05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Basketbolçular arasında keçiriləcək turnirlərin tarixləri təyin edilib

Beynəlxalq Basketbol Federasiyası (FIBA) Tokio Olimpiadasına kişi basketbolçular arasında keçiriləcək seçmə xarakterli turnirlərin tarixlərini təyin edib.Azərtac xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.Təsnifat turnirləri Kanada, Xorvatiya, Litva və Serbiyada keçiriləcək. Əvvəlcə yarışların bu il iyulun 23-28-də keçirilməsi planlaşdırılırdı. Sonradan turnirlər 2021-ci ilin 29 iyun-4 iyul tarixlərinə təxirə salınıb.Seçmə turnirlərdə, ümumilikdə, 24 komanda iştirak edəcək. Altı komanda əvvəlcə iki qrupa bölünmüş dörd seçmə turnirin hər birində oynayacaq. Hər qrupdakı üç komandadan ikisi pley-offa çıxacaq, dörd turnirin hər birinin qalibi Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaq.Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Olimpiya Oyunları gələn ilin 23 iyul-8 avqust tarixlərinə təxirə salınıb.xeber100.com

May 15, 2020 9:51

İtaliya Futbol Federasiyası yarışların bərpa tarixini açıqlayıb

Avropa ölkələrində futbol üzrə milli çempionatların bərpa tarixləri bir-birinin ardınca açıqlanır. Bununla bağlı növbəti rəsmi xəbər A seriyasına aiddir.Azərtac xəbər verir ki, pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri İtaliyanın da futbol həyatı tədricən canlanmağa başlayır. İtaliya Futbol Federasiyasının rəhbərliyi “A” seriyasında yarışların bərpa tarixini açıqlayıb. Uzun sürən müzakirələrdən sonra çempionatın iyunun 13-də qaldığı yerdən davam etdiriləcəyi bildirilib.Ölkədə mayın 4-dən fərdi qaydada məşqlərə icazə verilmişdi. Mayın 18-dən isə qrup şəklində hazırlıq mərhələsi başlanacaq. Komandalar oyunlara hazırlaşsalar da karantin rejiminə uyğun olaraq tibbi təhlükəsizlik tələblərinə ciddi şəkildə riayət edilir. İtaliyada yeni qaydalara əsasən əgər futbolçular arasında 1 yoluxma halı qeydə alınsa, turnir yenidən yarımçıq dayandırıla bilər.Hazırda A seriyasında 26 turdan sonra “Yuventus” 63 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Latsio” liderdən 1 xal geri qalır. Rəqiblərindən 1 oyun az keçirən “İnter” isə 54 xalla ilk üçlüyü tamamlayır.xeber100.com

May 15, 2020 9:48

Azərbaycan Premyer Liqasının beşinci mövsümündə

Azərbaycan Premyer Liqasında beşinci mövsümünü keçirən “Zirə” indiyədək 11 rəqiblə qarşılaşıb.Azərtac xəbər verir ki, “qartallar” 4 komanda ilə - “Sumqayıt”, “Keşlə”, “Qəbələ” və “Qarabağ”la 19 dəfə üz-üzə gəlib.“Zirə”nin ən çox qalib gəldiyi rəqib “Sumqayıt”dır – 10 dəfə. Komandanın ən çox qol vurduğu, ən yaxşı top fərqinə malik olduğu və xal qazandığı rəqib də “Gənclik şəhəri” təmsilçisidir. “Qəbələ” və “Keşlə” ilə görüşlərdə isə daha çox – 8 heç-heçə qeydə alınıb."Zirə” üçün ən münasib rəqib “Xəzər Lənkəran” olub. “Qartallar” bu rəqiblə keçirdiyi 4 oyunda 4 qələbə qazanıblar.xeber100.com

May 14, 2020 9:30

İtaliya çempionatının bərpa tarixi müəyyənləşib

Futbol üzrə İtaliya çempionatının bərpa tarixi müəyyənləşib.Azərtac xəbər verir ki, A Seriyasının rəhbərliyi ilə klublar arasında keçirilən videokonfransda bununla bağlı qərar verilib. Ölkə çempionatın iyunun 13-də bərpa olunacağı bildirilib.Qeyd edək ki, İtaliyada klubların mayın 18-dən komanda şəklində məşqlərə başlamasına icazə verilib.xeber100.com

May 14, 2020 9:27

Formula 3 yarışlarının 2020-ci il üçün ilkin təqvimi açıqlanıb

Formula 2 və Formula 3 yarışlarının 2020-ci il üçün ilkin təqvimi açıqlanıb.Azərtac “autosport.com” saytına istinadla xəbər verir ki, ilkin təqvimə əsasən, iki ölkədə iki Qran-Prinin təşkil olunması nəzərdə tutulub.Mövsümə iyulun 4-5-də Avstriyada start veriləcək. Avstriyada ikinci yarış iyulun 11-12-də keçiriləcək. Böyük Britaniya iyulun 25-26-da və avqustun 1-2-də yürüşləri qəbul edəcək. Avqustun 8-9-da yarışın İspaniya və ya Almaniyada keçirilməsi planlaşdırılır. Daha sonra yarışlara avqustun 22-23-də Macarıstan, 29-30-da Belçika, sentyabrın 5-6-da isə İtaliya ev sahibliyi edəcək.Azərbaycan yalnız Formula 2 yarışlarını qəbul edəcək. Belə ki, yürüş sentyabrın 19-20-də Bakı şəhər halqasında baş tutacaq. Rusiyada da yalnız Formula 2 yarışları təşkil olunacaq (26-27 sentyabr). Mövsümə dekabrın 5-6-da keçiriləcək Bəhreyn və ayın 12-13-də baş tutacaq Abu-Dabi mərhələləri ilə yekun vurulacaq.xeber100.com

