03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Milli Hokey Liqasının bərpa tarixi məlum olub

Milli Hokey Liqasının (MHL) yeni mövsümünün bərpa tarixi məlum olub. Artıq çempionatın nə vaxt start götürəcəyi və Stenli Kubokunun finalının hansı şəhərdə keçiriləcəyi müəyyənləşib.Azərtac xəbər verir ki, ABŞ-ın TSN telekanalının məlumatına görə, iyulun 13-də komandalar təlim məşq toplanışına başlayacaqlar. İyulun 26-da isə pley-off mərhələsində iştirak edəcək 24 komanda iki ayrı şəhərə yollanacaq. Hazırkı məqamda Edmonton və Torontonun pley-off oyunlarına ev sahibliyi edəcəyi proqnozlaşdırılır. Mövsüm isə avqustun 1-dən start götürəcək. Çempionata oktyabrın əvvəlində yekun vurulacaq.Stenli Kubokunun keçiriləcəyi məkan da müəyyənləşib. Artıq Oyunçuların Həmkarlar İttifaqı ilə MHL rəhbərliyi bu məsələni yoluna qoyub. Qeyri-adi hadisə baş verməsə, yaxın günlərdə bu məlumat ictimaiyyətə açıqlanacaq. Belə ki, liqa rəhbərliyi Stenli Kubokunun finalını Kanadanın Edmonton şəhərində keçirməyi planlaşdırır. Halbuki, namizədlər arasında Las-Veqas, Vankuver, Çikaqo və Los-Anceles şəhərləri də var idi.xeber100.com

İyul 4, 2020 10:24

“Mançester Yunayted” futbol klubu “Bormunt”u qəbul edib

Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Bormunt” klubunu qəbul edib. Görüş Mançester təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.“Mançester Yunayted”in heyətində Mason Qrinvud (2), Markus Reşford, Antoni Marsiyal, Bruno Fernandeş, “Bormunt”ın isə Junior Stanislav və Çoşua Kinq fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 55-ə çatdıran “qırmızı şeytan”lar turnir cədvəlində üçüncü yerə yüksəliblər. “Bormunt” isə 27 xalla 19-cu yerdə qərarlaşıb.xeber100.com

İyul 4, 2020 10:21

İtaliya A Seriyasının 30-ci turunun növbəti oyunu keçirilib

İyulun 3-də futbol üzrə İtaliya A Seriyasının 30-ci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, Turin derbisində “Yuventus” “Torino” klubunu qəbul edib. Görüş “Yuventus”un böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1.“Qoca sinyora”nın heyətində Paulo Dibala, Juan Kuadrado, Kriştiano Ronaldo və Koffi Djiji (avtoqol) fərqləniblər. “Torino”nun heyətində isə təsəlli qola Andrea Belotti imza atıb.Bu qələbədən sonra xal ehtiyatını 75-ə çatdıran “Yuventus” turnir cədvəlində liderliyi davam etdirir. “Torino” isə 31 xalla 15-ci yerdə qərarlaşıb.xeber100.com

İyul 4, 2020 10:16

“Barselona” futbol klubu üçillik müqavilə imzalayıb

“Jalgiris” basketbol klubu ilə yollarını ayıran Şarunas Yasikyaviçyus bundan sonra karyerasını “Barselona”da davam etdirəcək. Litvalı mütəxəssis bu postda Svetislav Peşiçi əvəz edəcək.Azərtac xəbər verir ki, İspaniya klubu məşqçi ilə üçillik müqavilə imzalayıb.Ş.Yasikyaviçyus 2016-cı ildən “Jalgiris”də çalışırdı. Onun başçılığı altında kaunaslılar XXI əsrdə ilk dəfə Avroliqada “Dördlər finalı”nda oynamaq imkanı qazanıblar. Elə “Barselona” da Yasikyaviçyus üçün yad klub deyil. Belə ki, 2003-cü ildə litvalı oyun qurucusu bu klubda Avroliqanın qalibi olub.Litva mətbuatı mütəxəssisin “Barselona”dakı məvacibini də müəyyənləşdirə bilib. O, qarşıdakı üç mövsüm ərzində ilə 3 milyon avro maaş alacaq. Halbuki onun xidmətində “Fənərbağça” da maraqlı idi. İstanbul klubu Yasikyaviçyusa 2 ilə 3,2 milyon avro məvacib təklif etmişdi.Yasikyaviçyusun gedişindən sonra isə “Jalgiris”i onun köməkçisi Darius Maskolyunas çalışdıra bilər. Amma Yasikyaviçyus onu “Barselona”da köməkçisi kimi görmək istəyir.xeber100.com

