03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçinin adı açıqlanıb

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Squawka" nəşrinin versiyasına görə, UEFA Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi adlandırılıb.Azərtac xəbər verir ki, buna səbəb isə UEFA Çempionlar Liqasında onun baş məşqçi kimi uğurlarıdır.Z.Zidan yeganə məşqçidir ki, çempionatın üç liqasında ardıcıl uğurlu nəticə göstərməyə müvəffəq olub. Üç qələbə 2016-cı, 2017-ci və 2018-ci illərdə qazanılıb. Zidan UEFA Çempionlar Liqası çərçivəsində ümumilikdə 26 matçda baş məşqçi kimi qələbə qazanıb.Siyahıda ikinci yerdə "Mançester Siti"nin hazırkı baş məşqçisi Xosep Qvardiola qərarlaşıb. O, “Barselona”nı UEFA Çempionlar Liqasında iki dəfə (2009-cu və 2011-ci illər) qələbəyə aparmağı bacarıb.UEFA Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçilərin siyahısında ilk üçlüyü “Everton”un hazırkı baş məşqçisi Karlo Ançelotti tamamlayıb. O, iki klubla – “Real”la və “Milan”la UEFA Çempionlar Liqasında uğura imza atıb. Ançelotti 2003-cü və 2007-ci illərdə “Milan”ı, 2014-cü ildə isə "Real”ı qələbəyə aparıb.xeber100.com  

May 26, 2020 6:28

Beynəlxalq Basketbol Federasiyasının məlumatına görə…

Beynəlxalq Basketbol Federasiyası (FIBA) öz saytında milli federasiyalar üçün koronavirus pandemiyasından sonra yarışların bərpası ilə bağlı tövsiyə xarakterli məlumat dərc edib.Azərtac xəbər verir ki, təlimat FIBA-nın Tibbi Komissiyasının rəhbəri doktor Piter Harkort tərəfindən Tibbi Məsləhət Qrupu, eləcə də Oyunçular Komissiyası ilə müzakirə edildikdən sonra hazırlanıb.Qurum mövsümü mərhələli şəkildə bərpa etməyi təklif edib. İlk mərhələdə məşqçilərin minimum dəstəyi ilə fərdi hazırlıq olmalıdır. Bundan sonra isə kollektiv məşqlərə başlamaq olar. Təlim-məşq toplanışının yarışın startından 3-6 həftə əvvəl başlaması məsləhət görülüb.FIBA oyunların azarkeşlərin iştirakı ilə keçirilməsinə qarşıdır. Həmçinin matçların yenidən başlaması ilə bağlı bütün aktual problemləri yerli rəhbərliklə həll etməyi tövsiyə edib. Bundan başqa, qurum basketbolçuların koronavirus testindən keçirilməsinin vacib olduğunu bildirib.Qeyd edək ki, bütün dünyada basketbol yarışları mart ayında pandemiya səbəbindən təxirə salınıb.xeber100.com

May 26, 2020 6:12

Beynəlxalq Şahmat Federasiyasının məlumatı

Şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri -müəyyən müddətə təxirə salınıb.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.Turnir Rumıniyanın Mamaya şəhərində 2020-ci ilin sentyabrın 7-dən 20-dək keçirilməli idi. Qeyd edək ki, yarış 8, 10, 12, 14, 16 və 18 yaşlı şahmatçılar arasında təşkil edilir.Xatırladaq ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı ötən il 14 yaşlılar arasında dünya çempionatının qalibi olub.xeber100.com

May 25, 2020 9:52

Beysbol liqası iyunun 19-da milli çempionatı başlamağa qərar verib

Yaponiya beysbol liqası iyunun 19-da milli çempionatı başlamağa qərar verib.Azərtac xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, çempionatın ilk oyunları koronavirusa yoluxma hallarının qarşısını almaq üçün boş tribunalarda keçiriləcək.Xatırladaq ki, Yaponiya beysbol çempionatının martda başlaması planlaşdırılsa da, koronavirusla bağlı vəziyyətə görə qeyri-müəyyən vaxta təxirə salınmışdı.xeber100.com

May 25, 2020 9:49

Avropa çempionatının C qrupunun seçmə mərhələsi keçirilib

Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının C qrupunun (reytinqi 2000-ə qədər olan şahmatçılar) seçmə mərhələsi keçirilib.Azərtac xəbər verir ki, seçmə mərhələsində uğurla çıxış etmiş 250 şahmatçı qitə çempionatının finalına vəsiqə qazanıb. Onların sırasında Azərbaycan təmsilçiləri Mələk İsmayıl, Atilla Eynullayev, Elnur Mehtiyev, Altay Eynullayev, İsmayıl Qurbanov, Cavanşir Bağırov, Firuz İsmayılov, Ümid Aslanov, İlyas Qarayev, Qara Balacayev və Şəmsəddin Hüseynovun adları da var.Final görüşləri bu gün keçiriləcək.Qeyd edək ki, çempionatın A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva qızların yarışında qızıl medala sahib olub.xeber100.com

