07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Women’s Speed Chess Championship” yarışı çərçivəsində

Sürətli şahmat üzrə “Women's Speed Chess Championship” yarışı çərçivəsində iyulun 16-da onlayn Qran-Pri turnirinin dördüncü mərhələsinin növbəti oyunları keçiriləcək.Azərtac xəbər verir ki, FIDE-nin təşkilatçılığı ilə keçirilən yarışın dörddəbir finalında rusiyalı şahmatçılar Valentina Qunina hindistanlı Humpi Koneru, Aleksandra Kostenyuk Hindistanın digər təmsilçisi Harika Dronavali, çinli Hou Yifan qazaxıstanlı Jansaya Abdulmalik, ukraynalı Anna Muzıçuk iranlı Sarasadat Hademalşarieh ilə mübarizə aparacaqlar.Azərbaycan şahmatçısı Günay Məmmədzadə Qran-Prinin bundan əvvəlki 3 mərhələsində iştirak etsə də, çıxışı uğurlu alınmayıb.Xatırladaq ki, Qran-Prinin mərhələ yarışlarının nəticəsinə görə ən çox xal toplayan şahmatçılar superfinalda vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.xeber100.com

İyul 16, 2020 8:48

2019/2020-ci il mövsümünün qalibi müəyyənləşib

Futbol üzrə Portuqaliya çempionatında 2019/2020-ci il mövsümünün qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, çempionatın 32-ci turda doğma meydanda “Sportinq”ə 2:0 hesabı ilə qalib gələn “Portu” turnirin bitməsinə 2 həftə qalmış ən yaxın izləyicisi “Benfika” ilə xal fərqini 8-ə yüksəldərək çempionluğu rəsmiləşdirib.Qeyd edək ki, bu, “Portu”nun 29-cu ölkə çempionluğudur.xeber100.com  

İyul 16, 2020 8:46

“Mançester Siti” klubu geyinəcəyi formanı təqdim edib

“Mançester Siti” klubu yeni mövsümdə ev oyunlarda geyinəcəyi formanı təqdim edib.Azərtac xəbər verir ki, yeni mövsümün ev forması klubun rəsmi “Twitter” hesabı vasitəsilə yayımlanıb.“Puma” şirkəti tərəfindən hazırlanan forma ənənəvi olaraq mavi rəngdədir.xeber100.com  

İyul 16, 2020 8:44

Braziliya çempionatında yeni mövsümün təqvimi müəyyənləşib

Futbol üzrə Braziliya çempionatında yeni mövsümün təqvimi müəyyənləşib.Azərtac xəbər verir ki, Braziliya Futbol Konfederasiyası mövsümə avqustun 8-də start veriləcəyini açıqlayıb.Oyunlar həftədə iki dəfə keçiriləcək və mövsüm 2021-ci ilin fevralında yekunlaşacaq.xeber100.com

İyul 15, 2020 10:52

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimi açıqlanıb

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimi açıqlanıb.Azərtac xəbər verir ki, mundialın açılış matçı noyabrın 21-də Bakı vaxtı ilə 14:00-da ev sahibi komandanın iştirakı ilə 80 min azarkeş tutumuna malik “Al Bayt” stadionunda keçiriləcək. Final qarşılaşması isə dekabrın 18-də saat 19:00-da “Lusail” Arenasında oynanılacaq.Qrup mərhələsinin matçları noyabrın 21-dən dekabrın 2-dək, səkkizdəbir final mərhələsinin oyunları dekabrın 3-6-da, dörddəbir final qarşılaşmaları dekabrın 9-10-da, yarımfinal görüşləri isə dekabrın 13-14-də keçiriləcək. Üçüncü yer uğrunda matç isə dekabrın 17-də “Xəlifə” stadionunda keçiriləcək.xeber100.com

İyul 15, 2020 10:49

Vaqner da Silva Azərbaycana dəstək nümayiş etdirib

Ağdamın “Qarabağ” futbol klubunun sabiq qapıçısı Vaqner da Silva sosial şəbəkələr vasitəsilə Azərbaycana dəstək nümayiş etdirib.Azərtac xəbər verir ki, 34 yaşlı braziliyalı qolkiper cəbhə bölgəsində baş verən hadisələrlə bağlı paylaşım edib. 2019/2020-ci il mövsümündən sonra “Qarabağ”dan ayrılan braziliyalı sosial şəbəkə hesabında Azərbaycan bayrağını paylaşıb.Qeyd edək ki, Vaqner da Silva 2018-ci ildən Ağdam təmsilçinin şərəfini qoruyub.xeber100.com

İyul 15, 2020 10:46

“Uikomb” klubu yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq

İngiltərənin “Uikomb” futbol klubu yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.Azərtac xəbər verir ki, komanda İngiltərə birinci liqasının pley-off mərhələsinin finalında “Oksford Yunayted”i məğlub edərək (2:1), Çempionşipə vəsiqə qazanıb.“Uikomb” 133 illik klub tarixində ilk dəfə Çempionşipə yüksəlib.xeber100.com

İyul 15, 2020 10:36

İspaniya La Liqasının 36-cı turunun son oyunu keçirilib

İyulun 13-də futbol üzrə İspaniya La Liqasının 36-cı turunun son oyunu keçirilib.Azərtac xəbər verir ki, turun son oyununda “Real Madrid” klubu səfərdə “Qranada” komandasının qonağı olub.“Nuevo Los Carmenes” stadionunda keçirilən görüş Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 2:1.“Kral” klubun heyətində Ferland Mendi, Kərim Benzema fərqləniblər. “Qranada”nın yeganə qolunu isə Darvin Macis vurub.Bu qələbədən sonra xal ehtiyatını 83-ə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyini davam etdirir. “Qranada” isə 50 xalla 10-cu yerdədir.xeber100.com

İyul 14, 2020 9:02

Türkiyə çempionatının 32-ci turunun üçüncü gün qarşılaşmasında

İyulun 13-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun üçüncü gün qarşılaşmasında "Başakşəhər" səfərdə "Konyaspor"un qonağı olub.Azərtac xəbər verir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri istanbulluları 4:3 hesabı ilə məğlub ediblər.Günün digər görüşündə isə turnir cədvəlində ikinci pillədə qərarlaşan "Trabzonspor" səfərdə "Dənizlispor"a minimal fərqlə uduzub -2:1. "Yeni Malatyaspor" isə doğma divarlar arasında "Beşiktaş"la bacarmayıb 0:1. "Kasımpaşa" isə öz meydanında "Rizəspor"u sınağa çəkib. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib. "Kayserispor" – "Qaziantep" görüşündə isə qalib müəyyənləşməyib -1:1.Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 57 xalla üçüncü, "Beşiktaş" klubu isə 56 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Qalatasaray" (52 xal), "Alanyaspor" (51 xal), "Fənərbağça" (50 xal) və digər komandalar gəlir.xeber100.com

İyul 14, 2020 9:00

Beynəlxalq Voleybol Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Voleybol Federasiyası (BVF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.Azərtac BVF-yə istinadla xəbər verir ki, hesabında 127 reytinq xalı olan qadın voleybolçulardan ibarət milli komandamız mövqeyini qoruyub. Millimiz 26-cı pillədə qərarlaşıb.Siyahıya 391 xalla Çin voleybolçuları başçılıq edirlər. İlk üçlüyü ABŞ (382 xal) və Braziliya (328) yığmaları tamamlayır.xeber100.com

İyul 14, 2020 8:57
    Page 265 of 831« First«...102030...263264265266267...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az