İyul 3, 2020 1:53

İngiltərə Premyer Liqasının mərkəzi qarşılaşması keçirilib

İyulun 2-də futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, çempionatın favoriti sayılan “Mançester Siti” və “Liverpul” komandaları üz-üzə gəlib.Görüş Mançester təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.“Mançester Siti”nin heyətində Kevin De Brüyne, Rahim Sterlinq, Fil Foden və Okslayd Çemberland (avtoqol) fərqləniblər.Qeyd edək ki, bu oyun çempionluq yolunda formal xarakter daşıyırdı. Çünki ötən tur “Liverpul” vaxtından əvvəl çempionluğunu rəsimləşdirmişdi.“Liverpul” 86 xalla birinci, “Mançester Siti” isə 66 xalla ikinci yerdə qərarlaşıb.xeber100.com

İyul 3, 2020 1:51

“Sabah” futbol klubu baş məşqçisi ilə yollarını ayırıb

Bakının “Sabah” futbol klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb.Azərtac kluba istinadla xəbər verir ki, 43 xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Paytaxt təmsilçisi Sopiçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.Qeyd edək ki, ötən ilin dekabrında baş məşqçi postuna gətirilmiş Jelko Sopiçin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.xeber100.com

İyul 3, 2020 1:50

Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə…

İyulun 3-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək.Azərtac xəbər verir ki, yarımfinal görüşlərində rusiyalı şahmatçı Yekaterina Laqno həmyerlisi Valentina Qunina, Anna Uşenina (Ukrayna) Sarasadat Hademalşarieh (İran) ilə mübarizə aparacaqlar.Yarışın səkkizdəbir final mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə H.Yifana məğlub olaraq mübarizəni dayandırıb.Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.Qran-Pri dörd mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri üç mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də baş tutacaq.xeber100.com

İyul 3, 2020 1:48

Futbol üzrə İtaliya A Seriyasının 29-cu oyunu keçirilib

İyulun 1-də futbol üzrə İtaliya A Seriyasının 29-cu oyunu keçirilib.Azərtac xəbər verir ki, “İnter” öz meydanında autsayder “Breşiya”nə qəbul edib. Görüş Milan təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.“İnter”in heyətində Eşli Yanq, Aleksis Sançes, Danilo Ambrozio, Roberto Qaqliardin, Kristian Eriksen və Antonio Landreva fərqləniblər.Bu qələbədən sonra “İnter” 64 xalla üçüncü yerdə, “Breşiya” isə 18 xalla 20-ci yerdə qərarlaşıb.xeber100.com

İyul 2, 2020 1:40

UEFA Çempionlar Liqası 2020-2021-ci il mövsümündə

UEFA Çempionlar Liqasında 2020-2021-ci il mövsümünün təqvimi açıqlanıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, “Qarabağ” mübarizəyə avqustun 18/19-da birinci təsnifat mərhələsindən başlayacaq. Bunadək avqustun 8-11-də ilkin mərhələnin oyunları keçiriləcək. İkinci təsnifat mərhələsi avqustun 25-26-da, üçüncü təsnifat mərhələsi sentyabrın 15-16-da bir oyunluq sistemlə gerçəkləşəcək. Sentyabrın 22-də pley-off mərhələsinin ilk, sentyabrın 30-da cavab görüşləri təşkil olunacaq.Qrup mərhələsində 6 tur müvafiq olaraq 20-21 sentyabr, 27-28 sentyabr, 3-4 noyabr, 24-25 noyabr, 1-2 dekabr və 8-9 dekabrda nəzərdə tutulub.Səkkizdəbir final mərhələsinin ilk oyunları gələn ilin 16-17 fevral və 23-24 fevral, cavab görüşləri isə 9-10 mart və 16-17 mart tarixində oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final oyunları 6-7 aprel, cavab görüşləri isə 13-14 aprel tarixlərində təşkil olunacaq.Yarımfinal qarşılaşmaları 27-28 aprel, cavab görüşləri isə 4-5 mayda oynanılacaq.Turnirin həlledici görüşü Türkiyənin İstanbul şəhərindəki "Atatürk" Olimpiya stadionunda mayın 29-da keçiriləcək.xeber100.com

İyul 2, 2020 1:37

“Qarabağ” futbol klubu yeni transferini açıqlayıb

Ağdamın “Qarabağ” futbol klubu yeni transferini açıqlayıb.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu Donald Geryenin komandaya qaytarıb.“Qarabağ” 31 yaşlı haitili cinah oyunçusu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. Ötən yay “Neftçi”yə keçən futbolçu bir müddət əvvəl “ağ-qaralar”ın sıralarını tərk edib.xeber100.com

İyul 2, 2020 1:35
    Page 269 of 830« First«...102030...267268269270271...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az