03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Fənərbağça” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Fənərbağça” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, bu vəzifəyə İstanbul təmsilçisinin sabiq futbolçusu Erol Bulut təyin edilib. Onunla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.Qeyd edək ki, E.Bulutun son klubu “Alanyaspor” olub.xeber100.com

Avqust 6, 2020 11:23

Avropa Triatlon İttifaqı növbəti reytinq cədvəlini açıqlayıb

Avropa Triatlon İttifaqı qadın idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kseniya Levkovskaya reytinq cədvəlində mövqeyini qoruyub. Belə ki, hesabında 1415 xal olan təmsilçimiz 47-ci pillədə qərarlaşıb.Reytinq cədvəlinin ilk üç pilləsində Böyük Britaniya təmsilçiləri – Corciya Teylor-Braun, Cessika Lernmos və Viki Holland yer alıblar.xeber100.com

Avqust 5, 2020 8:43

Tennisçilər arasında beynəlxalq turnir davam edir

İtaliyanın Palermo şəhərində qadın tennisçilər arasında beynəlxalq turnir davam edir. Mükafat fondu 163 min ABŞ dolları olan WTA seriyalı turnirdə onaltıdabir final mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, birinci mərhələdə sloveniyalı Kayya Yuvanla çexiyalı Marketa Vondrouşova qarşılaşıblar. Görüş 2 saat yarım çəkib. Mübarizəyə çexiyalı raketka ustası daha yaxşı başlayıb. İlk setdə 6:1 hesablı üstünlük qazanan M.Vondrouşova sonradan təşəbbüsü əldən verib. Növbəti hissədə 7:5 hesabı ilə qalib gələn K.Yuvan tarazlığı bərpa edib. Sonuncu hissə də K.Yuvanın xeyrinə başa çatıb. Beləliklə, sloveniyalı tennisçi səkkizdəbir finala yüksəlib. Növbəti mərhələyə adlayanlar arasında almaniyalı Laura Ziqmund, italiyalı Sara Errani, onun həmyerlisi Elizabetta Koçaretto, fransalı Fiona Ferro və digərləri var.Pandemiyaya görə 5 aylıq fasilədən sonra keçirilən WTA seriyalı turnirə avqustun 9-da yekun vurulacaq.xeber100.com    

Avqust 5, 2020 8:38

Portuqaliya Futbol Federasiyası mövsümün tarixini açıqlayıb

Portuqaliya Futbol Federasiyası ölkə çempionatının 2020/2021-ci il mövsümünün start götürəcəyi tarixi açıqlayıb.Azərtac xəbər verir ki, yüksək liqada mübarizəyə sentyabrın 20-də start veriləcək.Portuqaliya çempionatında 2019/2020-ci il mövsümü iyulun sonunda başa çatıb. Bütün rəqiblərini qabaqlayan “Porto” çempionluq tituluna sahib çıxıb.xeber100.com

Avqust 5, 2020 8:34

“Espanyol” futbol klubunun yeni baş məşqçisi bəlli olub

İspaniyanın “Espanyol” futbol klubunun yeni baş məşqçisi bəlli olub.Azərtac xəbər verir ki, yeni mövsümdən Sequndada mübarizə aparacaq komandanı Visente Moreno çalışdıracaq. Mütəxəssis ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb.Qeyd edək ki, Morenonun sonuncu klubu “Malyorka” olub.xeber100.com

Avqust 5, 2020 8:30

Avropa Liqasının 2020/2021-ci il mövsümünün püşkü atılacaq

Avqustun 9-da Çempionlar Liqası, ertəsi gün isə Avropa Liqasının 2020/2021-ci il mövsümünün püşkü atılacaq.Azərtac xəbər verir ki, UEFA İsveçrənin Nyon şəhərində keçiriləcək tədbiri koronavirus pandemiyasına görə onlayn təşkil ediləcək. Bu səbəbdən klubların nümayəndələri tədbirə dəvət edilməyib.“Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında mübarizə aparacaq.xeber100.com

Avqust 5, 2020 8:28

“Beşiktaş” futbol klubu futbolçu transfer etmək istəyir

“Beşiktaş” klubu İngiltərə Premyer Liqasından futbolçu transfer etmək istəyir.Azərtac xəbər verir ki, komanda “Norviç”in finlandiyalı hücumçusu Tyemu Pukkini heyətə cəlb etmək üçün çalışır.Tərəflər arasında razılaşmanın şərtləri ilə bağlı hələlik məlumat verilmir. Türkiyə mətbuatının məlumatına görə, “Norviç” futbolçu ilə bağlı açıqlama verib. İngiltərə tərəfi 30 yaşlı oyunçunun bir neçə klubun diqqətində olduğunu vurğulayıb. Lakin hazırda ən iddialı tərəfin isə Türkiyənin “Beşiktaş” klubu olduğunu bildirib.xeber100.com

Avqust 4, 2020 6:43

Milli Basketbol Assosiasiyasının növbəti oyunu keçirilib

Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsinin növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, Qərb konfransında çıxış edən iki komanda “Oklahama Siti Tanders” və “Denver Naqqets” üz-üzə gəliblər. Son üç görüşdə məğlub olan Denver basketbolçuları bu dəfə ümidləri doğruldublar. Əksinə, 7 oyundur ardıcıl qələbəyə sevinən Oklahoma komandası isə məğlub olub. Birinci hissədə “Denver Naqqets” 1 xal fərqi ilə üstün olub. İkinci periodu isə 29:27 hesabı ilə Oklahama təmsilçiləri öndə başa vurublar. Qarşıdakı iki hissədə tərəflər xala-xal prinsipi ilə mübarizə aparıblar və hərəyə 109 xal qazanıblar. Qalibi müəyyən etmək üçün əlavə vaxtda daha yaxşı çıxış edən “Denver Naqqets” yekunda 121:113 hesabı ilə qələbə qazanıb. Qonaqların heyətində Maykl Porter 37 xal və 12 ribaundla gecənin ən yaxşı basketbolçusu seçilib.Qeyd edək ki, 44-cü qələbəsini qazanan “Denver Naqqets” Qərb konfransında üçüncü pillədə qərarlaşıb. “Oklaham Siti Tanders” altıncıdır. Yarış cədvəlinə isə “Los-Anceles Leykers” başçılıq edir. Şərq konfransında isə “Miluoki Baks” liderdir.xeber100.com

Avqust 4, 2020 6:41

“Kalyari” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

İtaliyanın “Kalyari” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Azərtac klubun saytına istinadla xəbər verir ki, bu vəzifəyə Eusebio Di Françesko təyin edilib. Mütəxəssislə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.“Roma”nın sabiq baş məşqçisi Françeskonun son klubu “Sampdoriya” olub.Xatırladaq ki, “Kalyari” İtaliya A seriyasını 45 xalla 13-cü pillədə başa vurub.xeber100.com

Avqust 4, 2020 6:39

“Səbail” futbol klubu Florian Kadriunun keçidini həll edib

Bakının “Səbail” futbol klubu Florian Kadriunun keçidini həll edib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb. O, 2020/2021-ci il mövsümünün sonunadək “Səbail”in formasını geyinəcək.Qeyd edək ki, Kadriu Albaniyada “Tirana” və “Teuta”, Şimali Makedoniyada isə “Şkupi”, “Rabotniçki” və “Renova” klublarında çıxış edib.xeber100.com

Avqust 4, 2020 6:37
    Page 257 of 830« First«...102030...255256257258259...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az