05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Səbail” futbol klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb

Bakının “Səbail” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi Adil Nağıyev ilə razılıq əldə edib. İyirmi beş yaşlı müdafiəçi 2020/2021-ci il mövsümündə də “Səbail”in formasını geyinəcək.Qeyd edək ki, “Səbail” daha əvvəl Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli və Peyman Keşavarzın müqaviləsini daha bir il artırıb. Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda Eltun Yaqublu, Şəhriyar Rəhimov və Maykl Essyenlə yollarını ayırıb. İcarə müddəti başa çatan Fəhmin Muradbəyli “Neftçi”yə, Ruslan Hacıyev isə “Qarabağ”a qayıdıb.xeber100.com

İyul 20, 2020 12:53

“Qarabağ” futbol komandasının yeni kapitanı məlum oldu

2019-2020-ci il mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" komandasının yeni kapitanı müəyyənləşib.Azərtac xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Maksim Medvedev Ağdam təmsilçisinin kapitanı olub.Rəşad Sadıqovun gedişindən sonra kapitanlıq sarğısı birdəfəlik 31 yaşlı müdafiəçiyə həvalə edilib.Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.O, Ağdam təmsilçisi ilə 7 dəfə ölkə çempionatının qalibi olub. Təcrübəli müdafiəçi 3 dəfə ölkə kubokunu qazanıb.xeber100.com

İyul 19, 2020 8:38

İngiltərə kubokunun ilk finalçısı müəyyənləşib

İyunun 18-də İngiltərə kubokunun ilk finalçısı müəyyənləşib.Azərtac xəbər verir ki, turnirin yarımfinal görüşündə “Arsenal” klubu “Mançester Siti” komandası ilə üz-üzə gəlib.Görüş “Arsenal”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hər iki qolun müəllifi London təmsilçisinin əsas qol silahı sayılan Pyer Emerik-Obameyanq olub.Bu qələbə sayəsində “Arsenal” İngiltərə kubokunun finalına vəsiqə qazanıb.Qeyd edək ki, turnirin digər yarımfinalı iyulun 19-da “Çelsi” və “Mançester Yunayted” komandaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.xeber100.com

İyul 19, 2020 8:34

İspaniya La Liqasının sonuncu turunun oyunlarına start verilib

Futbol üzrə İspaniya La Liqasının sonuncu - 38-ci turun oyunlarına start verilib.Azərtac xəbər verir ki, çempionatda gümüş medalların artıq təmin edən “Barselona” sonuncu turda səfərdə “Depoetivo Alaves” komandasının qonağı olub.Görüş Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.“Barselona”nın heyətində Ansu Fati, Lionel Messi (2), Nelson Semedu və Luis Suares fərqləniblər.“Barselona” 38 tura 82 xal, “Deportivo Alaves” isə 39 xal toplayıb.Turun son 9 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.xeber100.com

İyul 19, 2020 8:32

İngiltərə Premyer Liqasının 37-ci turun növbəti oyunu keçirilib

Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Tottenhem” öz meydanında “Lester Siti”ni qəbul edib.“Uebli” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb.London təmsilçisinin heyətində Jeyms Jastin (avtoqol) və Hari Keyn (2) fərqləniblər.Bu qələbə sayəsində xal ehtiyatını 58-ə çatdıran “Tottenhem” turnir cədvəlində 6-cı, “Lester Siti” isə 62 xalla 4-ci yerdə qərarlaşıb.xeber100.com

İyul 19, 2020 8:30

İspaniya La Liqasındakı ikinci komanda müəyyənləşib

İspaniya La Liqasına yüksələn ikinci komanda müəyyənləşib.Azərtac xəbər verir ki, Sequndanın 41-ci turunun “Numansiya” ilə oyununda qələbə qazanan "Hueska" sona bir tur qalmış elitaya vəsiqəniq təmin edib.Qırx bir oyunda 67 xal toplayan “Hueska” çempionatda ikinci pillədə qərarlaşıbDaha əvvəl lider “Kadis” La Liqaya vəsiqəni təmin etmişdi.xeber100.com

İyul 18, 2020 6:45

Rapid növləri üzrə 53-cü beynəlxalq festival keçiriləcək

İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festival keçiriləcək.Azərtac xəbər verir ki, səkkiz qrossmeysterin qatılacağı klassik şahmat və blits üzrə yarışlarda Azərbaycanı Arkadi Naydiç təmsil edəcək.Klassik şahmat yarışı iyulun 21-dən 29-dək, blits turniri isə iyulun 25-də təşkil olunacaq. Festival koronavirus pandemiyası dövründə onlayn formatda keçirilməyən ilk turnirlərdən biri olacaq.xeber100.com

İyul 18, 2020 6:44

“Zirə” futbol klubu yeni transferlərini açıqlayıb

Bakının “Zirə” futbol klubu yeni transferlərini açıqlayıb.Azərtac kluba istinadla xəbər verir ki, klub 4 futbolçu ilə müqavilə imzalayıb. "Qəbələ"dən ayrılan Klesio Bauk, "Sabah"la vidalaşan Rəşad Eyyubov və Kərim Diniyevlə birillik sözləşmə bağlanılıb. "Sumqayıt"la yollarını ayıran Sərtan Taşqın isə ikiillik müqaviləyə qol çəkib.Qeyd edək ki, Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi təyin olunub. Qəsəbə təmsilçisi 38 yaşlı mütəxəssislə üçillik müqavilə imzalayıb.xeber100.com

İyul 18, 2020 6:41

Moldova çempionatında üçüncü turun rəmzi komandası açıqlanıb

Futbol üzrə Moldova çempionatında üçüncü turun rəmzi komandası açıqlanıb.Azərtac xəbər verir ki, rəmzi 11-likdə “Milsami”nin futbolçusu, millimizin sabiq üzvü Amit Quluzadə də yer alıb.“Milsami”nin “Sperantsa”ya 3:0 hesabı ilə qalib gəldiyi görüşdə A.Quluzadə 90 dəqiqə meydanda olub.xeber100.com

İyul 18, 2020 6:39

“Qarabağ” və “Keşlə” futbol klubları üz-üzə gələcəklər

Yeni mövsümdə ölkəmizi avrokuboklarda təmsil edəcək “Qarabağ” və “Keşlə” futbol klubları yoxlama oyununda üz-üzə gələcəklər.Azərtac xəbər verir ki, komandalar iyulun 18-də Qəbələ şəhər stadionunda qarşılaşacaqlar.Qeyd edək ki, Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” Qəbələdə, Avropa Liqasında mübarizə aparacaq “Keşlə” isə Şamaxıda hazırlıq keçir.xeber100.com

İyul 17, 2020 10:18
    Page 263 of 830« First«...102030...261262263264265...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az