07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Borussiya Dortmund” futbol klubu yeni müqavilə imzalayıb

Almaniyanın “Borussiya Dortmund” futbol klubu idman direktoru Maykl Zorkla yeni müqavilə imzalayıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, onunla müqavilənin müddəti 2022-ci ilin yayınadək uzadılıb.Qeyd edək ki, M.Zork 1998-ci ildən Dortmund təmsilçisində idman direktoru vəzifəsində çalışır.xeber100.com

İyun 25, 2020 1:05

“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə imzalayıb.Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran” və “Keşlə” klublarının formasını geyinib.“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlini transfer edib.xeber100.com

İyun 25, 2020 1:02

İspaniya Liqasının 31-ci turunun növbəti oyunu keçirilib

İyunun 23-də futbol üzrə İspaniya Liqasının 31-ci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Barselona” öz meydanında “Atletik Bilbao” komandasını qəbul edib.Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda yeganə qolun müəllifi 74-ci dəqiqədə İvan Rakitiç olub. O, Lionel Messinin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Bu qələbədən sonra xal ehtiyatını 68-ə çatdıran Kataloniya təmsilçisi turnir cədvəlində müvəqqəti olsa da birinci pilləyə yüksəlib. Bir oyun az keçirən “Real Madrid” 65 xalla ikinci yerdədir.“Atletik Bilbao” (42 xal) 10-cu yerdə qərarlaşıb.xeber100.com

İyun 24, 2020 2:39

Ukrayna ikinci liqasının üç oyunu təxirə salınıb

Futbol üzrə Ukrayna ikinci liqasının üç oyunu təxirə salınıb.Azərtac xəbər verir ki, yarışın rəhbərliyi koronavirus pandemiyasının ölkədə geniş yayılması səbəbindən bu addımı atıb.İyunun 25-də keçirilməsi nəzərtə tutulan "Balkan" - "Çerkaşin", "Çernomorets" - "Volın" və iyulun 7-nə planlaşdırılan "Rux" - "Aqrobiznes" matçları təxirə düşüb.xeber100.com

İyun 24, 2020 2:37

Beynəlxalq Triatlon Şurası reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Triatlon Şurası qadın idmançıların növbəti Olimpiya reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kseniya Levskovskaya reytinq cədvəlində 967 xalla 106-cı pillədə qərarlaşıb. Yığmamızın digər üzvü Darina Moskalenko isə 336 xalla 147-ci yerdədir.Reytinq cədvəlinə ABŞ idmançısı Katya Zaferes liderik edir. İlk üçlüyü Böyük Britaniya təmsilçisi Corcia Teylor-Braun və ABŞ triatlonçusu Teylor Spivey qapayırlar.xeber100.com

İyun 24, 2020 2:34

“Neftçi” futbol klubu yeni transferlər etməyə hazırlaşır

Bəzi oyunçularla yollarını ayıran “Neftçi” yeni transferlər etməyə hazırlaşır. Bakı klubu bir neçə legioner ilə ilkin razılıq əldə edib.Azərtac xəbər verir ki, braziliyalı Tailsonla anlaşan “flaqman” daha 4 legioner futbolçunun yolunu gözləyir. Həmin legionerlərin yaxın günlərdə ölkəmizə gələcəyi gözlənilir.Qeyd edək ki, “Neftçi” Tural Axundov, Soni Mustivar, Vangelis Platellasla başa çatan müqavilələri uzatmayıb. Həmçinin Baqali Dabo və Dario Frederikonun da komandadan gedəcəyi gözlənilir.xeber100.com

İyun 24, 2020 2:30

Fransanın “Paris Sen-Jermen” futbol klubu məşqlərini bərpa edib

Fransanın “Paris Sen-Jermen” futbol klubu koronavirus pandemiyasının yaratdığı fasilədən sonra məşqləri bərpa edib.Azərtac xəbər verir ki, komandanın liderləri Neymar və Kilian Mbappe də daxil olmaqla, bütün heyət klubun bazasında toplaşıb.Qeyd edək ki, Fransada 2019-2020-ci il futbol mövsümü pandemiya səbəbindən vaxtından əvvəl başa çatdırılıb və PSJ qalib elan olunub.xeber100.com

İyun 23, 2020 1:25

Futbol üzrə İtaliya A Seriyasının 27-ci turuna start verilib

İyunun 22-də futbol üzrə İtaliya A Seriyasının 27-ci turuna start verilib.Azərtac xəbər verir ki, “Renato Dall Ara” stadionunda baş tutan görüşdə “Bolonya” klubu turnir cədvəlinin hazırkı lideri “Yuventus”u qəbul edib. Görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Matçda hesab birinci hissənin ortalarında açılıb. Qarşılaşmanın 23-cü dəqiqəsində Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə “Yuventus” azarkeşlərini sevindirib. Matçın 36-cı dəqiqəsində Paulo Dibala Turin klubunun hesabdakı üstünlüyünü artırıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.Qeyd edək ki, “Yuventus” 66 xalla A Seriyasının yarış cədvəlində birinci yerdədir. “Bolonya” isə 34 xalla 10-cu yerdə qərarlaşıb. Növbəti turda “Yuventus” öz meydanında “Leççe” ilə görüşəcək. “Bolonya” isə “Sampdoriya”nın qonağı olacaq.xeber100.com

İyun 23, 2020 12:43

“Keşlə” futbol klubu yeni mövsümə ilk transferini reallaşdırıb

Paytaxtın “Keşlə” futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində ilk transferini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, komandamız müdafiəçi Tural Axundov ilə müqavilə imzalayıb.Karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” klublarında çıxış edən 32 yaşlı futbolçunun sonuncu klubu “Neftçi” olub.Topaz Premyer Liqasının 2019-2020-ci il mövsümündə 20 turdan sonra 30 xal toplayan “Keşlə” klubu çempionatı üçüncü pillədə başa vurub.xeber100.com

İyun 23, 2020 12:22

Beynəlxalq Triatlon Şurası reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Triatlon Şurası kişi idmançıların növbəti Olimpiya reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 2632 xalla 47-ci pillədə qərarlaşıb.Reytinq cədvəlinə ispaniyalı Mola Mario liderik edir. İlk üçlüyü Fransa təmsilçisi Vinsent Luis və avstraliyalı Cakob Bertvistl qapayırlar.xeber100.com

İyun 23, 2020 12:18
    Page 273 of 831« First«...102030...271272273274275...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az