11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Barselona” futbol klubu “Atletiko Madrid”i qəbul edib

İyunun 30-da futbol üzrə İspaniya La Liqasının 33-cü turu çərçivəsində “Barselona” klubu “Atletiko Madrid”i qəbul edib.Azərtac xəbər verir ki, “Nou Kamp” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.Matçda hesab 11-ci dəqiqədə açılıb. “Ateltiko”nun hücumçusu Diqeo Kosta avtoqola imza atıb. İlk qoldan səkkiz dəqiqə sonra baş hakim “Barselona”nın qapısına penalti təyin edib. Madrid komandasının yarımmüdafiəçisi Saul Niqes cərimə zərbəsini dəqiq yerinə yetirib. İkinci hissənin 50-ci dəqiqəsində hücumçu Lionel Messi 11 metrlik cərimə zərbəsi ilə kataloniyalıları yenidən hesabda önə çıxarıb. Lakin 62-ci dəqiqədə Saul yenidən penaltini dəqiq yerinə yetirərək dubl edib.“Barselona” 70 xal toplayaraq turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Aktivində 59 xalı olan “Atletiko Madrid” turnir cədvəlində 3-cü yerdədir.Qeyd edək ki, yarışın lideri 32 matçda 71 xal toplayan “Real Madrid”dir.xeber100.com

İyul 1, 2020 10:31

Rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində

İyunun 30-da norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında yarımfinal oyunlarının ilk matçları keçirilib.Azərtac xəbər verir ki, hollandiyalı Aniş Giri rusiyalı şahmatçı Yan Nepomnyaşini 3:1 hesabı ilə məğlub edib. Maqnus Karlsen isə tay-brekdə çinli Liren Dinq üzərində 3,5:2,5 hesablı qələbə qazanıb.Yarımfinal oyunları iyunun 30-dan iyulun 2-dək, final görüşləri isə iyulun 3-dən 5-dək baş tutacaq.Qeyd edək ki, “Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.xeber100.com

İyul 1, 2020 10:25

İtaliya A Seriyasının 29-cu turunun növbəti oyunu keçirilib

İyunun 30-da futbol üzrə İtaliya A Seriyasının 29-cu turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Genoya” klubu öz meydanında “Yuventus”u qəbul edib. Qarşılaşma Genuyanın “Luici Ferraris” stadionunda keçirilib və qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı ikinci hissəsinin əvvəlində “Yuventus”un hücumçusu Paulo Dibala açıb. O, 50-ci dəqiqədə səhvsiz oynamaqla meydan sahiblərini məyus edib. Bundan 6 dəqiqə sonra digər hücumçu Kriştiano Ronaldo komandasının hesabdakı üstünlüyünü artırıb. Matçın 73-cü dəqiqəsində qonaqların yarımmüdafiəçisi Duqlas Kosta üçüncü qolu vurub. Bundan 3 dəqiqə sonra meydan sahiblərinin futbolçusu Andrea Pinamonti hesabdakı fərqi azaldıb. Lakin bu, ancaq təsəlli qolu olub.“Yuventus” 72 xal toplayaraq İtaliya çempionatının yarış cədvəlində birinci yer tutur. “Genoya” 26 xalla 17-ci yerdə qərarlaşıb.xeber100.com

İyul 1, 2020 10:17

İspaniya La Liqasının 33-cü turu çərçivəsində

İyunun 30-da futbol üzrə İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən “Barselona” - “Atletiko Madrid” oyunu meydan sahiblərinin argentinalı hücumçusu Lionel Messi üçün əlamətdar olub.Azərtac xəbər verir ki, matçda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən futbolçu karyerasında 700-cü dəfə fərqlənib.L.Messi bu qolların 630-nu “Barselona”nın heyətində keçirdiyi 724 matçda vurub. O, Argentina millisinin heyətində keçirdiyi 138 matçda 70 dəfə rəqib qapılarına yol tapıb.Otuz üç yaşlı hücumçu La Liqanın cari mövsümündə meydana çıxdığı 28 matçda 22 qol vurub və 17 məhsuldar ötürmə edib. Onun “Barselona” klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq.xeber100.com

