07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Real” basketbol klubu “Klivlend”in mərkəz oyunçusunu tansfer edib

“Real” basketbol klubu “Klivlend”in mərkəz oyunçusu Ante Jijiçi tansfer edib.Azərtac xəbər verir ki, mövsümün sonunda Ohayo klubu ilə müqavilə müddəti bitəcək 23 yaşlı basketbolçu azad agent statusu ilə Madrid klubuna keçəcək.Xorvatiyalı basketbolçu 2016-cı ildə “Boston” tərəfindən draft edilib. 2017-ci ildən “Kavalyers”in heyətində çıxış edən Jijiç bu mövsüm keçirdiyi 22 görüşdə hər oyuna orta hesabla 4,4 xal və 3 ribaundla yadda qalıb. Bu günədək Jijiç MBA-da 113 oyuna çıxıb.xeber100.com

İyul 11, 2020 5:33

İngiltərə Premyer Liqasının 35-ci turuna start verilib

İyulun 11-də futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turuna start verilib.Azərtac xəbər verir ki, turun açılış matçında çempionatda sonuncu pillədə qərarlaşan “Norviç Siti” öz meydanında “Vest Ham Yunayted” komandası ilə qarşılaşıb. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb – 0:4. Oyunda bütün qolları “Vest Ham Yunayted” klubunun hücumçusu Mihail Antonio vurub.Bu qələbə sayəsində “Vest Ham Yunayted” xal ehtiyatını 34-ə çatdıraraq turnir cədvəlində 16-cı yerdədir. “Norviç Siti”nin isə 21 xalı var.Turun erkən başlayan digər görüşündə isə “Vatford” klubu “Nyukasl Yunayted” komandasını qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Vatford” klubunun heyətində hər iki qolu Troy Diney vurub. Bu oyundan sonra “Vatford” 34 xalla 17-ci, “Nyukasl Yunayted” isə 43 xalla 13-cü sırada yer alıb.xeber100.com

İyul 11, 2020 5:31

Amerika Şahmat Federasiyasının blits üzrə onlayn turnirində

İyulun 12-də Amerika Şahmat Federasiyasının “Unity Chess” klubunun təşkilatçılığı ilə keçiriləcək blits üzrə onlayn turnirdə Azərbaycan şahmatçıları da iştirak edəcəklər.Azərtac xəbər verir ki, yarışda təmsilçilərimiz Məhəmməd Muradlı, Gülnar Məmmədova, Rəvan Əliyev, Nərmin Xələfova, Səmra Qasımova da mübarizə aparacaqlar.Yarışda 395 şahmatçı iştirak edəcək. Onlardan 53-ü qrossmeysterdir.xeber100.com

İyul 11, 2020 5:30

UEFA Çempionlar Liqasının yarımfinal mərhələlərinin püşkü atılıb

İyulun 10-da UEFA Çempionlar Liqasının dörddəbir və yarımfinal mərhələlərinin püşkü atılıb.Azərtac xəbər verir ki, artıq “Atalanta” (İtaliya), “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya) və PSJ (Fransa) klubları dörddəbir finala vəsiqə qazanıblar. “Çelsi” - “Bavariya” (0:3), “Napoli” - “Barselona” (1:1), “Real” - “Mançester Siti” (1:2) və “Lion” – “Yuventus” (1:0) cütünün cavab qarşılaşmaları isə koronavirusa görə təxirə salınıb. Bu görüşlər avqustun 7-8-də keçiriləcək.İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya görə, dörddəbir finalda “Mançester Siti”/“Real”-“Yuventus”/”Lion”, “Leypsiq”-“Atletiko”, “Barselona”/“Napoli”-“Çelsi”/“Bavariya”, “Atalanta”-PSJ matçları oynanılacaq.Yarımfinalda isə birinci və üçüncü dörddəbir final mərhələsinin, ikinci və dördüncü dörddəbir final mərhələsi cütlərinin qalibləri üz-üzə gələcəklər.Dörddəbir final mərhələsinin matçları avqustun 12-15-də, yarımfinal görüşləri isə ayın 18-19-da oynanılacaq. Final matçı isə avqustun 23-də keçiriləcək.Qeyd edək ki, dörddəbir final mərhələsinin görüşləri bir oyundan ibarət olacaq. Qarşılaşmalar Portuqaliyada keçiriləcək.xeber100.com    