May 14, 2020 9:25

“Tennis Point Exhibition Series” turniri keçiriləcək

Mayın 14-də Almaniyada “Tennis Point Exhibition Series” adlı üçüncü şou xarakterli turnir start götürəcək.Azərtac xəbər verir ki, 12 tennisçinin iştirak edəcəyi yarışda raketka ustaları iki yarımqrupda mübarzə aparacaqlar.Yarışda avstraliyalı Ramiz Cunaid, Böyük Britaniya təmsilçisi Yan Xoinski, livanlı Benyamin Hassan, Almaniya tennisçisi Yannik Hanfman və digərləri iştirak edəcəklər.Qeyd edək ki, birinci turnirin qalibi Y.Hanfman, ikinci yarışın çempionu isə Y.Xoinski olub.xeber100.com

May 14, 2020 9:23

Türkiyə Voleybol Federasiyasının məlumatına görə…

Yarımçıq dayandırılan qadın və kişi voleybolçulardan ibarət Türkiyə çempionatlarının oyunları bərpa edilməyəcək.Azərtac xəbər verir ki, pandemiyaya görə mövsümü davam etdirməyin mümkün olmadığını bildirən Türkiyə Voleybol Federasiyasının (TVF) prezidenti Mehmet Akif Üstündağ çempionatların qaliblərinin də müəyyənləşmədiyini vurğulayıb.“Sonuncu pillələri tutan komandalar liqanı tərk etməyəcək. Birinci Liqanın final mərhələsində yer alan 4 komanda əsas liqaya vəsiqə qazanacaq. Növbəti mövsüm ölkə çempionatlarında 16 komanda birincilik uğrunda mübarizə aparacaq”, - deyə TVF rəsmisi əlavə edib.xeber100.com

May 13, 2020 9:49

La Liqa oyunlarının 35 gün ərzində keçirilməyi planlaşdırılır

La Liqa prezidenti Xavyer Tabes çempionatın mümkün bərpası haqda danışıb.Azərtac İspaniya mətbuatına istinadla xəbər verir ki, o, çempionat bərpa olunacağı təqdirdə, hər gün oyunların keçirilə biləcəyini deyib: “Mövsümün nə vaxt bərpa olunacağını dəqiq bilmirəm. Hər şey koronavirusla bağlı vəziyyətdən asılı olacaq. La Liqa oyunlarını hər gün olmaqla 35 gün ərzində keçirməyi planlaşdırırıq. Startdan bir gün əvvələ qədər futbolçular koronavirus testindən keçəcəklər".Qeyd edək ki, La Liqanın iyunun 12-si və ya iyunun 19-u bərpası planlaşdırılır.xeber100.com

May 13, 2020 9:46

Əlcəzair İdman Nazirliyinin açıqlamasına əsasən…

2021-ci ildə Əlcəzairin Oran şəhərində keçirilməsi nəzərdə tutulan XIX Aralıq dənizi Oyunları təxirə salınıb.Azərtac xəbər verir ki, Əlcəzair İdman Nazirliyinin açıqlamasında turnirin 2022-ci ildə təşkil olunması barədə qərarın qəbul olunduğu qeyd edilib.Asiya, Avropa və Afrikadan olan idmançıları mübarizə apardıqları yarışın 17-cisi 2013-cü ildə Türkiyənin Mersin şəhərində baş tutub. Sonuncu yarışa 2018-ci ildə İspaniyanın Tarraqona şəhəri ev sahibliyi edib.Oyunların proqramına 30-dan çox idman növü daxildir.Qeyd edək ki, cari ildə keçirilməsi planlaşdırılan “Tokio-2020” Yay Olimpiya Oyunları da 2021-ci ilə təxirə salınıb.xeber100.com

May 13, 2020 9:43

Avropa çempionatının yeni tarixi müəyyənləşib

Kişi basketbolçular arasında kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi müəyyənləşib.azərtac Beynəlxalq Basketbol Federasiyasına (FIBA) istinadla xəbər verir ki, çempionat 2021-ci il iyunun 28-dən iyulun 3-dək keçiriləcək.Qeyd edək ki, Azərbaycan çempionatın B qrupunda İrlandiya, Andorra və Ermənistanla birgə mübarizə aparacaq. Koronavirus pandemiyasından əvvəl çempionatın bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.xeber100.com  

May 13, 2020 9:37
    Page 285 of 830« First«...102030...283284285286287...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az