İyul 1, 2020 10:12

Türkiyə çempionatının XXIX turunun sonuncu qarşılaşmasında

Futbol üzrə Türkiyə çempionatının XXIX turunun sonuncu qarşılaşmasında “Gənclərbirliyi” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.Azərtac xəbər verir ki, görüşdə qonaqlar iki cavabsız qolla qalib gəliblər. “Kasımpaşa”nın heyətində 17-ci dəqiqədə Benqali Fode Koyta və 90-cı dəqiqədə isə Diemerci Ndonqala fərqləniblər.Türkiyə çempionatında hazırda “Başakşəhər” 60 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 58 xalla ikincidir. “Sivasspor” 53 xalla üçüncü, “Qalatasaray” isə 52 xalla dördüncü pillələrdə qərarlaşıb. Sonrakı yerləri “Beşiktaş” (50 xal), “Fənərbağça” (46 xal), “Alanyaspor” (45 xal) və digər komandalar tuturlar.xeber100.com

İyun 30, 2020 2:57

“Zirə” futbol klubunu tərk edəcək futbolçular müəyyənləşib

Bakının “Zirə” klubunu tərk edəcək futbolçular müəyyənləşib.Azərtac xəbər verir ki, Emil Balayev və Anastasios Papazoğlunun ardından Miloş Bakraç, Şafik Tiqruca, Alvaro Ampuero, Yovan Krneta, Adrian Skarlatake və Boyan Zoqoviçin komandadan ayrılacağı dəqiqləşib.Cinah müdafiəçisi Tellur Mütəllimovun da ayrılanlara qoşulacağı gözlənilir.xeber100.com

İyun 30, 2020 2:46

“Paris Sen-Jermen” futbol klubu müdafiəçisi ilə müqavilə imzalayıb

Fransanın “Paris Sen-Jermen” futbol klubu müdafiəçisi Levin Kurzava ilə yeni müqavilə imzalayıb.Azərtac xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununadək uzadılıb.Qeyd edək ki, Kurzava koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Fransa çempionatında 14 matçda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.xeber100.com

İyun 30, 2020 1:57

“Chessable Masters” yarışında yarımfinal oyunları start götürəcək

İyunun 30-da norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında yarımfinal oyunları start götürəcək.Azərtac xəbər verir ki, final uğrunda Maqnus Karlsen Liren Dinq, Yan Nepomnyaşi Aniş Giri ilə mübarizə aparacaq. Yarımfinal oyunları iyunun 30-dan iyulun 2-dək, final görüşləri isə iyulun 3-dən 5-dək baş tutacaq.Qeyd edək ki,“Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.Xatırladaq ki, beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin - “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.xeber100.com

İyun 30, 2020 1:48

Fişer şahmatı üzrə onlayn blits turniri keçirilib

Təhsil “RİM” Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə iyunun 28-də Fişer şahmatı üzrə onlayn blits turniri keçirilib. Turnirdə Lənkəran şahmatçıları ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Samux və digər regionlardan şahmatçılar mübarizə aparıblar.Azərtac xəbər verir ki, “Cənub mirvarisi” open blits turnirinin qalibi 9 turdan 8 xal toplayan Lənkəran şahmat məktəbinin yetirməsi, hazırda isə Türkiyədə yaşayan Elnur Əliyev olub. İkinci və üçüncü yerləri 7 xalla Gülsənəm Ağayeva (Lənkəran) və Aytac Məmmədova (Samux) tutublar.Yarış “Chess.com” onlayn platforması vasitəsilə təşkil olunub.xeber100.com

İyun 29, 2020 11:27

Avropa Triatlon İttifaqı növbəti reytinq cədvəlini açıqlayıb

Avropa Triatlon İttifaqı qadın idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kseniya Levkovskaya reytinq cədvəlində 2 pillə irəliləyib. Belə ki, hesabında 1415 xal olan təmsilçimiz 47-ci pilləyə yüksəlib.Reytinq cədvəlinin ilk üç pilləsində Böyük Britaniya təmsilçiləri – Corciya Teylor-Braun, Cessika Lernmos və Viki Holland yer alıblar.xeber100.com

İyun 29, 2020 11:24
    Page 271 of 831« First«...102030...269270271272273...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az