May 24, 2020 9:19

“Forbes” jurnalının hesablamasına görə…

Yaponiyalı tennisçi Naomi Osaka dünyada bir ilə ən çox gəlir əldə edən qadın idmançılar arasında ilk 100-lüyə düşüb.Azərtac xəbər verir ki, “Forbes” jurnalının hesablamasına görə, tennisçi 12 aya 37,4 milyon dollar qazanmaqla qadın idmançılar arasında yeni rekord müəyyənləşdirib.Ən çox gəlir əldə edən 100 qadın idmançının siyahısına daha bir tennisçi, ABŞ təmsilçisi Serena Vilyams da daxildir. Onun illik qazancı 36 milyon dollar olub.Qeyd edək ki, N.Osaka siyahıda 29-cu, S.Vilyams isə 33-cü yeri tutub.xeber100.com

May 24, 2020 9:15

“Real Madrid”in hücumçusunun transferinə görə danışıqlar aparılır

İtaliyanın “Milan” klubu “Real Madrid”in hücumçusu Luka Yoviçin transferinə görə danışıqlar aparır.Azərtac xəbər verir ki, “Milan” Yoviçi satınalma hüququ ilə birlikdə ikiillik müddətinə icarəyə götürmək istəyir. Əsas maneə serb futbolçunun illik 5 milyon avro dəyərində olan məvacibidir. Mənbənin bildirdiyinə görə, hazırda danışıqlar davam edir.Qeyd edək ki, daha əvvəl Lukanın zədə səbəbindən üç ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Onun karantin vaxtında evin divarından yıxıldığı və çətinliklə sağ qaldığı məlum olmuşdu.İyirmi iki yaşlı forvard ötən yay 60 milyon avro müqabilində Almaniyanın “Ayntraxt” klubundan “Real Madrid”ə transfer edilmişdi. Cari mövsümdə 24 matçda meydana çıxan Yoviçin aktivində 2 qol və 2 məhsuldar ötürmə var.xeber100.com

May 23, 2020 8:29

NASCAR avtoyürüş seriyasının növbəti mərhələsi keçirilib

ABŞ-da Darlinqton trasında NASCAR avtoyürüş seriyasının növbəti mərhələsi keçirilib.Azərtac xəbər verir ki, güclü yağış səbəbindən yarış finişə 22 dövrə qalmış dayandırılıb. Yarışın qalibi Denni Hemlin olub. Kayl Buş yarışı ikinci, Kevin Harvik isə yarışı üçüncü pillədə başa vurublar.Ümumu sıralamada K.Harvik 258 xalla birinci pillədə qərarlaşıb. Hesabında 224 xal olan Coul Loqano ikinci, Aleks Bouman isə 219 xalla üçüncüdür.Növbəti yarış mayın 24-də ABŞ-dakı Şarlot Motor Spidvey trasında təşkil olunacaq.xeber100.com

May 23, 2020 8:26

Almaniya çempionatına “Herta” – “Union” oyunu ilə start verilib

Mayın 22-də Almaniya çempionatına “Herta” - “Union” oyunu ilə start verilib.Azərtac xəbər verir ki, “Olimpiya” stadionunda baş tutan oyun “Herta”nın böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0. Bu qələbədən sonra 34 xal toplayan “Herta” 10-cu, “Union” isə 30 xalla 12-ci yerdə qərarlaşıb.Turun digər oyunları martın 23-24-də keçiriləcək.xeber100.com

May 23, 2020 7:26

Avropa çempionatının seçmə mərhələsi keçirilib

Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının C qrupunun (reytinqi 2000-ə qədər olan şahmatçılar) seçmə mərhələsi keçirilib.Azərtac xəbər verir ki, seçmə mərhələsində uğurla çıxış etmiş 250 şahmatçı qitə çempionatının finalına vəsiqə qazanıb. Onların sırasında Azərbaycan təmsilçiləri Mələk İsmayıl, Atilla Eynullayev, Elnur Mehtiyev, Altay Eynullayev, İsmayıl Qurbanov, Cavanşir Bağırov, Firuz İsmayılov, Ümid Aslanov, İlyas Qarayev, Qara Balacayev və Şəmsəddin Hüseynovun adları da var.Final görüşləri bu gün keçiriləcək.Qeyd edək ki, çempionatın A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva qızların yarışında qızıl medala sahib olub.xeber100.com

May 23, 2020 7:23
    Page 282 of 830« First«...102030...280281282283284...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az