05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Trabzonspor” futbol klubu heyətinə braziliyalı müdafiəçi cəlb edib

Türkiyənin “Trabzonspor” futbol klubu heyətinə braziliyalı müdafiəçi cəlb edib.Azərtac xəbər verir ki, Super Liqa təmsilçisi Braziliyanın “Fluminense” klubunun 23 yaşlı müdafiəçisi Marlon Xavieri icarəyə götürüb. Braziliyalı futbolçu ilə birillik müqavilə imzalanıb.Qeyd edək ki, 2017-ci ildən “Fluminense”nin futbolçusu olan M.Xavier son mövsümü icarə əsasında “Boavista”da keçirib. Müdafiəçi ötən mövsüm ərzində keçirdiyi 27 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.xeber100.com

Avqust 13, 2020 1:17

“Neftçi” futbol klubu ikigünlük fasilədən sonra məşqləri bərpa edib

Yeni mövsümə hazırlaşan Bakının “Neftçi” futbol klubu ikigünlük fasilədən sonra məşqləri bərpa edib.Azərtac kluba istinadla xəbər verir ki, komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlıq keçib.“Neftçi” avqustun 27-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq. Oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq. Avqustun 21-də start götürəcək Premyer Liqada yeni mövsümün püşkü isə avqustun 12-də atılacaq.xeber100.com

Avqust 12, 2020 1:35

Milli Basketbol Assosiasiyasının çempionatında mübarizə davam edir

Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında mübarizə davam edir.Azərtac xəbər verir ki, Qərb konfransında çıxış edən “Sakramento Kinqz” və “Nyu-Orleans Pelikans” klubları qarşılaşıblar.Oyun Orlandoda keçirilib və qarşılıqlı hücumlarla başlayan ilk hissədə “Nyu-Orleans Pelikans” üstün olub – 29:27. İkinci dövrədə hücumlarını gücləndirən Sakramento təmsilçiləri böyük fasiləyə 1 xal fərqi ilə irəlidə yollanıblar.Qarşıdakı hissələrdə isə rəqibi ilə müqayisədə daha yaxşı çıxış edən “Sakramento Kinqz” yekunda qələbə qazanıb – 112:106.

Avqust 12, 2020 1:33

FIFA futbol üzrə 2023-cü ildə keçiriləcək seçmə oyunları təxirə salıb

FIFA futbol üzrə 2023-cü ildə keçiriləcək Asiya kubokunun və 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya üzrə seçmə mərhələ oyunlarını təxirə salıb.Azərtac xəbər verir ki, oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılan oyunların koronavirus səbəbi ilə təxirə salındığı bildirib.Qeyd edək ki, hər iki turnirdə seçmə mərhələnin oyunları növbəti il keçiriləcək.xeber100.com

Avqust 12, 2020 1:27

Sürətli şahmat üzrə dostluq görüşü keçirilib

Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü keçirilib.Azərtac xəbər verir ki, 6 turdan ibarət yarışın yekun nəticələrinə görə, Azərbaycan komandası Türkiyə yığmasına 26:10 hesabı ilə qalib gəlib.Qeyd edək ki, komandamızın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayeva, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı və Gövhər Beydullayeva mübarizə aparıblar.xeber100.com

Avqust 11, 2020 10:37

2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib

İtaliyanın "Yuventus" futbol klubunda 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.Azərtac xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən Kriştianu Ronaldu birinci olub.Qeyd edək ki, portuqaliyalı hücumçu A seriyasında başa çatan mövsümdə 33 matçda 31 qol vurub, 6 məhsuldar ötürmə edib.xeber100.com

Avqust 11, 2020 10:35

“Qəbələ” futbol klubu heyətinə yeni futbolçu qatıb

Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, "qırmızı-qaralar” heyətini albaniyalı müdafiəçi Yurgen Qoxa ilə gücləndirib. 28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.Karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçi ötən mövsüm icarə əsasında “Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub. Bunadək arxa xətt oyunçusu “İliriya” (2014-2015), “Erzeni” (2015-2016, 2017-2018), “Beseldja” (2016), “Şenkoli” (2017) və “Tirana” (2019-2020) klublarında forma geyinib.xeber100.com

Avqust 11, 2020 10:32

UEFA Avropa Liqasının final mərhələsinin ikinci oyunu keçirilib

Avqustun 10-da UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ikinci oyunu keçirilib.Azərtac xəbər verir ki, Kölndə İngiltərənin “Mançester Yunayted” komandası isə Danimarkanın “Kopenhagen”i üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib - 1:0.Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə “İnter” və “Mançester Yunayted” üz-üzə gələcək. Avqustun 16-da Kolndə təşkil olunacaq ilk yarımfinal cütünün tərkibi isə bu gün müəyyənləşəcək. Duysburqdakı “MSV Arena”da İngiltərənin “Vulverhempton” klubu İspaniyanın “Sevilya” komandası ilə üz-üzə gələcək. Gelzenkirxendəki “AufŞalke Arena”da isə Ukraynanın “Şaxtyor” klubu İsveçrənin “Bazel” komandası ilə qarşılaşacaq.xeber100.com

Avqust 11, 2020 10:30

“Çelsi” futbol klubunun futbolçusu komandadan ayrılıb

İngiltərənin "Çelsi” klubunun futbolçusu Villian komandadan ayrılıb.Azərtac xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu barədə “Instagram” hesabında bildirib.“İrəli hərəkət etmək vaxtı çatıb. Komanda yoldaşlarım üçün darıxacağam. Klubun əməkdaşları və azarkeşlər üçün darıxacağam. Burda qalib gəldiyimi bilərək, başımı dik tutub gedirəm”, - deyə o qeyd edib.Xatırladaq ki, Braziliya millisinin üzvü 2013-cü ildən London klubunda çıxış edirdi.xeber100.com

Avqust 10, 2020 1:58

“World Open” beynəlxalq şahmat turnirinə yekun vurulub

Onlayn qaydada keçirilən “World Open” beynəlxalq şahmat turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan təmsilçisi Qədir Hüseynov turnirdə 9 turdan 6,5 xal toplayaraq 6-cı sırada qərarlaşıb. Turnirin qalibi 7,5 xalla Hindistan təmsilçisi Panneerselvam İniyan olub.İsveçrə sistemi üzrə keçirilən yarışda 122 şahmatçı iştirak edib ki, onlardan da 30-u qrossmeyster olub.xeber100.com

Avqust 10, 2020 1:55
    Page 254 of 830« First«...102030...252253254255256...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az