İyul 10, 2020 6:37

Beynəlxalq Olimpiya Komitəsinin 136-cı sessiyası keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurasının iclası və 136-cı sessiyası keçiriləcək.Azərtac BOK-un rəsmi saytına istinadla xəbər verir ki, beynəlxalq qurumun onlayn qaydada keçiriləcək iclası və sessiyası iyulun 15-dən 22-dək davam edəcək.İlk iki gündə təşkil olunacaq İcraiyyə Şurasının iclasında BOK prezidenti Tomas Bax hesabatla çıxış edəcək. Bundan başqa, Yay və Qış Olimpiya İdman assosiasiyalarının, Milli Olimpiya komitələrinin, Atletlər Komissiyasının, Ümumdünya Anti-Dopinq Assosiasiyasının (WADA) hesabatları dinləniləcək.BOK-un Koordinasiya Komissiyasının sədri Con Kouts iclasda “Tokio-2020” Olimpiya Oyunları ilə bağlı məruzə edəcək. Həmçinin Yeniyetmələrin “Dakar-2022” Yay və “Gangwon-2024” Qış Olimpiya Oyunlarının təşkilat komitələri yarışlara hazırlıqla bağlı hesabat verəcəklər.İyulun 17-da başlayacaq BOK-un 136-cı sessiyası “YouTube” kanalı ilə canlı yayımlanacaq.Toplantılardan sonra BOK prezidenti media nümayəndələrinin suallarını cavablandıracaq.xeber100.com

İyul 10, 2020 6:33

Moldova çempionatında ikinci turun görüşləri keçirilib

Futbol üzrə Moldova çempionatında ikinci turun görüşləri keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Amit Quluzadənin çıxış etdiyi “Milsami” səfərdə “Daçiya” ilə qarşılaşıb. Oyun qolsuz başa çatıb.Futbolçumuz 59-cu dəqiqədə meydana çıxmaqla yeni klubunda debüt edib.Qeyd edək ki, “Milsami” 2 xalla turnir cədvəlində 10 komanda arasında 7-cidir.xeber100.com

İyul 10, 2020 6:31

Şahmat üzrə “Women’s Speed Chess Championship” yarışı çərçivəsində

FIDE-nin təşkilatçılığı ilə keçirilən sürətli şahmat üzrə “Women's Speed Chess Championship” yarışı çərçivəsində iyulun 10-da onlayn Qran-Pri turnirinin üçüncü mərhələsinin yarımfinal yarışları keçirilib.Azərtac xəbər verir ki, yarışda Rusiya şahmatçısı Yekaterina Laqno həmyerlisi Aleksandra Kostenyuku (6,5:4,5), çinli şahmatçı Hou Yifan iranlı Sarasadat Hademalşariehi (8:2) məğlub edərək finala yüksəliblər.İyulun 12-də keçiriləcək final yarışlarında H.Yifan E.Laqno ilə mübarizə aparacaq. Üçüncü yer uğrunda isə A.Kostenyuk S.Hademalşarieh ilə oynayacaq.Qeyd edək ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadə səkkizdəbir finalda rəqibi çinli Vencun Cu ilə mübarizədə uduzaraq yarışda çıxışını başa vurub.xeber100.com

İyul 10, 2020 6:26

Bakıda paracüdo üzrə Qran-Pri yarışları keçirilə bilər

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib. Təqvimə əsasən, cari ilin noyabrında Bakıda paracüdo üzrə Qran-Pri yarışları keçirilə bilər.Azərtac xəbər verir ki, noyabrın 13-19-da paracüdo üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir. Eyni zamanda, 2021-ci ilin mayında Bakıda paracüdo üzrə Qran-Pri yarışlarının keçirilməsi barədə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılıq əldə edilib. 2021-ci ilin mayında keçiriləcək Qran-Pri “Tokio-2020” Yay Paralimpiya Oyunlarından əvvəl sonuncu təsnifat yarışı olacaq.Cari ilin noyabrında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.xeber100.com

İyul 9, 2020 12:59

“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. İyirmi dörd yaşlı futbolçu ilə üçillik müqavilə bağlanıb.A.İsayev karyerası ərzində Rusiyanın “Yenisey” və “Zenit-2” klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” olub.Xatırladaq ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.xeber100.com

İyul 9, 2020 12:54

“Mançester Siti” klubu “Nyukasl Yunayted” komandasını qəbul edib

İyulun 7-də futbol üzrə 34-cü turun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Mançester Siti” klubu öz meydanında “Nyukasl Yunayted” komandasını qəbul edib.Görüş Mançester təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.“Şəhərli”lərin heyətində Qabriel Jesus, Riyad Mahrez, David Silva, Rahim Sterlinq və Federiko Fernandes (avtoqol) fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 69-a çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci yerini qoruyub. “Nyukasl Yunayted” 43 xalla 13-cü yerdə qərarlaşıb.Günün digər görüşlərində “Şeffild Yunayed” öz meydanında “Volverhemton”ı (1:0), “Börnli” isə səfərdə “Vest Ham Yunayted”i məğlub edib (1:0).Günün son görüşündə çempionluğunu vaxtından əvvəl təmin etmiş “Liverpul” səfərdə “Brayton”un qonağı olacaq.xeber100.com

İyul 9, 2020 12:51
    Page 267 of 831« First«...102030...265266267268269...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az