İştirak etmək istəyənlər bu müddət ərzində qeydiyyatdan keçərək yarışa qatıla bilər. Yarış ərzində qeydiyyat prosesi açıq olacaq.xeber100.com  

May 30, 2021 11:11